Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu: 5 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
10:40
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində baş verən avtobus qəzası nəticəsində 5 nəfər xəsarət alıb.
Sonxeber.az bildirir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.
Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.
Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.
----------
10:31
Bakı-Sumqayıt magistralında qəza baş verib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Hazırda Xidmətin və DYP-nin əməkdaşları hadisə yerindədir.
İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb.
Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.
-----------
09:56
Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib
Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.
Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.
09:14
Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.
Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1117 Tarix: 08 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu kəndlərə günlərdir canavarlar hücum edir - Sakinlər təhlükədə
Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. "Qafqazinfo"nun məlumatına görə, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükən
15 dekabrYeni il bayramında qar yağacaq? - AÇIQLAMA
Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav
14 dekabrBu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağ
13 dekabrDaha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət
17 dekabrÜrəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya
14 dekabrMəktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEO
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda parkda lisey şagirdləri arasında baş verən bıçaqlı dava nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Fatih məhəlləsi, Cumhuriyet prospekti üzərində yerləşən parkda qeydə alınıb. Əldə olunan məlumata görə
15 dekabrBakıda toy karvanında 6 maşın toqquşdu - Video
Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib
15 dekabr