Qadın həbsdə olan ərindən necə boşana bilər?

Qadın həbsdə olan ərindən necə boşana bilər?Qadın həbsdə olan ərindən boşanmaq istəyir. Üstəlik onun himayəsində azyaşlı uşağı var. Qadın bu halda həbsdə olan ərindən boşana bilərmi? Əgər nikahı poza bilərsə, hansı rəsmi orqana, yaxud hansı məhkəməyə müraciət etməlidir?

Məsələ ilə bağlı vəkil Zaur Hüseynova müraciət etdik.

Vəkil e-huquq.az-a bildirib ki, əgər qadının azyaşlı uşağı varsa, boşanmaq üçün özünün qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət edə bilər: "Bundan başqa, nikahı ləğv etmək məqsədilə ərinin qeydiyyatda olduğu ərazidəki məhkəmədə iddia qaldırmaq hüququna malikdir".

Onun sözlərinə görə, əgər qadının uşağı yoxdursa, o, cavabdehin (ərin) qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət edə bilər: "Cütlüyün uşağı yoxdursa, cavabdehin razılığı ilə tərəflər heç məhkəmə qaydasında deyil, müvafiq icra hakimiyyəti orqanında, yəni icra doğum, ölüm, evlənmə, boşa(n)ma, övladlığa götürmə hadisələrini qeyd edən vətəndaşlıq vəziyyəti aktları şöbəsində nikahı ləğv etdirə bilərlər. Həbsdə olan ər boşanma işi ilə bağlı məhkəmə iclasına gəlməsə, məhkəmə tərəflərə 3 ay vaxt verə, yaxud verməyə də bilər".

Z.Hüseynov diqqətə çatdırıb ki, iddia adətən cavabdehin qeydiyyatda olduğu yer üzrə verilir: "Tutaq ki, cavabdeh daha əvvəl hansısa ünvanda qeydiyyatda olub, lakin həbsdə olarkən həmin ərazidə qeydiyyatdan keçirilir və orada qeydiyyatda olunmuş kimi sayılır. Yəni iddianı ora da vermək olar".

Vəkil qeyd edib ki, Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən, uşağın olub-olmamasından asılı olmayaraq, ər 3 il müddətinə azadlıqdan məhrum edilibsə, qadın məhkəməyə müraciət etmədən müvafiq icra hakimiyyəti orqanında, yəni "ZAQS"da nikahı ləğv etdirə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 798   Tarix: 05 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021