Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT
Bakıda külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nərminə Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nərminə Əfəndiyeva "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb.
Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. Nərminə Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb.
Pulu ödəyə bilmədiyi üçün "Lombard" girov qoyulan qızılları öz hesabına keçirib.
Bundan sonra zərərçəkmiş İlhamə Umbayeva hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirib ki, Nərminə imkanlı şəxslərə satmaq adı ilə ondan bahalı qızıllar alıb.
İstintaq orqanı tərəfindən Nərminə Əfəndiyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törərətmək) maddəsi ilə ittiham elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Səhər yeməyini ötürsək nə baş verər?
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Səidə Sultan bu səbəbdən verilişlərə çıxmır
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA