"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMA

"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMARəsm divardan silinsə də bütün sosial şəbəkələrdə qaldı. Rəssam istəyinə çatdı.
Xəbər verdiyimiz kimi, Bakıda avanqard tərzdə rəsmlər çəkən rəssamların əl işi naməlum şəxslər tərəfindən boyanıb. Bakıətrafı kombinatların birinin üzərinə çəkilən əsərdə yarıçılpaq qadın təsvir olunub.Avropa İttifaqının təşkil etdiyi "Qız qalası: Qadın olmaq" festivalı çərçivəsində ərsəyə gətirilən rəsm əsərinin boyanması sosial şəbəkədə birmənalı qarşılanmayıb.Gənclər incəsənətin məhdudlaşdırılmasını, cinsi obyekt kimi lansə edilməsini düzgün saymayıblar.
Sonxeber.az mövzu ilə bağlı araşdırma edib. Məlum olub ki, neçə gündür müzakirələrə səbəb olan divar rəsmini Karolina Falkholt adlı isveçli bir transgender rəssam çəkib. Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilmiş "Qadın olmaq" adlı tədbirdə sərgilənən rəsmdə, transgender rəssam qadın olmaq və qadın ola bilmək üçün üzləşdiyi çətinlikləri, öz mübarizəsini əks etdirməyə çalışıb. Lakin tədbir bitər-bitməz həmin rəsmi siliblər.
Sosial şəbəkələrdə aktiv olan Elsevər Hüseynoğlu bildirib ki,əxlaqi keyfiyyətlərə zidd bir rəsm əsəridir:"Müsəlman kimi yox, lap elə ateist kimi də düşünsək görərik ki, olmaz. Azyaşlı və yetişkin olmayan şəxslər var.Yaşayış zonası olduğu üçün bəyənilən əməl deyil. Oradan qadın da, uşaq da keçir.Bundan əlavə dini nöqteyi nəzərdən baxdıqda da canlı aləmin şəklini çəkmək düzgün deyil".
Qələmzər Bağırova Azim Azimzadə adına Rəssamlıq kollecinin Rəngarlıq fakultəsini bitirib. Hazırda qrafik Dizayner və müəllimə kimi fəaliyyət göstərir. O, bildirib ki, normalda bu tip rəsmlər 10 gün qalmalı olduğu halda"street art" gün keçmədən silinib: "Burda bilmirlər ki bir şeyi bəyənmirsənsə baxmamaq da olar.Amma təssüf ki o düşüncə yoxdur.Bir rəsmi bu gədər faciə edənlərin bəziləri hal hazırda deyərdim ki, incəsənət nədir bilməyən və tanımadığı insanları narahat edən, ailəsinə,ətrafına xeyri olmayan , kəslərdir. Düşünün bir rəsmdi mentalitetə bağlayan insanlar nə qədər kor və laldır.Mən təzə-təzə nude rəsmlər çəkəndə ailəmə də qəribə gəlirdi.Amma onlar heç vaxt mənə çəkmə və yaxud ayıbdır deməyiblər.Çünki bu incəsəntdir.Azərbaycan türk miniaturunda da bu tip rəsmlər çox olub. Amma indi göstərsək bunu da dananlar olar".
Müsahibimiz Ülvi Shahin də bu rəsmi əxlaqsızlığın təbliği hesab edir:"Mən grafiti sənətinə qarşı deyiləm. Hətta sevirəmdə.Amma hər toplumun özünə görə tabuları var və bunu asanlıqla aşmaq olmaz.O şəkil peşəkar adamın işidir hiss olunur amma iyrəncdir.Ağına bozuna baxmadan millətin bütün adət-ənənəsini arxaizm adlandırmaq özü elə gericilikdir.Hər kəsin fərqli həyat tərzi var. Heç kimə demək olmaz ki,hamı bir qrupun həyat tərzinə uyğunlaşsın".
Azərbaycan Rəssamlar İttifaqının üzvü Tahir Ələkbərov məsələ ilə bağlı Sonxeber.az-a açıqlamasında bildirib ki, rəsm haqda olan postları oxuyarkən bəlli olur ki, o rəsm çox böyük bir əməyin, zəhmətin nəticəsi olub:"Amma göründüyü kimi bu rəsmin sərgilənməsi bizim cəmiyyətdə olan çərçivələrə sığmadı.Buna baxmayaraq rəsm silinsə də yetərincə haqqında danışıldı və tanındı.Bütün sosial şəbəkələrdə bu haqda paylaşımlar oldu. Tərifləyən də, pisləyən də bu rəsmin fotolarını paylaşdı. Artıq demək olar ki, hamı şəkilləri gördü və bu haqda məlumatlıdır. O ki, qaldı cəmiyyətdə səs-küyə səbəb olmasına bu həmin rəssamın öz istəyinə çatması deməkdir. Rəsm divardan silinsə də bütün sosial şəbəkələrdə qaldı ".
"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMA"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMA"Bu bir rəsmdir, mentalitetə bağlayanlar kor və laldır" -Qalmaqallı foto ilə bağlı AÇIQLAMALamiyə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3486   Tarix: 30 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında və Ukrayna ilə mülki və ticarət işləri üzrə hüquqi yardım haqqınd

10 iyul
.

Sabah Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq. xəbər verir ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir. Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli

9 iyul
.

"Fast food məhsullarının tez-tez istehlakı uşaqların sağlamlığı və inkişafı üçün təhlükəlidir" - Qida eksperti

"Fast food" məhsulları hazırlanması və istehlakı sürətli olan qidalardır. Hamburger, pizza, kartof fri, qazlı içkilər və digər oxşar məhsullar gündəlik həyatda geniş istifadə olunur. Lakin bu qidaların tez-tez və həddindən artıq qəbulu insan sağlamlığına mənfi təsir göstərə bilər. Əvvəla, fas

10 iyul
.

"Qadının boşanmış olması onu qətlə yetirən şəxsi cinayet məsuliyyətindən azad etmir" - Sosioloq

"Bu gün cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyil. Son illərdə yanaşma müəyyən qədər dəyişsə də, bəzi stereotiplər hələ də qalmaqdadır.Təəssuf ki, boşanmalarda kişilər deyil, qadınlar qınanılır. Boşanmanın səbəbi araşdırılmadan məsuliyyət çox vaxt qadının üzərinə qoyulur. Hətta kiş

10 iyul
.

"İsrailin ölkəmizə göstərdiyi etimad Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti sübutdur"- Deputat

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti və diplomatiyası beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan çoxvektorlu strategiyadır. Ölkə olaraq sərt bloklardan kənar dayanaraq, qonşu dövlətlər və beynəlxalq tərəfdaşlarla dostluq və qarşılıqlı etimad üzərində etibarlı əməkdaşlıq qururuq

10 iyul
.

"Azərbaycanda qadın qətllərinin əsas səbəbi məişət zorakılığı və ailə-məişət münaqişələridir" - Açıqlama

Xəbər verdiyimiz kimi paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində 43 yaşlı Zaur Qəhrəmanov keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürüb. Son dövrlər qadınların qətlə yetirilməsi, xüsusilə də keçmiş həyat yoldaşları tərəfindən öldürülməsi narahatlıq doğurur

10 iyul
.

"Azərbaycan elə bir reallıq yaratdı ki, tarixi miflərə son qoyur, yanlış ideologiyaları kökündən məhv edir" - DEPUTAT

"Cənab Prezident İlham Əliyev milli maraqlara söykənən siyasət yürüdür. Habelə, dövlət başçımız öz çıxışlarında dəfələrlə bildirib ki, bizim üçün qonşularla olan münasibətlər qədər, qonşuların qonşuları ilə olan münasibətlər də xüsusi önəm kəsb edir. Bu isə hərtərəfli, bütün detalları, ən incə məqamlar

10 iyul
.

Azərbaycanda ən çətin imtahanlar: Hər 10 nəfərdən 7-si kəsilir

Tam və ümumi orta təhsil bazasında yaradıcılıq istiqamətləri üzrə keçirilən qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərin yarıdan çoxu məqbul qiymət ala bilməyib. xəbər verir ki, tam orta təhsil bazasında beş istiqamət üzrə ümumilikdə 4684 nəfər imtahan verib. Onlardan cəmi 1439 nəfər məqbu

10 iyul
.

Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar edilir. xəbər verir ki, Səhiyyə Nazirliyi məsələ ilə bağlı məlumat açıqlayıb. Bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. "Hazırda ölkədə epidemi

10 iyul