Politoloqlar: "Prezident İlham Əliyevin çıxışı beynəlxalq elitada böyük əks-səda doğurub" - RƏY

Politoloqlar: "Prezident İlham Əliyevin çıxışı beynəlxalq elitada böyük əks-səda doğurub" - RƏY"Prezident İlham Əliyevin Valday klubunun iclasındakı nitqi indiki dövrün gündəmində olan çox sayda problemi əhatə edib. Prezidentin Qarabağ probleminə toxunması isə Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə başa düşülməsindən xəbər verir".

Bunu "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, son günlər region üçün maraqlı hadisələr baş verib: "Bunlardan biri Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfəri idi. Ardından Rusiya dövlətinin başçısı Valday klubunun iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşü baş tutdu".

"Klubun iclası çox lazımlı vaxtda keçirildi. Paşinyanın son vaxtlarda Xankəndində və ya Yerevanda səsləndirdiyi fikirləri Azərbaycan Prezidentinin çıxışı ilə müqayisə etsək, əlbətdə, iki ziddiyyət, deyək ki, yanaşma görmək imkanımız var. Bunlardan biri (Paşinyanın fikirləri - red.) özündə heç bir konstruktiv bir şey əks etdirmir, heç bir əsasa malik deyil, Prezident İlham Əliyevin nitqi isə zamanın reallıqlarına cavab verir, regionumuzdakı mövcud vəziyyəti tam ifadə edir və rəsmi Yerevanın destruktiv siyasəti səbəbilə hələ də durğunluq vəziyyətində olan Dağlıq Qarabağ probleminə bilavasitə toxunur", - T.Abbasov vurğulayıb.

Politoloq Tofiq Abbasov

"Prezident İlham Əliyev Qarabağın Azərbaycan olduğuna şübhə ola bilməyəcəyini söyləməklə və bunu nida işarəsi ilə qeyd etməklə Paşinyana çox dolğun cavab verdi".

"Prezident İlham Əliyev Qarabağın Azərbaycan olduğuna şübhə ola bilməyəcəyini söyləməklə və bunu nida işarəsi ilə qeyd etməklə Paşinyana çox dolğun cavab verdi. Digər tərəfdən, bu mövqe Rusiya xarici işlər nazirinin açıqlamalarında da dəstəklənib. Sergey Lavrov faktiki olaraq ilk dəfə Qarabağ nizamlanmasının sülh prosesinin iflasa uğramasının rəsmi Yerevanın dağıdıcı fəaliyyətləri ilə əlaqəli olduğunu elan edib. Onun Ermənistanın (Qarabağ nizamlanması ilə bağlı - red.) mövqeyini Albaniyanın Kosovo münaqişəsinin yanaşmaları ilə müqayisə etməsi isə ondan xəbər verir ki, Moskva bu iki yanaşmanı qəbul etmir", - T.Abbasov bildirib.

Politoloq həmçinin Azərbaycan-Rusiya münasibətləri amilinin regional təhlükəsizlik və inkişaf kontekstində əhəmiyyətini qeyd edib.

"Bu, regional problemlər kontekstində sabitləşdirici və stimullaşdırıcı təkan rolunu oynayır. Bilirsiniz, təhlükəsizlik uzun olmur, xüsusilə regionda bir kənara sıxıldığına görə inteqrasiya layihələrindən tamamilə ayrı düşən, dağıdıcı hərəkətlər etməyə məcbur olan Ermənistan kimi ölkə varsa. Azərbaycanın mövqeyi isə qazanclı olmasa da, real və tələbatlı görünür. Buna görə də Prezident İlham Əliyevin nitqi beynəlxalq elitada böyük əks-səda doğurub. Əsas məqamlardan biri də odur ki, ölkə lideri yalnız qlobal düşünmür, həm də dünyanın ən vacib, həssas və kommunikativ-fəal regionlarından birində inteqrasiya proseslərinin inkişafı naminə, təhlükəsizliyin gücləndirilməsi naminə əhatəli addımlar atır", - T.Abbasov bildirib.

Politoloq Tofiq Abbasov

"Prezident İlham Əliyevin çıxışı beynəlxalq elitada böyük əks-səda doğurub".

Politoloq vurğulayıb ki, buna görə də regiondakı siyasi qüvvələrin hazırkı nisbətini müqayisə etsək, Azərbaycan böyük fərqlə irəlidədir, Ermənistan isə mənfi balansını artırır və rəqabətə tab gətirə bilmədiyindən dağıdıcı və destruktiv hərəkətlərə davam edəcək.

Politoloq İlqar Vəlizadə isə "Report"a açıqlamasında Ermənistan tərəfinin və baş nazir Nikola Paşinyanın "səyləri" sayəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin bir az fərqli müstəviyə - meydanalara, əvvəlcədən ictimai rəyə yeridilmiş siyasi mühitə keçməyə başladığını bildirib. Onun sözlərinə görə, belə tendensiyalar danışıqları konstruktiv axardan kənara çıxarır.

Politoloqlar: "Prezident İlham Əliyevin çıxışı beynəlxalq elitada böyük əks-səda doğurub" - RƏY"Prezident İlham Əliyev Valday ekspert müzakirələri klubunda çıxış edərək Ermənistan tərəfindən bu cür hərəkətlərin yolverilməzliyinə və belə bəyanatların həqiqi vəziyyətə uyğun olmamasına diqqət çəkib. Çünki hər kəsə Dağlıq Qarabağ probleminin güc yolu, təcavüz aktının gücləndirilməsi və işğal ilə həll edilə bilinməyəcəyi məlumdur", - İ.Vəlizadə deyib.

"Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin səviyyəsinə enməyib və söhbəti beynəlxalq hüquq müstəvisinə çıxarıb. İlham Əliyev arqumentlərini təqdim edərkən beynəlxalq hüquqa, bütün dövlətlərin de-fakto razılaşdığı mövqeyə əsaslanıb", - ekspert vurğulayıb.

Ekspertin fikrincə, "Qarabağ - Azərbaycandır və nida işarəsi" deməklə İ.Əliyev vəziyyəti bu gün hüquqi müstəvidə mövcud reallıqlara uyğunlaşdırıb: "Əlbəttə, zalda əyləşən mütəxəssislər üçün Ermənistan tərəfinin baş nazirinin absurd açıqlamalarına Azərbaycan tərəfinin əsaslandırılmış cavabını dinləmək vacib idi. Paşinyanın absurd açıqlamasından dərhal sonra reaksiya verməyən, bunun üçün lazımi vaxtı və imkanı gözləyən dövlət başçısının sərt çıxışı isə reaksiyanın həqiqi və hissolunacaq olmasını şərtləndirdi. Bu da hörmətəlayiq addımdır".

İ.Vəlizadənin sözlərinə görə, Ermənistan tərəfdən təxribatların sayının artması ən azı Rusiyanın maraqlarına cavab verməyən və təbii olaraq bütün regionu ciddi fəsadlarla təhdid edən hərbi gərginliyin yaranmasına səbəb olur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1817   Tarix: 04 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021