Azərbaycanda Aİ-92 markalı benzin çatışmazlığı yarana bilərmi? - RƏY

Azərbaycanda Aİ-92 markalı benzin çatışmazlığı yarana bilərmi? - RƏYAzərbaycanda avtomobil benzininə tələbat ilbəil artmaqdadır. Bu artım 2017-ci ildən davamlı xarakter alıb. Belə ki, 2017-ci ildə ölkədə 1 287,4 min ton avtomobil benzini istehlak edilib ki, bu da 2016-cı ildən 1,8% çoxdur. 2018-ci ildə ölkədə avtomobil benzini istehlakı 2017-ci ildən 0,7% artaraq 1296,6 min ton təşkil edib.Bu ilin yanvar-iyun aylarında isə ölkədə 646,4 min ton avtomobil benzini istehlak olunub ki, bu da ötən ilin müvafiq dövründən 4,2% çoxdur.

Azərbaycanda ən çox istehlak edilən benzin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilən Aİ-92 markalı benzindir. Lakin oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri ilə əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Təmir işlərinin oktyabrın 24-dək davam etməsi gözlənilir.

Bu halda ölkədaxili tələbatın necə ödəniləcəyi ilə bağlı sual yaranır. Ölkədə Aİ-92 markalı benzin qıtlığı yarana bilərmi?

Məsələni "Finans.az"a şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, zavodda aparılan cari təmir-sazlama işləri ilə əlaqədar qısamüddətli istehsal dayandırılsa da ölkədə yanacaq qıtlığı yarana bilməz:

"Bir neçə həftə müddətində davam edən təmir zamanı ölkə daxilində yanacaq təminatını sabit saxlamaq üçün ehtiyat fonddan istifadə olunur, lazım gəldikdə isə idxal edilir. Azərbaycanda olduğu kimi digər ölkələrdə də belə təcrübə mövcuddur. Neft emalı zavodları öz emal güclərini 30-40% ixtisar etdikdə, yenidənqurma, texniki baxışla bağlı işlər görüldükdə xaricdən idxal həyata keçirilir. Bu da qısa müddəti əhatə edir".

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev

"Zavodda təmir işləri başa çatana kimi lazım olan tədarük həcmləri kənardan alına bilər".

Ekspert ölkədə ən çox istehlak edilən benzinin idxalı üçün dövlətin də dəstək göstərdiyini, Nazirlər Kabinetinin 90 gün müddətinə 92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirdiyini xatırladıb.

O qeyd edib ki, Azərbaycanda Aİ-92 markalı benzinə olan gündəlik tələbat 4 min litrdən, illik tələbat isə 1,250 mln. ton çoxdur. "Neft emalı zavodunun emal gücü imkan verir ki, bu tələbat qarşılansın. Hazırda da texnoloji qurğularda təmir işləri aparılan müddətdə benzinin tədarükü ilə bağlı problem yoxdur. Zavodda təmir işləri başa çatana kimi lazım olan tədarük həcmləri kənardan alına bilər",- Z.Vəliyev vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4238   Tarix: 12 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr