Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"
ABŞ Prezidenti Donald Tramp İranı yenidən genişmiqyaslı hərbi zərbələrlə hədələyib.
Sonxeber.az CNN-ə istinadən xəbər verir ki, Tramp noyabrın 5-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ehtimalını istisna etməyib.
"İmkan daxilində ölkənin qalan hissəsini məhv etmək istəməzdim, amma bəlkə də bunu etməli olacağam. Bunu tezliklə biləcəksiniz", - deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, Vaşinqton İranın nüvə proqramının birdəfəlik aradan qaldırılması üçün növbəti addımları müəyyənləşdirir. Onun sözlərinə görə, İranın müharibədən sonra özünü bərpa etməsi 25 il çəkə bilər.
ABŞ prezidentinin bu açıqlaması onun milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi görüşdən sonra səsləndirilib.
Tramp administrasiyası hələlik yeni hücumla bağlı yekun qərar verməyib. Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığının mümkün hərbi əməliyyatların bərpası üçün hazırlıq apardığı bildirilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 424 Tarix: 06 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək
Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident
4 noyabrQaqik Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı qərar dərc olunub
"Çiçəklənən Ermənistan" Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətinin üç ay uzadılması ilə bağlı petisiya ilə bağlı qərar dərc olunur. xəbər verir ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib
5 noyabrPaşinyan noyabrda Türkiyəyə səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak etmək üçün Antalyaya (Türkiyə) səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə Baş nazir özü jurnalistlərə açıqlamasında deyib. COP31 9-20 noyab
5 noyabrHimalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
4 noyabrFars körfəzində neft tankeri hücuma məruz qalıb - Gərginlik artır
Fars körfəzində Qətər sahilləri yaxınlığında neft tankeri iki naməlum mərmi ilə vurulub. Associated Press-in məlumatına görə, hadisə noyabrın 5-də Qətərin şimal sahillərindən təxminən 50 dəniz mili məsafədə baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi tankerin hücuma məruz qaldığın
5 noyabrPutin fərman imzaladı, Yaponiya etiraz etdi
Yaponiya Xarici İşlər Nazirliyi "Japan Tobacco İnternational" şirkətinin Rusiyadakı aktivlərinin "Promışlennıye Aktivı" şirkətinin müvəqqəti idarəçiliyinə verilməsi qərarı ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevə etirazını bildirib. xəbər verir ki, bu barədə Yaponiy
6 noyabr