Paytaxt məktəbliləri beynəlxalq təhsil sərgisində - FOTOLAR

Paytaxt məktəbliləri beynəlxalq təhsil sərgisində - FOTOLARBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagird, müəllim və valideynləri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə baxış keçiriblər.

BiG.AZ xəbər verir ki, Məktəblilərin Beynəlxalq Təhsil Sərgisi ilə yaxından tanış olması onların dünyagörüşünün inkişafı, karyera seçimi imkanlarının, elmi-tədqiqatlara və təhsilə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar həm xarici ölkələrin, həm də Azərbaycanın aparıcı universitetlərinin təhsil imkanları, eləcə də təhsil sahəsində həyata keçirilən layihə və proqramlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, sərgidə dünyanın 22 ölkəsindən 150-dən çox təhsil qurumu iştirak edir. Sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Sərgidə paytaxt məktəbliləri də müxtəlif layihə və proqramlarla iştirak edirlər.

Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", "Peşə Təhsili üzrə Dövlət Agentliyi", "Univerium" yataqxanası, "Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi", "Escape room", "Məktəbdənkənar fəaliyyət", "Təhsil Texnologiyalar Mərkəzi", "Gənc Müəllimlər Assosiasiyası", "Bir Tələbə-Könüllü proqramı", SABAH qrupları ilə bağlı stendlər və "Təhsil TV" Media Mərkəzi təqdim olunur.

Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr də daxildir.

Qeyd edək ki, sərginin baş sponsoru "Kapital Bank"dır.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. "Caspian Event Organisers" şirkəti sərginin təşkilatçısıdır.
Paytaxt məktəbliləri beynəlxalq təhsil sərgisində - FOTOLARPaytaxt məktəbliləri beynəlxalq təhsil sərgisində - FOTOLARPaytaxt məktəbliləri beynəlxalq təhsil sərgisində - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3245   Tarix: 12 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bir qrup hərbi qulluqçuya ev verilib - FOTO/VİDEO

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular

8 may
.

"Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub" - DEPUTAT

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasında və ölkəmizin inkişafı yolunda misilsiz xidmətlər göstərib". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızı

8 may
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

8 may
.

Azərbaycanda 102 yaşlı qadın təltif edilib - FOTO

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Xidmətdən APA-ya verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenan

8 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

8 may
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

8 may
.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

3 ildir axtarılan qadın həbs edilib

Üç ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi il

8 may