"Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub" - DEPUTAT
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasında və ölkəmizin inkişafı yolunda misilsiz xidmətlər göstərib".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub:
"Ulu öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycana geri qayıtmasaydı bəlkə də dövlətimiz yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilmişdi. Heydər Əliyevin əsasını qoyduğu müdrik daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan regionda öz sözünü deyən güclü dövlətdir. Ən önəmlisi isə ulu öndər Heydər Əliyev dövlət rəhbəri kimi daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin və xalqın birliyinin əldə edilməsinə də nail oldu. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Həmin dövrdə Ulu Öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə, 1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu. O, hakimiyyətdə olarkən dövlətimizi zamanın ən ağır sınaqlarından çıxararaq ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi. Ən önəmlisi isə budur ki, qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu və ümumiyyətlə, bütün sahələrdə inkişafın əsası qoyuldu".
Deputat vurğulayıb ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə ərazi bütövlüyümüzü bərpa etdi. Ən önəmlisi isə, 300 ildə ilk dəfə idi ki, işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytardıq. Cənab Prezident İlham Əliyev atasının arzusunu reallaşdıraraq xalqımızı 30 il həsrətində olduğu torpaqlara qovuşdurdu, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Kəkbəcərdə və digər işğaldan azad edilmiş ərazilərdə dalğalandırdı. Əminəm ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevlə dövlətimiz daim inkişaf edəcək və möhtəşəm qələbələrə imza atacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?