Qidalar soyuducuda necə saxlanılmalıdır? - Bunlara mütləq diqqət edin!

Qidalar soyuducuda necə saxlanılmalıdır? - Bunlara mütləq diqqət edin!Adətən aldığımız məhsullar böyük əksəriyyətini xarab olmasın deyə soyuducuda saxlayırıq. Bəs qidaları soyuducuya yerləşdirmə qaydalarına doğru əməl edirikmi?

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, qidalar soyuducuda düzgün qaydada saxlanılmalıdır. Soyuducuların təmizlənməsi sağlamlıq baxımından nəzərə alınan ilk amil olmalıdır. soyuducu təmizləmək üçün Sirkədən istifadə edilə bilər. 1 xörək qaşığı sirkəni 1 litr su ilə qatıb soyuducunuzu silə bilərsiniz.

-Səhər yeməyi üçün qablaşdırılmış qidalarınızı gigiyena baxımından soyuducunun ən yuxarı rəfində saxlayın. Əks təqdirdə, plastik torbalarda saxladığınız meyvə və tərəvəzlərdəki bakterialar səhər istifadə edəcəyiniz qidalara keçə bilər. Əgər soyuducunuzun buzluq hissəsi ən aşağıdadırsa, yen ədə səhər yeməyi üçün olan qidaları ən üst hissədə saxlamaq lazımdır.

-İkinci rəfdə adətən bişmiş və yenidən istifadə ediləcək qidalar yerləşdirilməlidir. Bu qidaların üstünün bağlı olmasına diqqət edin. Yeməklər bir-biri ilə təmasda olmamalıdır.Çünki bu qidalar qızdırılıb yenidən istifadə ediləcək və ona görə çiy qidalardan daha risklidir.

-Çiy ət, qatıq kimi qidalar üçüncü rəfdə ağız bağlanıb və bir-biri ilə təmas etmədən düzgün qablara yerləşdirilməlidir. Toyuq və balıq da bu rəfdəki şüşə qablara yerləşdirilərək saxlanıla bilər.

-Soyuducunun ən alt hissəsində meyvə- tərəvəzlərinizi saxlaya bilərsiniz. Lakin ən böyük səhv meyvə- tərəvəzləri mağazadan aldığınız plastik torbalarda soyuducuya qoymaqdır. Qidaları paketlərindən çıxarmaq lazımdır. Əgər nəmdirsə qurudulmalı və sonra soyuducuya qoyulmalıdır. Yaxşı olar ki, bu kimi qidalarınızı yuyub təmiz şəkildə soyuducuda saxlayasınız. Bu həm də sonradan onları istifadə edərkən sizin üçün rahat olacaq. Bu kimi qidaları plastik olmayan xüsusi saxlanc qablarında da saxlaya bilərsiniz.

Buzluqdan istifadə edərkən bunlara diqqət edin:
-Buzluqda ən vacib olan gözləmə müddətidir. Qidalar dondurulduqda, içindəki bakteriyalar dondurulur. Lakin, onlar ölmürlər. Ərimə prosesi başlayan zaman həmin bakteriyalar yenidən aktivləşməyə başlayırlar. Bu səbəblə qidaları dondurucuda nə qədər qalması çox vacibdir. Çünki qidaların quruluşu və toxuması dəyişməyə başlayır. İşlənməmiş çiy tərəvəzlər dondurucuda 1 ilə qədər qala bilər. Bişiriləcək olan tərəvəz maksimum 2-3 ay saxlanmalıdır. Buzluqdan çıxarıldıqdan sonra isə dərhal istifadə edilməlidir. Balıq 2-3 ay, çiy ət və ya qıyma 9-12 ay burada saxlanıla bilər. Bişmiş qırmızı ət isə 2-3 ay saxlanıla bilər. Toyuq və hinduşka əti, çiy olsa da, dondurucuda 3 aya qədər saxlanılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1109   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021