Rostov-Bakı marşrutunda baş vermiş qəzada yaralanan Azərbaycan vətəndaşının vəziyyəti ağırdır

Rostov-Bakı marşrutunda baş vermiş qəzada yaralanan Azərbaycan vətəndaşının vəziyyəti ağırdırRusiyanın Stavropol diyarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarından birinin vəziyyəti ağır olaraq qalır.

Sonxeber.az xəbər verir ki, bu barədə APA-ya qəzada yaralanan və hazırda Stavropol şəhər xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan Babaşah Həşimovun qardaşı, Rostov şəhərində yaşayan Ayətşah Həşimov məlumat verib. O, qardaşının noyabrın 6-da əməliyyat olunduğunu söyləyib: "Qardaşımın vəziyyəti ağır olaraq qalır".

A.Həşimov avtomobil qəzasının təfərrüatları barədə də danışıb. Onun sözlərinə görə, "Ford" markalı mikroavtobus Quba rayonundan Rostov şəhəri istiqamətində müntəzəm marşrut fəaliyyəti göstərirmiş: "Qardaşımgil ailəsi və qohum-əqrəba Rostova toya gəlmişdilər. Toydan geri qayıdanda Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində qəzaya uğrayıb. İlkin olaraq yoldan keçən avtomobildə olanlar qəzaya düşənlərə yardım ediblər. Onları əzilmiş avtomobildən çıxarıblar. Bütün bunlar təcili tibbi yardım maşını və FHN gələnə qədər olub".

A.Həşimov qəzadan sonra yaralılardan birinin əl çantasının itdiyini də bildirib: "İtən çantada qızıl-zinət əşyaları, bir miqdar pul və ən əsası da pasport və şəxsiyyət vəsiqəsi olub. Bu barədə polisə müraciət etsək də, hələlik heç bir nəticəsi yoxdur. İndi pasportu itən şəxsin Rusiya-Azərbaycan sərhədini keçməsi mümkün deyil. Bunun üçün gərək Azərbaycanın Rusiyadakı səfirliyindən sərhədi keçmək üçün pasportun itirilməsi haqqında müvəqqəti arayış alınsın".

Qeyd edək ki, noyabrın 4-də axşam saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1405   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021