Vertu nəyə görə bu qədər bahalıdır? – maraqlı ARAŞDIRMA

Vertu nəyə görə bu qədər bahalıdır? – maraqlı ARAŞDIRMABənzər suallar bu əfsanəvi marka ilə tanış olan hər kəsi maraqlandırır. 1998-ci ildə İngiltərədə "Nokia"nın törəmə şirkəti olaraq qurulan "Vertu" lüks mobil telefon bazarında ən qabaqcıl şirkətdir. Şirkətin baş ofisi Çörç Krukhamda yerləşsə də, Moskva, Paris, Nyu York, Beverli Hills, Sinqapur, Frankfurt və Honkonqda da ofisləri var. "Vertu" sözü fransız dilində fəzilət, ləyaqət mənalarını verir. Dünyada ən bahalı telefonlar, xüsusi olaraq "Vertu" markası altında istehsal olunur. Bu vaxta qədər şirkət tərəfindən buraxılan ən bahalı model, 217 000 avro dəyərində olan "Boucheron Cobra"dır. Beləliklə, bir Vertu telefonunun nəyə görə bu qədər bahalı olduğunu başa düşmək üçün TED.az telefon haqqında bütün xırdalıqları araşdırıb sizə təqdim edir.

Vertu - lüks telefon bazarının qurucusu

Sonxeber.az ted.az-a istinadən bildirir ki, Müasir dünyada fərdilik çox böyük əhəmiyyət kəsb edir və hər kəs onu öz qaydalarına görə ifadə etməyə çalışır. Kimsə geyim və görünüşdə qeyri-standartlığa üstünlük verirsə, digərləri bahalı və eksklüziv aksessuarları ilə bunu nümayiş etdirir.

Bu gün "Vertu" lüks həyat, maddi rifah və rəqibsiz üslubun meyarı olaraq qəbul edilir. Bu marka adi ünsiyyət vasitəsini lüks əşyaya, zərgərliyə çevirib. "Vertu" telefonunu satın almaqla siz bir növ "gizli imtiyazlı cəmiyyətə" giriş bileti almış olursunuz.

"Vertu" ilk dəfə olaraq, cihazlarını yaratmaq üçün eksklüziv və bahalı materiallardan istifadə edir. Telefonlar titan ərintilərindən, cilalanmış poladdan, fərdi elementləri isə qızıldan və titandan hazırlanır. Örtük üçün dana dərisi, timsah və ilan dəriləri kimi bahalı materiallardan istifadə olunur. Yeni bir unikal məhsula olan yüksək maraq digər məşhur markaların ortaya çıxmasına səbəb oldu. "Vertu"dan sonra bir çox şirkətlər eksklüziv məhsullarını yaratmağa başladılar. "iPhone Princess Plus", "BlackDiamond VIPN Smartphone", "Gresso Luxor Las Vegas Jackpot", "Diamond Crypto Smartphone", "GoldVish Le Million" kimi modellərin ortaya çıxması ilə lüks telefonların müasir bazarı əmələ gəldi.

Bütün Vertu telefonları əl ilə yığılmışdır

"Vertu" nəfis və xarizmatik bir xüsusiyyətə sahib, eksklüziv məhsul yaradan əfsanəvi status qazanıb. İctimai şüurda müəyyən stereotipləri formalaşdıraraq güclənən şirkət, telefonlarının yüksək qiymətini məhz bununla əsaslandırır.

Vertu telefonlarının ən əsas xüsusiyyəti istehsal etdiyi telefonların əl işi olmasıdır. İngiltərənin kiçik bir şəhərində "Vertu" fabriki var, komponentlər və hissələr Çin, Fransa və Almaniyadan gəlir, hər bir hissə əl ilə cilalanır və işlənir. Daha sonra həmin fabrikdə hissələr birləşdirilir. "Vertu"nun istehsal etdiyi telefonların içərisində, onun hazırlanmasında əməyi olan sənətkarın imzası həkk olunur. Hazır məhsul güc və davamlılıq üçün çox sınaqdan keçir.

"Vertu" insanların beynində İngilis istehsalı haqda ən möhtəşəm təsəvvürlər yaratdı.

Vertunun eksklüziv xidmətləri

"Vertu"nu dəyərli edən ən vacib amillərdən birincisi, istifadəçilərin bu cihazla aparılan danışıqları dinləməyin mümkün olmadığına inanmasıdır. Marka haqqında belə bir əfsanə mövcuddur ki, bu telefonlara dinləmə aparatı quraşdırmaq mümkün deyil. Məhz buna görə əksər siyasi xadimlər, yüksək statuslu insanlar "Vertu"nu seçir. Lakin dinləmə proqramları üzrə mütəxəssislər bildiriblər ki, proqramlarımızın quraşdırılması üçün telefonun qiyməti və markası heç bir rol oynamır. Yalnız telefona quraşdırılan platformanın növü bu prosesə təsir edə bilər.

"Vertu"nun təkrarolunmaz tərzinin vacib elementi, standart funksiyalar dəsti ilə birlikdə quraşdırılmış unikal xidmətləridir. Markanın vizit kartı "Concierge" xidmətidir. Şəxsi köməkçi rolunu oynayan bu xidmət, sizə gecə-gündüz istənilən problemlərin həllində kömək edəcək. Qeyd edək ki, bu möhtəşəm xidmətin istifadə dəyəri çox yüksəkdir.

Markanın nəhəng görüntü komponenti, cihazın qiymətinə təsir edir. "Vertu" telefonlarının əsas məqsədi, sahibinin yüksək statusuna və rifahına parlaq bir damğa vurmaqdır. Bütün bu xüsusiyyətlər telefonun dəyərini xeyli artırır. Orijinal "Vertu" üçün orta qiymət təxminən 7900 dollar təşkil edir. Eksklüziv xidmətlər və müştəri xidmətləri üçün isə ayrıca ödəniş edilir.

Bir sözlə, "Vertu" almaqla siz üslubunuzun unikallığına və statusunuzun əlçatmazlığına sərmayə qoymuş olursunuz.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3946   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021