"Musiqi ilə sən daha özəlsən"- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün TƏDBİR KEÇİRİLDİ

"Musiqi ilə sən daha özəlsən"- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün TƏDBİR KEÇİRİLDİƏsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində uğurla inkişaf edən müstəqil Azərbaycanın təhsil sistemində bir çox layihələr icra edilir. Bu layihələr təhsilin humanitar sahələrə inteqrasiyası istiqamətində əhəmiyyətli rol oynayır. Bu baxımdan "İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili" layihəsinin icrası mühüm əhəmiyyətə malikdir.
Bakı şəhəri 268 nömrəli xüsusi məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilən konfrans sözügedən layihə çərçivəsində həyata keçirilən ilk tədbirlərdən biridir.
11 sentyabr 2019-cu il tarində Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbin akt zalında baş tutan tədbirdə məktəbin müəllim və şagird heyəti, direktor Seyfəddin Mustafayev, təşkilatçı Kübra Bayramova, Təhsil Nazirliyinin "TOPS" layihəsinin koordinatoru Səməndər Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova, Əməkdar müəllim Arifə Əliyeva, Bakı şəhəri 254 nömrəli tam orta məktəbin psixoloqu Səidə Nuriyeva, idman, bədən tərbiyəsi, tibb, incəsənət, mədəniyyət xadimləri, "Avontaj" qrupu və ARB TV kanalının aparıcısı Amid Həsənquliyev olan "Biz birik" verilişinin çəkiliş qrupu iştirak edirdilər. Eyni zamanda, layihə rəhbəri, Bakı şəhəri 254 nömrəli tam orta məktəbin müəllimi Nazilə Rüstəmzadə tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da rəsmi qaydada müraciət edilmiş və onun tədbirə qatılması xahiş olunmuşdur. Təəssüf ki, həmin vaxtda ölkədə olmadığı üçün Leyla xanım tədbirdə iştirak edə bilməmişdir.
Sağlamlıq imkanları məhdud olan uşaqların musiqi istedadı ilə rövnəqlənən, maariflənmə və əyləncə xarakteri daşıyan bu konfrans layihə rəhbəri tərəfindən gözəl hədiyyələrin və təşəkkürnamələrin təltif edilməsi ilə sona çatdı.

Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onların bilik və bacarıq vərdişlərinin genişləndirilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cəmiyyətin bu həssas üzvlərinin mükəmməl təhsil almaları üçün yaradılan münbit şərait, xüsusən də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü dəyərli işlər böyük əhəmiyyətə malikdir. Bu baxımdan "İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili" layihəsinin xüsusi önəmi var.
18 oktyabr 2019-cu il tarində Xətai rayonundakı R.Əliyev adına 254 nömrəli tam orta məktəbin akt zalında keçirilən konfransda məktəbin müəllim-şagird kollektivi, uşaq birliyinin rəhbəri, psixoloq, ziyalılar, müxtəlif ixtisas – peşə sahibləri, idman, incəsənət, mədəniyyət nümayəndələri yaxından iştirak etdilər.
Milli Müstəqillik Gününə həsr olunan konfransda çıxış edən ibtidai sinif müəllimi Xuraman Məmmədova sağlamlıq imkanları məhdud olan uşaqların müstəqillik illərində qazandıqları böyük uğurlardan, onların hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunmaqlarından geniş söhbət açdı.
Dövlət müstəqilliyimizin ildönümünə təsadüf edən konfransda çıxış edən məktəbin ibtidai sinif müəllimi Nərgiz Mirzəliyeva isə ölkəmizin müstəqillik dönəmində Azərbaycan təhsilində sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə, onların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilməsindən ətraflı danışdı.
Məktəbin 4-cü sinif şagirdlərinin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hazırladıqları ədəbi-bədii-musiqili proqram konfransda iştirak edən hər bir kəsi ürəkdən süvindirdi. İki saat davam edən konfrans maraqlı viktorina ilə başa çatdı.
Sağlamlıq imkanları məhdud olan uşaqların ədəbiyyata, incəsənətə, mədəniyyətə, milli-mənəvi sərvətlərimizə olan böyük marağı, onların istedad və bacarıqlarının üzə çıxarılması Azərbaycanın təhsil sistemində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan "İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili" layihəsi çərçivəsində 31 oktyabr 2019-cu il tarixində Xətai rayonundakı 254 nömrəli tam orta məktəbdə növbəti bir konfransın keçirilməsi təqdirəlayiqdir.
Azərbaycan Republikasının Dövlət Bayrağı Günününə həsr olunan tədbirdə, layihə rəhbəri Nazilə Rüstəmzadə, məktəbin müəllim-şagird heyəti, uşaq birliyinin rəhbəri, psixoloq, ziyalılar, müxtəlif ixtisas-peşə sahibləri, müxtəlif musiqi və rəqs qrupları, idmançılar yaxından iştirak edirdilər.
Çıxış edənlər inklüziv təhsilin inkişafından, sağıamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən geniş söhbət açdılar.
Daha sonra bədii-musiqili hissə başladı. Q. Mustafayev (xanəndə), F. Bədirova (kamançaçı), İ. Nuriyev (vokalist), "Effekt" uşaq vokal qrupu, M. Fətdayevanın bədii rəhbərliyi ilə "Şəms" rəqs qrupu, R. Əlizadənin bədii rəhbərliyi ilə "Səma" rəqs qrupu öz maraqlı çıxışları ilə sağlamlıq imkanları məhdud olan uşaqların sevincinə səbəb oldular. Tədbir sağlamlıq imkanları məhdud olan uşaqlara təşkilatçılar tərəfindən hədiyyələrin təqdim olunması ilə başa çatdı.
"Musiqi ilə sən daha özəlsən"- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün TƏDBİR KEÇİRİLDİ"Musiqi ilə sən daha özəlsən"- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün TƏDBİR KEÇİRİLDİ"Musiqi ilə sən daha özəlsən"- Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün TƏDBİR KEÇİRİLDİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 791   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat

Xəbər verdiyimiz kimi bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. İlin sonunadək amnistiya aktının da qəbul ediləcəyi də gözlənilir. Bele ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı -a danışan deputa

17 dekabr
.

"İxracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur" - AQTA sədri

Bakı şəhərində təşkil olunan mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət gücləndirilib. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib. Onun sözlərinə görə, yarmarkalarda fəaliyyə

17 dekabr
.

Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM detalları açıqladı

"Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb". xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz

17 dekabr
.

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama

Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb. Məsələ ilə bağlı -a açıqlama verən Səhiyy

17 dekabr
.

3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi

Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə

16 dekabr
.

Sabah yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər

16 dekabr
.

13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Saytımıza 13 nömrəli avtobus marşrutu ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sərnişinlər avtobusun təxminən yarım saat gecikdiyini bildirirlər. Hətta bu gün saat 10:00-10:30 aralığında gecikmə o qədər uzun çəkib ki, 7B marşrutunun sürücüsü 13 nömrəli avtobusun əvəzinə hərəkət edərək sərnişinləri götürü

17 dekabr
.

Bakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi

İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl

16 dekabr
.

Masazırın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi

16 dekabr