Gələn ildən bu şəxslərin maaş və pensiyaları artacaq - ŞAD XƏBƏR

Gələn ildən bu şəxslərin maaş və pensiyaları artacaq - ŞAD XƏBƏRGələn ildən pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşların artması gözlənilir.

Sonxeber.az-ın məlumatına görə, bununla bağlı dekabr ayının 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2020-ci il yanvarın 1-dən pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

Keçmiş deputat Musa Quliyev isə dekabr ayının 2-də Azərbaycan Televiziyasının "Telesəhər" verilişində bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir:

"2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq.

Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq.

Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin xərcləri bu illə müqayisədə 6,8 faiz artıb. Sosial müdafiə xərclərinin isə 23 faiz artımı nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il əmək haqları, pensiyalar, müavinətlər artacaq".

Verilişdə açıqlama verən keçmiş deputat Cavid Osmanov isə qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin 50 faizi insanların sosial rifahının yaxşılaşdırılması üçün ayrılıb:

"2020-ci ilin dövlət büdcəsi müstəqil Azərbaycanın dövlət tarixində ən iri həcmli büdcədir. Gələn ilin dövlət büdcəsində vergilərdən yığılan vəsait 8 milyard manata yaxın olacaq. 2020-ci ilin dövlət büdcəsinin 40 faizi, təxminən 10 milyard manat insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib. Bura məcburi köçkünlər və qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara müavinətlərin verilməsi, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasını əlavə etsək, görərik ki, növbəti ilin dövlət büdcəsinin 50 faizi sosial istiqamətdə xərclənəcək".

Həmçinin gələn il yanvar ayının 1-dən (ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra) həkimlərin də maaşlarının artacağı gözlənilir.
Bu barədə 2019-cu ilin iyul ayında açıqlama verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirmişdi ki, Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq:

"İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq".

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov dekabr ayının 11-də jurnalistlərə açıqlamasında bildirib ki, yaxın 7-10 gün ərzində icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində işləyən həkimlərin maaşı və maaşa əlavələrlə bağlı məlumatlar veriləcək:

"Məsələ son razılaşdırma mərhələsindədir. Maaşlar həkimin tutduğu vəzifə və təcrübəyə uyğun, Vahid Tarif Cədvəlinə əsasən müəyyən olunacaq. Bundan başqa, həvəsləndirici əlavələr də olacaq. Əgər həkim rayon, kənddə işləyirsə, onun yaşadığı yerdən işlədiyi kənd məntəqəsinə qədər məsafə 15-20 kilometrə qədərdirsə, həvəsləndirici əlavə alacaq. Məsafə 20 kilometrdən yuxarıdırsa, ayrı həvəsləndirici əlavə tətbiq olunacaq. Ən əsası isə, həkimin baxdığı xəstə sayına görə də əlavələr olacaq".

Ş.Eyvazov qeyd edib ki, pilot layihədə 7-8 min manat maaş alan həkimlər olub və bu, onların səhiyyənin qanunlarını aşmadan yüksək xidmət göstərməsi ilə bağlı olub.

Əlavə edək ki, təhsil eksperti Kamran Əsədov gələn ildən müəllimlərin əməkhaqları və tələbələrin təqaüdlərinin artması barədə məlumat paylaşmışdı. O bildirmişdi ki, bunu dövlət büdcəsindən son 5 il ərzində təhsilə ayrılan vəsaitin həcmindəki böyük artımdan açıq şəkildə görmək olar:
"2020-ci il dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Bu vəsait 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur.
2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 280 milyon manat, 2018-ci ildə 2.043.989.508 manat, 2017-ci ildə isə 1.859.499.497 manat olub".

Növbəti ildən müəllimlərin maaşlarının artması barədə isə Təhsil Nazirliyindən rəsmi mövqe bildirilməyib.

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9720   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Ramiz Mehdiyevin kürəkəni: "Özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!"

"Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!".. . Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.. . O, bildirib ki, yalnız etimad göstəriləcəy

13 dekabr 2019

"Tarqovı"da bıçaqla insanlara hücum edən çılpaq şəxslər kimdir? - ADLARI AÇIQLANDI

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.. . "Report"un xəbərinə görə, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.. . Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsind

13 dekabr 2019

Rəfael Dadaşovun səhhəti ilə bağlı son durum

Ürəyində və ağ ciyərində çoxlu problemlər var. . Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşovun səhhəti normallaşıb.. . Bu barədə AzNews.az-a aktyorun ailə üzvləri məlumat verib. Onların bildirdiyinə görə, aktyorun müalicəsi hələ də davam etdirilir:. . "Rəfael müəllim hazırd

13 dekabr 2019

Bakıda kişiləri tovlayan qızlar peyda olub (FOTO)

Bakıda fırıldaqçı qızlar peyda olub. Sonxeber.az-ın məlumatına görə, oxucular criminal.az-a bildiriblər ki, iki cavan qız kişi sürücülərin mərhəmətinə sığınaraq pul əldə edirlər. Gürcüstandan olan iki qız yolda maşını saxlayaraq benzinin bitdiyini və onlara köməklik edilməsini xahiş edir. Sürücülər benzi

13 dekabr 2019

Polisllər tərəfindən saxlanılan xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO

Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.. . Məlum olub ki, həmi

13 dekabr 2019

İcra başçısı və "EuroHome"un rəhbəri sahibkarlarla görüşdü - FOTOLAR

Bir neçə gün öncə Bakı-Sumqayıt yolunda yerləşən "EuroHome" tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı müzakirələr aparılır.. . Unikal.org-un əməkdaşının verdiyi məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətini

13 dekabr 2019

"Bu qətnamələrin müxtəlif ölkələr tərəfindən tanınması Türkiyəyə zərrə qədər təsir etmir"-Rəy

Xəbər verdiyimiz kimi ABŞ Senatı üç dəfə ləğv edilən qondarma "erməni soyqırımı" layihəsini qəbul edib. Senatda layihə səsçoxluğu ilə qəbul edilib. Layihə bundan sonra Trampa göndəriləcək.. . Bununla bağlı Sonxeber.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğl

13 dekabr 2019

AzTV-nin keçmiş sədrinin qızı ilə bağlı ŞOK XƏBƏR

Azərbaycan Hesablama Palatasının auditorunun 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib.. . Big.az "Turan"a istinadən bildirir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər ("TPDN", "Oyuncaq Dünyası", "H2A Studio"

13 dekabr 2019

Polislər tuneldə təkəri buraxan avtomobilin sürücüsünə kömək etdilər- VİDEO

"Polislər bu dəfə tuneldə təkəri buraxan avtomobilin sürücüsünə kömək etdilər" .. Sonxeber.az xəbər verir ki, Bakıda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Atatürk prospektində tuneldə təkərini buraxıb yol hərəkətinə maneə olan avtomobilin sahibinə kömək ediblər. Belə ki, təkəri buraxa

13 dekabr 2019