Hansı içkilər ömrü uzadır?- SİYAHI

Hansı içkilər ömrü uzadır?- SİYAHIElmi araşdırmalar göstərir ki, bəzi içkilər ömrü uzatmaq üçün inanılmaz təsirə malikdir.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı qısa siyahı tərtib olunsa, bura portağal şirəsi, süd və qəhvə daxil edilməlidir.

Portağal şirəsi

Portağal şirəsinin həyat verən gücünü hiss etmək üçün qidalanma mütəxəssisləri onu gündəlik 750 ml içməyi məsləhət görürlər. Portağal şirəsi ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruyur. Bundan başqa, şəkərli diabetə qarşı çox faydalı sayılır.

Süd

Süd yalnız sümük toxumasını gücləndirmək üçün faydalı deyil, südün həm də insultdan və işemik xəstəliklərdən müdafiə etmək qabiliyyətini aşkar edilib.

Amma bu da son deyil. Belə ki, süd istifadəsi ilə onkoloji xəstəliklərin riskinin azalması arasında birbaşa əlaqəni sübut edən tədqiqatlar da aparılıb.

Qəhvənin mümkün zərərlərinə dair xəbərdarlıqlara baxmayaraq, bu içki lazımi miqdarda qəbul ediləndə bir sıra təhlükəli xəstəliklərdən qoruyur. Əlavələr olmadan və şəkərsiz qara qəhvə içmək damarların vəziyyətinin yaxşılaşdırılması üçün məsuliyyət daşıyan hüceyrə prosesini aktivləşdirir. Bu şəkildə içilən qəhvə ürəyi qoruyur. Eyni zamanda, qəhvə hətta diabet, piylənmə və yaşa bağlı dəyişikliklərlə də mübarizədə faydalı sayılır.

Əlbəttə, insanın ömrünün uzunluğu genetik faktor, həyat tərzi, düzgün qidalanma kimi müxtəlif amillərdən asılıdır. Amma məhz qəhvə bütün bu proseslərdə həlledici rol oynaya bilər. Məsələn, bu dadlı və ətirli içki streslə mübarizə aparmağı və depressiv vəziyyətlərin qarşısını almağı bacarır.

Bəzən uzunömürlülük üçün ən faydalı içkilər siyahısına spirtli içkilər də daxil edilir. Məlumata görə, həqiqətən də şərabın mütəxəssislər məsləhət gördüyü miqdarda istifadəsi ölüm riskini 25% azaldır. Bundan başqa, alimlər müəyyən ediblər ki, spirtli içkinin bu cür istifadəsi zamanı işemik insultların inkişaf ehtimalı əhəmiyyətli dərəcədə azalır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5715   Tarix: 22 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Masaj faydaları və sağlamlığa təsiri

Masaj sağlamlığımıza hələ kəşf edilməmiş bir çox faydaları var. Sağlamlıq və rahatlıq baxımından əvəzsiz olan bu xidmət, müxtəlif növləri ilə hər kəsin ehtiyaclarına cavab verə bilir. masaj xidməti, gündəlik stress və gərginlikdən uzaq durmaq, fiziki və mənəvi sağlamlığı qorumaq üçün ideal bir seçimdir

24 mart
.

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Şahzadə Keytin keçən həftə xərçəng xəstəsi olduğunu və müalicə aldığını açıqlaması 50 yaşdan aşağı şəxslərdə də xərçəngin geniş yayılması məsələsini gündəmə gətirib. -a istinadən xəbər verir ki, aparılan bir araşdırma gənc yaşlarda xərçəngə tutulmanı

30 mart
.

Gecə 4 saatdan az yatanları nələr gözləyir?

İnsan sağlamlığı üçün normalda minimum 6, maksimum 9 saat yatmalıdır. -a istinadən xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib. "Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır. Yuxunu

17 mart
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30 mart
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart