Bakıda bina tikintisinə görə ağacları kəsdilər - VİDEO
Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.
Redaksiyamıza verilən məlumata görə, sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədi ilə məhv edilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq.
O.Məmmədov redaksiyamıza verdiyi açıqlamasında faktı təsdiqləyib və bununla bağlı araşdırma başladıldığını deyib:
"Bu gün şöbəyə Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Ərazidə insanların istirahəti üçün salınan park var. Baxış zamanı park ərazisində beş ağacın kəsilməsi faktı təsdiq olunub. Tərəfimizdən akt tərtib olunub.
Araşdırma zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan ağacların köçürülməsi üçün rəy verib. Lakin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin əməkdaşları ağacları köçürmək yerinə ağır texnika ilə məhv ediblər. Bu məqamla bağlı da araşdırma başladılıb. Məsələnin yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək"
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2540 Tarix: 23 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət
17 dekabrBuğanı bəsləmək istəyən gənc təhlükəli vəziyyətlə üz-üzə qaldı - VİDEO
Buğanı bəsləmək məqsədilə onun saxlanıldığı əraziyə daxil olan gənc gözlənilməz hadisə ilə üzləşib. Gəncin buğanın üzərinə çıxmasında sonra heyvan onu ayağının altına salıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı gənc böyük panik yaşayıb və buğanın ayağı altından çıxmaq üçün ciddi mübariz
18 dekabrBaş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO
Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd
18 dekabrBir kişi yol kənarında ölü tapılıb - VİDEO
Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla
17 dekabrAtasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO
Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın
19 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabrMirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI
Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü
17 dekabr