Neftçi Mirvari Qəhrəmanlının SOCAR-la bağlı fikirlərini təkzib etdi

Neftçi Mirvari Qəhrəmanlının SOCAR-la bağlı fikirlərini təkzib etdiSOCAR-ın mühəndisi Arif Qəmbərov sosial media hesabında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının SOCAR-ın strukturunda olan Neft Daşları və 28 May NQÇİ haqqında yazdıqlarına münasibət bildirib.

Sfera.az Arif Qəmbərovun yazdığı statusu təqdim edir:

Dünən "facebook" sosial şəbəkəsində NHMT sədri Mirvari xanım Qəhrəmanlının SOCAR-ın strukturunda olan Neft Daşları və 28 May NQÇİ haqqında məqaləsini oxudum. Mivari xanımı çox yaxşı tanıyıram, mübariz insandır. Ancaq dünənki məqalədə qabardılan məsələlər tamamilə riyakarlıqdır. Əvvəlcə nəzər salaq 28 May NQÇİ-də qabardılan problemlərə. 28 May NQÇİ platformalarında kollektiv qidalanma ilə bağlı qaldırılan məsələ həqiqətə uyğun deyil. Tamamilə yalandır. Neftçilərin qidalanması ilə "Xəzər iaşə" MMC məşğuldur. Yetərincə ərzaq məhsulları gətirilir və keyfiyyətli yeməklər hazırlanır. Mən hal-hazırda 28 May NQÇİ-nin Günəşli yatağında 11 saylı DDÖ-dəyəm. İstər mühəndis, istərsə fəhlə sinfi olsun, fərq etməz.

Səhər yeməyi:

1) Düyü və mannı sıyığı.

2) Meyvə cemi.

3) Şokolad yağı

4) Qatılaşdırılmış süd

5) Bal

6) Qaynadılmış yumurta

7) Qayğanaq

8) "Qlazok" yumurta

9) Kolbasa - bişmiş

10) Kolbasa - hisə verilmiş

11) Sosiska - qaynadımış

12) Qızardılmış sosis, yumurta ilə qızardılmış kolbasalar.

13) Kərə yağı.

14) Pendir.

15) Pendir - niderland

Nahar yeməyi:

1) Düyü, vermeşil, makaron, perlova supları. Borş.

2) Qarabaşaq, bulqur, vermeşil, makaron.

3) Toyuq - qızardılmış, qaynadılmış

4) Müxtəlif qarnirlər, qablaşdırilmış mal əti və balıq.

5) Müxtəlif turşular

Şam yeməyi:

1) Müxtəlif souslar

2) Kartof - qaynadılmış, püre, qızardılmış

3) Balıq - qızardılmış

4) Kotletlər - toyuq və mal ətindən

5) Qızardılmış - vermeşil, makaron, qarabaşaq, bulqur və s.

6) Ketçup, mayonez, kofe və peçenye daim yeməkxanada masanın üzərində olur.

Sirələr və sular:

1) Qazlı və qazsız sular.

2) Müxtəlif şirələr

3) Meyvə kompotu – müntəzəm

Meyvələr:

1) Alma

2) Naringi

3) Portağaı və s. Mövsümi meyvə və giləmeyvələr.

4) Limon.

Qənnadı məmulatları:

1) Qənd

2) Şəkər tozu

3) Müxtəlif karamellər.

Un məmulatları

1) Çörəklər

a) Ağ

b) Qara.

Eləcə də gecə növbəsində işləyən işçilərin istəyinə uyğun yeməklər hazırlanır.

Hər gün yüksək keyfiyyətli təzə çörək bişirilir. O ki, qaldı işçilərin fərdi mühafizə vasitələri və geyim dəstləri ilə təminatına, bəzi çatışmazlıqlar müşahidə olunsa da istər mühəndis - texniki işçilər, istərsə də fəhlələr daim yuksək səviyyədə təmin olunur.

Vaxtın dəyişdirilməsinə gəlincə, Xəzər qapalı su hövzəsi olsa da çox şıltaq dənizdir. Birləşmiş çiçəklər qrafikinə nəzər salsaq, Xəzər dənizində ilin 285 günü şimal və şimal-şərq küləkləri əsir. Vaxtın dəyişdirilməsi gəmi və herikopter vasitəsi ilə həyata keçirilir. Bəzən günlərlə fırtınalı hava şəraiti müşahidə olunur. Gəmilərin hərəkəti məhdudlaşdırılır. Neft Daşları ərazisində bir çox meydançalarda herikopter meydançası nəzərdə tutulmayıb. SOCAR yaxud AZNEFT İB rəhbərliyi neyləməlidir? Gəmilərə qanadmı qoymalıdır? Min dəfə imam üçün ağlayanda, bir dəfə də heç olmasa yezid üçün ağlayın. Bir neçə narazı fərdin problemlərini kollektiv problemə çevirmək düzgün deyil. İstənilən halda sizinlə polemikaya hazıram. Məni tanıyan, bilən hər bir kəs bilir ki, düzə düz, əyriyəəyri deyən insanam".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5589   Tarix: 25 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

271 saylı məktəbin müəllimi: "Uşaqlar məkəbə gəlmir, direktora pul verir"

30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü i

8 may
.

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğu

7 may
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

8 may
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

8 may
.

Azərbaycanda 102 yaşlı qadın təltif edilib - FOTO

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Xidmətdən APA-ya verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenan

8 may
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə leysan, şimşək, dolu...

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı

8 may
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media-ya istinadən xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qrupların

8 may