"İmmunitetimiz hələ ki, koronavirusu tanımır" – ÜST RUSİYA RƏHBƏRİ

"İmmunitetimiz hələ ki, koronavirusu tanımır" – ÜST RUSİYA RƏHBƏRİDünya Səhiyyə Təşkilatının Rusiya üzrə rəhbəri, professor Melita Vuynoviç Forbes Life dərgisinə koronavirus pandemiyası ilə bağlı bəzi məqamları və fikirlərini bölüşüb.

Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, o, koronavirusun qriplə eyni tutulmasını düzgün hesab etmir və immunitetin bu virusu hələ tam öyrənib tanımadığını bildirib.

"Qrip virusları ayrıca böyük bir ailədir. Koronavirus bu ailəyə daxil olmayan ayrıca fərqli bir virusdur. Koronavirus daha çox heyvan orqanizmində olub, onlara yoluxub.

Amma koronavirusa insanın yoluxması həmişə olub, bu adi qrip və zökəm kimi özünü göstərib.Bəs nəyə görə bu virusa qarşı hələ peyvənd icad olunmamışdır? Çünki indiyə kimi bu virus ailəsi insan üçün ciddi təhlükə mənbəyi olmayıb, heç vaxt belə geniş yayılıb, ciddi ağırlaşmalar yaratmayıb.

SARS və MERS də atipik pnevmoniya yaradan və heyvandan insana keçən virus infeksiyası idi, amma o zaman belə bu qədər geniş yayılıb pandemik səviyyəyə çatmamışdı.

Qripdən vaksin nə zaman yarandı?

1919-cu ilə kimi o da yox idi. Baxmayaraq ki, o illərdən öncə hər il yüz minlərlə insan adi qripdən ölürdü. Qrip peyvəndi bütün yer üzünün əhalisinin 3-də birini yoluxduran dəhşətli "ispanka" pandemiyasından sonra kəşf edildi.

Koronavirus son 20 ildə insanlığı dərindən sarsıdan üçüncü virusdur.

Əvvəlki SARS və MERS də ölümcül idi, epidemik idi. Amma onlar koronavirus qədər sürətlə yayılmırdı.

Nəyə görə koronavirus belə sürətlə yayılır. Çünki insan immuniteti üçün yaddır, immunitetimiz onu tez aşkarlamır və ona qarşı mübarizə mexanizmi zəifdir.

Yaxşı ki, koronavirusda ölüm faizi SARS- kimi deyil. Sars-da 10 faiz idisə, koronavirusda 3%-dir.

Hələ ÜST və alimlər bu virusu öyrənir. Sadəcə müşahidə edirik və bütün mümkün mövcud mübarizə vasitələrindən istifadə edirik.

Nəyə görə koronavirus yaşlı, xəstə insanları daha çox öldürür? Virus insanı necə öldürür, sistemlərini hansı zəif yerdən tutaraq məhv edir, hələ bunlar öyrənilir.

Bəli, səbəb pnevmoniyadır, amma pnevmoniyanın da yaranmasının dərin mexanizmləri var. Hər virus orqanizmdə müxtəlif cür özünü aparır. Alimlər,tibb koronavirusu da çözəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2329   Tarix: 21 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021