Koronavirus pandemiyası qlobal ərzaq təminatına necə təsir edəcək?

Koronavirus pandemiyası qlobal ərzaq təminatına necə təsir edəcək?Planetimizdə koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə insanların tibbi maska və əlcəklərlə təmin edilməsi, karantin xəstəxanalarının təşkili ölkələrin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin ekspertlər üfüqdə daha bir problemin - qlobal ərzaq təminatının da olduğu barədə xəbərdarlıq edirlər. Hələ də mənşəyi və neçə müddət davam edəcəyi bəlli olmayan bu epidemiya ilə əlaqədar bəzi ölkələrdə ərzaq ehtiyatı yaradılmasına başlanılıb.

"Foreign Policy" jurnalında pandemiya ilə əlaqədar sərhədlərin bağlanması fonunda bir sıra ölkələrin ərzaq tədarükünə dair təşviş içində olduqları bildirilir. Belə ki, ən böyük taxıl ixracatçısı olan Rusiya iyuna qədər ixracı dayandırıb, taxılın ən iri idxalçısı olan Misir isə ölkədən paxlalı bitkilərin ixracına məhdudiyyət qoyub. Argentinada isə soya məhsulları istehsalçıları federal hökumətin qərarına zidd olaraq anbarları bağlayıblar. Artıq Hindistandan Kanadaya soğan və yumurta ixracı da dayandırılıb. Ekspertlər 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı vaxtı da analoji sindromun meydana gəldiyini, taxıl və dənli bitkilərin qiymətlərində artım olduğunu xatırladırlar.

Analitiklər vurğulayır ki, ərzaq mallarının qiymətlərində baş verə biləcək artım dünya əhalisinin daha da yoxsullaşmasına səbəb olacaq. Bundan başqa, kənd təsərrüfatında çalışan milyonlarla miqrant sərhədlərin bağlanması səbəbindən işsiz qalıb. Şərqi Avropa ölkələrindən Fransa, İtaliya, Almaniya və İspaniyada aqrar fermalarda mövsümi işləyənlər də eyni problemi yaşayırlar. Logistika problemləri və işçi çatışmazlığı ucbatından böyük şəhərlərin supermarketlərində meyvə və tərəvəz qıtlığı da gözlənilir. Dünyada ticarət məqsədli mal və məhsulların daşınmasının 90 faizini həyata keçirən dəniz gəmiçiliyi də demək olar ki, dayanıb. Belə ki, indi yük gəmilərinin limanlara girişi də qadağan edilib.

Bütün bu proseslərin fonunda dünyada ərzağın qiyməti də artır. Kənd Təsərrüfatı Bazarı İnformasiya Sisteminin (AMIS) son məlumatına görə, taxılın qiyməti 8 faiz, düyü isə 11,3 faiz bahalaşıb. Qeyd olunub ki, qiymət artımından ən çox yoxsul ölkələr təsirlənəcək. Çünki bahalı ərzaq məhsulları idxalı həmin ölkələrin milli valyutalarına da mənfi təsir göstərəcək.

Ekspertlər qeyd edilər ki, indiki vəziyyət 2008-ci il böhranından fərqlənir. Onlar bildirirlər ki, hazırda dünyada daha çox ərzaq ehtiyatı var, aqrar sahədə istehsalın vəziyyəti də yaxşıdır. Məsələn, ABŞ Kənd Təsərrüfatı Departamenti bu il ölkədə rekord miqdarda taxıl məhsulunun olacağını bəyan edib. Çin və Rusiyanın ərzaq ehtiyatları da kifayət qədər çoxdur. Ən başlıca vəzifə isə bu il məhsul yığımının yüksək səviyyədə həyata keçirilməsi olacaq. Digər imperativ amil ticarət yollarının açıq olmasıdır. Qeyd olunur ki, tədarükçü və idxalçı ölkələr koronavirus pandemiyası ilə əlaqədar ticarət baryerlərini mümkün qədər azaltmalı, ixrac məhsullarına vergiləri artırmaqdan çəkinməlidir. Digər tərəfdən, limanlarda çalışan fəhlələrin və gəmi heyətlərinin çevik koronavirus testindən keçirilmələri, bununla da dəniz ticarətinin təmin edilməsi də zəruridir. Qiymətlərin bahalaşmasının qarşısını almaq üçün hökumətlərə tarifləri və vergiləri azaltmaq da təklif olunur. Ekspertlər bu kontekstdə daha çox logistika xərci tələb edən qlobal yükdaşımaları yerinə, indi regional ərzaq məhsulları ticarətinə üstünlük verilməsinin səmərəli olacağı qənaətindədirlər.

AMIS-in hesabatında qeyd edilir ki, bütün bu addımlar qlobal ərzaq bazarının sabitləşməsi və dünyada ərzaq qıtlığının qarşısının alınmasına kömək edəcək. Eyni zamanda, regionların və konkret ölkələrin hansı ərzaq məhsullarına tələbatı olması və tədarük planlarının da buna uyğun tərtib olunaraq çevik təchizatın həyata keçirilməsi də təklif olunur. Bu məqsədlə hökumətlərə ərzaq ehtiyatı və tələbatı barədə şəffaf informasiyalar təqdim etmək tövsiyə edilib. BMT-nin Dənizçilik Agentliyi limanlara malik olan bütün ölkələri dəniz nəqliyyatının hərəkətini dayandırmamağa, gəmilərdə çalışanların sağlamlığını və təhlükəsizliyini təmin etməyə çağırıb. (AZƏRTAC)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3546   Tarix: 21 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021