"Albert hücumda olanda erməni tankları pərən-pərən düşürdü"-Tarixçi-alim

"Albert hücumda olanda erməni tankları pərən-pərən düşürdü"-Tarixçi-alimBu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib və cəbhəyə könüllü yazıldığını deyib. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Mövzu ilə bağlı tarixçi-alim Dilavər Əzmli Sonxeber.az-a danışıb. O, bildirib ki, Azərbaycanda həmişə insanlar əminamanlıq şəraitində yaşamış və bir süfrənin ətrafına toplaşaraq doğma Vətənimizin çətin vəziyyətində düşmənə qarşı birgə vuruşmuşlar:

"Ölkəmizdə olan bütün xalqlar sülh və əminamanlıq nəticəsində qaynayıb-qarışmışlar. Belə xalqlardan biri də ölkəmizin həmişə şad və kədərli günlərdə bizmilə çiyin-çiyinə gedən yəhudi xalqıdır. Albert Aqaraunoviç Ararunov bunun əyani nümunəsidir. Bu insan çox bilikli bir hərbiçi olmaqla bərabər, həm də yüksək əxlaqa sahib, olduqca səmimi biri olub. Bu haqda mənə onun döyüş yoldaşları danışıb.

Onlar onun bir tankçı kimi hünərindən, zirehli maşınla necə manevr etməsindən və həyacan dolu xatirələrindən danışıb və onun necə bir qiymətli insan olduğunu vurğulayıblar. Söylədiklərinə görə, ermənilər onun manevrlərindən dəhşətə gəlir və onu zərərsizləşdirə bilmirdilər. Albert hücumda olanda erməni tankları pərən-pərən olurdu. Onun şəhidliyi də ürəyinin böyüklüyündən baş verib.

Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən Albertin tankının qabağında həlak olmuş azərbaycanlı döyüşçünün meyitini çıxarır amma hərb qaydalarına görə, o, həmin anda tankı meyitin üzərindən sürməliydi. Amma mənəviyyatı, yüksək əxlaqı buna imkan vermir. Albert meyiti tankın qabağından götürmək üçün tankın lyukunu açıb oradan çıxmaq istəyir. Sən demə gavur erməni snayperi tankın dayanmasını görüb nədənsə şübhələnir və izləyir. Görəndə ki, lyuk açıldı və Albert başını çıxartdı, həmin an onu snayper gülləsi ilə qətlə yetirir...
Baxın, bu insan döyüşdə misilsiz qəhrəmanlıq göstərir. İkinci qəhrəmanlıq isə yüksək əxlaq, mənəviyyat qəhrəmanlığıdır. Məncə, ona buna görə də ya orden, ya da ikinci dəfə qəhrəmanlıq vermək olardı.

Albert bizim düşmənlərə qarşı vuruşumuzda azərbaycanlı-yəhudi birliyinin əyani göstəricisidir. Bu torpaqlar bizim də, onların da Ana Vətənidir. Vaxtilə erməni gavurlar havadarlarının dəstəyi ilə bizlərə qarşı "soyqırım" edəndə yəhudiləri də amansızcasına qırıblar. Albert bütün dünyaya sübut etdi ki, Azərbaycanda yəhudilər dövlətçilikdə daima iştirak edib və bu dövlətçiliyi göz bəbəyi kimi qoruyublar. Eləcə də Azərbaycanda olan digər xalqlar Azərbaycan uğrunda canından keçməyə hazırdırlar. Qoy erməni gavurlar bunu unutmasınlar. Çünki qarşıda bizi Qarabağ uğrunda savaş gözləyir. Biz birgə bu vətəni bu ərazilərə gətirilib yerləşdirilən, müxtəlif dövlətlərin əlaltısı olan erməni gavurlarından xilas edəcəyik. Heç bir qüvvə bizim birliyini sarsıda bilməz. Bir daha təkrar edirəm ki, Albertin qəhrəmanlığı bu birliyin möhtəşəm nümunəsidir. Azərbaycan dövləti bu qəhrəman oğlumuzun fədakarlığını yüksək qiymətləndiribdir, ona "Azərbaycanın Milli Qəhrəmanı" adını verib və şəhərin görkəmli yerində əzəmətli bir abidə qoyubdur. Şəxsən mən bu abidəni ziyarət edəndə düşmənə qarşı döyüşmək üçün qanım qaynayır. Şəhidlər ölmür, onlar diridirlər".

F.Ağayeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1508   Tarix: 25 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr