"Qaraca qız" əsəri haqqında bilmədiklərimiz

"Qaraca qız" əsəri haqqında bilmədiklərimizSüleyman Sani Axundovun "Qaraca qız" əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu cəhətlərini nəzərə alaraq "Qaraca qız" əsərinin günümüzdə də ədəbiyyat dərsliklərinə salınmasını zəruri hesab edirik.

Lakin ortada bir gerçəklik də vardır ki, əsər sovet hakimiyyəti illərində keçmişə nifrət ruhunu aşılama istiqamətində təbliğat vasitəsinə çevrilmişdir və maraqlıdır ki, kor-koranə olaraq bu günə kimi də eyni məqsədi daşımaqdadır. Bunun səbəbi isə bədii əsərin gerçək ideya istiqaməti deyil, "30-cu illərdə vulqar sosializmin təsiri ilə" (Nadir Vəlixanov) dəyişdirilməsidir. Müasir təlim və təhsil strategiyamız "Qaraca qız hekayəsinin 1913-cü il "Məktəb" jurnalında dərc edilmiş ilk nəşri ilə 1936-cı ildə ədibin "Əsərləri" külliyyatına daxil edilən nüsxəsi arasındakı fərqin araşdırılması və üzə çıxarılmasını zəruri edir. İlk nəşrdə ədibin "Qorxulu nağıllar" başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin" hekayələrindən tanıdığımız Hacı Səmədin qızı Fatma ona kiçik bir epizod söyləyir. Bu epizoddan məlum olur ki, Fatmagilin oxuduğu məktəbdə Nabat adlı çirkin sifətli, gözləri çəp bir qız var imiş. Sifətinin çirkinliyinə görə yoldaşları onunla oynamaq istəmirlər. Bir gün Fatmagil oynayanda onların Gövhər adlı yoldaşlarından biri yıxılır, başı daşa dəyib qanayır. Nabat hamıdan tez Gövhərə yardım edir. Bu əhvalatdan sonra yoldaşları onunla dostlaşırlar.

Bu epizodu dinləyən Hacı Səməd həmin əhvalatı belə mənalandırır: "Qızım, insanın zahirinə baxma, batininə bax. Türklərdə bir məsəl var, deyərlər ki, "Ətə baxma, dona baxma, cana bax." İlk variantında "Qaraca qız" əsərinin əsas motivi də məhz insanın mahiyyətinin rəngindən, dinindən, maddi və fizioloji imkanlarından asılı olmayaraq, şəxsi insani keyfiyyətlərinə görə müəyyənləşməsi idi. Lakin bu motiv 1936-cı ildə dəyişdirilərək millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilmişdir. Əsərin dəyişdirilmiş və çıxarılmış ən mühüm hissələrini aşağıdakı kimi səciyyələndirə bilərik: 1. Hüseynqulu ağanın və Pəricahan xanımın yazıçı tərəfindən verilmiş xarakteristikası; Bu hissədə Hüseynqulu ağa "realnı" məktəbinin dördüncü sinfinə kimi oxuyub təhsilini yarıda buraxaraq, çöl işlərini sevməsi cəhətindən atasının bütün mülkünü səriştə ilə idarə edən bir mülkədar oğlu kimi tanıtdırılır. Zəhmli olması səbəbindən hər kəs ondan çəkinirsə də, ağa həm də çox rəhimdildir. Lakin yoldaşları ilə kef çəkməsi atasını narahat etdiyindən erkən evləndirilir. Atası Mehdi xan oğluna gimnaziyanı bitirmiş, "yüksək" tərbiyə görmüş bir bəy qızı tapır. Hüseynqulu ağanın təbiətindəki təmizlik onu həqiqətən də evə bağlayır, artıq yoldaşları ilə kənara əylənməyə getməyib dostlarına evində qonaqlıqlar verir. Mehdi ağa oğlunun evlənməsindən bir il sonra vəfat edir. Hüseynqulu ağa ilə Pəricahan xanımım xasiyyəti üst-üstə düşmür. "Pəricahan xanım gimnaziya təhsilində cəmi Avropa adətlərini götürüb, öz milli adətləri xoşuna gəlmirdi. Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da istəmirdi və labüd qalıb danışanda da yarı rus, yarı Türk kəlmələrini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü. Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə qədər çalışdı isə də, ondan çərkəzi paltarını çıxarıb, Avropa libası geyindirə bilmədi". XX əsrin əvvəllərində gimnaziya tələbələrinin ana dilindən uzaq düşmələri, dəb adı ilə milli adət-ənənələrə xor baxmaları bədii ədəbiyyatın əsas mövzularından birini təşkil edirdi. Bu gerçək problem C.Məmmədquluzadə, A.Şaiq və digər ədiblər kimi, S.S.Axundovu da düşündürmüş və əsərinin problemlərindən birinə çevirməyə vadar etmişdir. 2. Piri kişinin xarakteristikasını verərkən artırılmış sətir: "Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə edərdi".

Hüseynqulu ağanın təbiətindəki rəhimdillik bu cümləyə birinci variantda əsas vermirdi. Lakin ikinci variantda Hüseynqulu ağanın xarakteristikasını ehtiva edən hissənin silinməsi ilə onun zülmkar bir mülkədar kimi tanıtdırılması əsərə əlavə edilmişdir. 3. Piri kişinin namaz qılması haqqındakı məllumat; Əsərin birinci variantında Piri kişinin uşaqlıqdan tezdən durmağa adət etməsi onun namaz qılması ilə əlaqələndirilirdi: "Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağa adət etmişdi. İndi də tezdən dəstamaz alıb, sübh namazını qıldı…" Sonrakı variantda bu cümlə çıxarılmışdır. 4. Əsərin sonu tamam dəyişdirilmişdir. Bu günə qədər orta məktəb ədəbiyyat dərsliklərində yer alan əsərin sonluğu hamıya məlumdur. Aradakı fərqi göstərmək üçün birinci variantdakı sonluğu olduğu kimi buraya əlavə etməyi məqsədəuyğun bildik: "Pəricahan xanım ağlaya-ağalya dedi: "Amandır, qoyma bu qız ölsün, əlindən gələn səyi bu barədə müzayiqə etmə! - Xanım, bu qızın dirilməsi çətindir, ümid bir Allaha qalmışdır. Pəricahan xanım dizi üstə çöküb Allaha dua etməyə başladı. Piri kişi həqir bir nəzərlə ona baxıb dedi: - Böylə olan surətdə yazıq qızımı verin komama aparım. Qalsa, xanıma əziyyət edər! Bu sözlər Pəricahan xanımın ürəyinə ox kimi sancıldı. "Yox, qoymaram, qoymaram" deyə hönkürtü ilə ağlamağa başladı. Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun sağalmasından ümidini kəsmişdi, amma yenə də belə ittifaqlarda lazım gələn köməkliklərin hamısını əmələ gətirirdi. Komada həkimdən və Piri kişidən qeyri Hüseynqulu ağa da var idi. Bu rəhimdil kişi öz qızının bu qayda ilə sağ qalmasına razı deyidi. Qaraca qızın yastığı başında çöküb səmimi qəlb ilə Allahdan bu qərib yetimin sağalmasını rica edirdi. Lakin öz canını özgə uğrunda fəda etmiş Qaraca qızın vaxtı tamam idi!.. Axır nəfəsində Qaraca qız qan ilə dolmuş gözlərini açdı. Günəşin şöləsinə bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu! Qaraca qız öldü!.. - Komamın bülbülü uçub getdi!.. - deyə Piri kişi göz yaşını tökdü. - Xudaya, bu pak ruhun xatirəsinə biz müqəssir valideyni əfv et! - deyə Hüseynqulu ağa dua etdi. Bu xəbər bir dəqiqədə ağalığa yayıldı və hamını qəmgin etdi. Pəricahan xanım tutduğu əməldən peşiman olub qızı ilə bərabər yanıqlı-yanıqlı ağlayırdı. Qaraca qızın vəsiyyətini əmələ gətirdilər: Onu Güntəpədə dəfn etdilər. Hüseynqulu ağa Qaraca qızın qəbrinin üstündə böyük bir nişangah tikdirdi və baş daşının üstündə canını öz dostu Ağca xanımın uğrunda fəda etdiyini yazdırdı ki, bu böyük fədakarlıq baqi qalsın."

"Qaraca qız" əsərinin birinci variantı ideya tutumuna görə daha dolğundur və eyni zamanda, orta məktəb şagirdlərinin dünyagörüşünün formalaşması baxımından faydalıdır. "Qaraca qız" əsərinin janrı bu günə qədər ədəbiyyat dərsliklərində hekayə adlıandırılır. Lakin son elmi araşdırmalarda əsər povest olaraq dəyərləndirilmişdir. Əsərin dəyişdirilmiş hissələrinin və bu elmi-nəzəri yeniliyin də gələcək dərsliklərin nəşrində nəzərə alınması zəruridir.
senet.az

Filologiya üzrə fəlsəfə doktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, böyük elmi işçi Könül Nəhmətova

Sonxeber.az


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 11499   Tarix: 02 may 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azad seçim, yoxsa gizli məcburiyyət? - Baş örtüklərinin minillik sirri - VİDEO

Qadının geyimi tarix boyu müzakirə mövzusu olub. Heç zaman səngiməyən müzakirələr, mülahizələr və mübarizələr fonunda qadın gah qapalı, gah da açıq geyinməsi ilə seçilib. Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında bu dəfə qadın baş örtüklərinin tarixi və müxtəlif dövrlərdə daşıdığı mənada

1 mart
.

Məsumə Babayeva dəfn edildi

Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dəfn edilib. xəbər verir ki, mərasimdə mərhumun sənət yoldaşları, yaxınları və digər şəxslər iştirak ediblər. Mərhum Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, 74 yaşlı M.Babayev

25 yanvar
.

Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib

26 yanvar
.

Leyla Əliyeva tamaşada - Fotolar

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. "Qafqazinfo" xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək dava

2 mart
.

Kəmaləddin Heydərovla Baba Vəziroğlu Alim Qasımov üçün yeni mahnılar hazırlayır

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir. Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcək:. "Bu mahnıla

17 mart
.

Əməkdar artist dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti, xanəndə Raziyyə Şirinova vəfat edib. "Report"un xəbərinə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər. Onun 86 yaşında vəfat etdiyi bildirilir. Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A. Zeynallı adına Bak

20 mart
.

Aybəniz Haşımova Polad Bülbüloğlu ilə Şuşada - Foto

Əməkdar artist Aybəniz Haşımova Şuşadan paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə kamera qarşısına keçib. A.Haşımova fotoya "Şuşamızda" qısa şərhini yazaraq ürək emijisi qoyub

13 may
.

"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə

15 may
.

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc

30 mart