Gizli xəstəlik- kor ola bilərsiniz – DİQQƏT!!!

Gizli xəstəlik- kor ola bilərsiniz – DİQQƏT!!!Bütün dünyada yaşanan korluq probleminin ən mühüm səbəblərindən biri qlükomadır (göz təzyiqi). Milyonlarla insana təsir edən geniş yayılmış qlükoma gizli göz siniri xəstəliyidir. Müalicəsinin tam olaraq mümkün olmadığı deyilir. Ancaq müalicə olunub qarşısı alınmazsa, qalıcı korluğa səbəb ola bilər. Buna görə də erkən diaqnoz bu xəstəliyin müalicəsində mühüm sayılır.

Qlükoma özünü bəlli etmir

Məlumdur ki, gözün tərkibindəki maye göz kanalları vasitəsilə gözdən xaric edilir. Bu kanallarda tıxanma yarananda isə maye yetərincə bayıra axa bilmir və nəticədə göz təzyiqi artaraq qlükomaya səbəb olur. Artan göz daxili təzyiq isə görmə sinir hüceyrələrini öldürərək, qalıcı görmə itkisinə yol açır və erkən müəyyən edilməməsi bu baxımdan təhlükəlidir.

Əlamətləri varmı?

Qlükomanın olma ehtimalından şübhələnmək üçün yaşanan şiddətli göz ağrısı, görmə qabiliyyətinin azalması, gözdə qızartı və bulantı, qusma əlamətlərinə diqqət edin.

Uşaqlarda da qlükoma olur. Doğuşdan görülən qlükoma "konjenital glokom" adlanır.
Tək və ya iki gözü birdən tuta bilir. Odur ki, gözündə sulanma, böyümə, işıqdan narahatlıq fərq edilən uşaqlarda bu xəstəliyin olmasından şübhələnmək lazımdır. Bu körpələr sıxlıqla gözlərini ovuşdururlar.

Qlükoma riskini artıran amillər

45 yaşdan yuxarı olanlar, ailəsində qlükoma olanlar, siqaret çəkənlər, şəkər xəstələri, yüksək qan təzyiqi, yüksək nömrə eynək taxanlar, uzun müddətli kortizol dərman istifadə edənlər, gözdən zədə alanlar, miqreni olanlar, korneası incə olanlar, qalstukunu çox sıx bağlayanlar risk altındadırlar.

Qeyd edək ki, siqaret çəkənlər də bu risk qrupuna daxildir. Çünki siqaret həm göz təzyiqini artırır, həm də gözə gələn qan miqdarını aşağı salaraq, göz sinirinin daha tez təsirlənməsinə səbəb olur.

Qlükoma əsasən 40-89 yaş arası insanlarda rast gəlinir və illərlə özünü büruzə vermədən gizli irəliləyə bilər.

Erkən diaqnoz üçün ildə ən az bir dəfə göz müayinəsi vacibdir

Qlükoma olan göz müalicə olunsa belə, əvvəlki sağlamlığına qayıda bilməz, çünki zədələnmiş sinir hüceyrələrini bərpa etmək mümkün deyil. Qlükoma yalnız göz müayinələri zamanı aşkarlana bilər. Ona görə də ən azı ildə bir dəfə göz müayinəsinə getmək məsləhətdir.

Qlükoma müalicəsində ən vacib amil səbr etməkdir. İlk iş olaraq zədələnməyən sinir hüceyrələrini qorumaqd lazımdır. Bir dəfə zədələnmiş sinir hüceyrələrini yenidən geri qaytarmaq mümkün olmadığı üçün erkən diaqnoz mütləqdir. Xəstəliyin müalicəsi ömür boyu davam edə bilər. Göz təzyiqini aşağı salmaq üçün istifadə edilən üsul dərman və göz damcılarıdır. (lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2956   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021