Rüstəm Usubov vəzifəsindən azad edildi - SƏBƏB

Rüstəm Usubov vəzifəsindən azad edildi - SƏBƏBXəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin birinci müavini Rüstəm Usubovun və digər müavinlərinin vəzifədən azad olunması üçün Prezident İlham Əliyevə təqdimat göndərməsi haqda informasiya yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə Rüstəm Usubovun 65 yaşının olması səbəbindən təqaüdə göndərilməsinin qanuna uyğun olduğu bildirilsə də, onun bu vaxta qədər təhlükəsizlik orqanlarında mühüm işlər gördüyü diqqətə çatdırılıb.

2005-ci ildən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsini icra edən Rüstəm Usubov həm ədliyyə müşaviri, həm də insan kimi vətəndaşların rəğbətini qazanan məmurlardan olub. Onun xüsusən sadə vətəndaşları qəbul edib onların problemlərini dinlədiyi və yerində həlli üçün zəruri tapşırıqlar verdiyi bildirilib.

R.Usubov həm də dövlət təhlükəsizliyinin təmin edilməsi proseslərində önəmli rol oynayıb.

Məlumat üçün qeyd edək ki, Rüstəm Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq İdarəsinin prokuroru, Baş prokuror yanında mühüm işlər üzrə müstəntiq, böyük müstəntiq, Respublika Prokurorluğu İstintaq İdarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı Prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi Prokurorluğun İstintaq İdarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

O, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.

R.Usuobov II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir. Ailəlidir, üç övladı var.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 6699   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Türkiyə regionda geosiyasi, iqtisadi enerji maraqlarını müdafiə edir"-RƏY

Liviyada Türkiyənin dəstəklədiyi Milli Razılıq Hökuməti qüvvələri general Xəftər qüvvələri ilə müharibədə üstünlüyü ələ alır. Son günlərdə MRH qüvvələri 2014-cü ildən bu yana Xəftər qüvvələrinin nəzarətində olan strateji əhəmiyyətə malik Vattiyə hərbi hava bazasını geri alıb. Bu, son zamanlarda müharibəni

21 may

İldırımzadənin yerinə o təyin edildi

Baş prokuror Kamran Əliyev Xətai rayonuna yeni prokuror təyin edib.. . Sonxeber.az-ın Sabah.az-a istinadən məlumatına görə, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.. . Əmrə əsasən, Astara rayonu prokuroru Qabil Qasımov Xətai rayonuna yeni prokuror təyin edilib.. . Qeyd edək ki, Xətai rayon

21 may

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib. . . Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərd

21 may

"İki qardaş ölkə arasında hərbi əməkdaşlıq regionda yeni siyasi-hərbi nizam formalaşdırır"-RƏY

Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ikitərəfli strateji müttəfiqliyin mühüm tərkib hissəsidir. Bunu Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə istehsalı olan təkrar istifadə edilə bilən daşıyıcı raketlərin yerləşdirilməsi də təsdiq edir.. . "Jamestown Foundation"

20 may

"Münaqişənin həllində irəliləyişlər yoxdur, toqquşma riski artıb"-RƏY

Mayın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib.. . Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, eləcə d

20 may

ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı

ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb.. . "Report" xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.. . Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım

20 may

Rusiyanın Baş naziri koronavirusdan SAĞALDI

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusa görə müalicə aldığı xəstəxanadan evə buraxılıb.. . Sonxeber.az xəbər verir ki, Baş nazirin mətbuat katibi Boris Belyakov jurnalistlərə Mişustinin koronavirus müalicəsinin tamamlandığını və xəstəxanadan evə buraxıldığını söyləyib.. . Baş nazirin iş yerin

19 may

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.. . Sonxeber.az xəbər verir ki

19 may

İlham Əliyev: "Hər kəs özünü, yaxınlarını qorumalıdır, məsuliyyətini hiss etməlidir"

"Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq".. . Sonxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqda

19 may