Ekspert: "Siqaret çəkən sürücülərə qarşı sərnişinlər də mübarizə aparmalıdır"

Ekspert: "Siqaret çəkən sürücülərə qarşı sərnişinlər də mübarizə aparmalıdır"Bu gün 31 may - Ümumdünya Tütünlə Mübarizə günüdür. Dünyada müxtəlif ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadəyə qarşı ciddi mübarizə aparılır. Azərbaycanda da ictimai nəqliyyat sürücülərinin sükan arxasında tütündən istifadə etməsi qanunla qadağan edilir.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Sfera.az" saytına verdiyi açıqlamada avtobus və taksi sürücülərinin sükan arxasında siqaret çəkməsinə münasibət bildirib. Ekspert ilk növbədə siqaret çəkməyin ümumi ziyanlarını diqqətə çatdırıb:

"Tütündən istifadə tibb mütəxəssisləri tərəfindən sağlamlığa zərərli hesab olunur və qəti qadağan edilir. Bu bəladan yaxa qurtarmaq üçün bütün qurum və təşkilatlar bərabər çalışmalıdır. Statistikaya baxsaq görərik ki, xərçəng xəstəliyinin yaranmasının ən böyük səbəblərindən biri tütündən istifadədir. Tütün məmulatları həm sağlamlığa, həm də insanların maddi vəziyyətinə ziyan vurur".

Y.Mustafayev bildirib ki, son illər Bakı nəqliyyatında sürücülərin sükan arxasında siqaret çəkmə halları azalıb: "Tütündən istifadə etməyənlər edənlərin təsirinə məruz qalır. Buna ictimai nəqliyyatda da tez-tez təsadüf edirdik. 3-5 il bundan öncəyə qədər sürücülər rahat şəkildə sükan arxasında tütündən istifadə edirdilər. Onunla bərabər hərəkət edən sərnişinlər də bu tütünün tüstüsünü udmağa məcbur idilər. Qanunla bu istiqamətdə qadağa yox idi. Son zamanlar tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı işlər görülüb. Bu işlər çərçivəsində sürücülərə də qadağalar tətbiq edilib. Sürcünün diqqəti yolda olmalı, siqaretdən və telefondan istifadə etməməlidir. Bu istiqamətdə görülən tədbirlər qənaətbəxşdir".

Ekpsert əlavə edib ki, bu qadağlardan kənara çıxanlar da olur: "Xüsusən uzun məsafəli yollarda bəzi sürücülər sükan arxasında siqaret çəkirlər. Bu da haqlı olaraq nazarılıqlara səbəb olur. Siqaret çəkməyən sərnişinlər siqaret tüstüsü ilə zəhərlənmək istəmirlər. Sürücülər isə siqaretə vərdiş etdikləri üçün bunun fərqində olmur və qarşı tərəfi narahat etdiklərini düşünmürlər. Odur ki, tütündən istifadə daha da sərt tədbirlərlə məhdudlaşdırılmalıdır. Bir çox ölkələrdə bununla bağlı yüksək cərimələr tətbiq olunur. Bizdə də sərt şəkildə pul cəzası tətbiq edilməlidir".

Y.Mustafayev ictimai nəqliyyatda siqaretdən istifadəyə qarşı hər kəsi mübarizə aparmağa çağırıb: "Hər bir insan bu istiqamətdə mübarizəyə qoşulmalıdır. Vətəndaşlar sükan arxasında siqaret çəkən sürücüyə xəbərdarlıq edə, onu şəklini çəkib Bakı Nəqliyyat Agentliyinin (BNA) qaynar xəttinə göndərə və ya sosial şəbəkəyə yerləşdirərək sürücü barədə məlumat verə bilərlər. Sosial şəbəkələr bu istiqamətdə böyük təsir qüvvəsinə malikdir. Vətəndaşlar tərəfindən şikayət edildikdə əlaqədar qurum da məsələyə daha tez reaksiya verər və həmin sürücünü cəzalandırar. Bir neçə dəfə bu cür cəzalanma olsa, sürücülər də sükan arxasında siqaret çəkməkdən çəkinərlər. Qeyd edilən məsələlər taksilərə də aiddir. Bəzən görürsən ki, taksidə qadın və ya uşaq var, sürücü isə siqaret çəkir".

Xatırladaq ki, BNA-dan verilən məlumata görə ötən il ərzində sərnişinlərin müraciətlərinə əsasən sükan arxasında tütün məmulatından istifadə etdiyinə görə 235 avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1721   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 13 kilo narkotiklə yaxalandı -VİDEO

Nəsimi rayonunda narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanıb. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuan

25 mart
.

Ötən gün 48 cinayətin üstü açılıb

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzr

27 mart
.

Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

Gürcüstanın Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, məktubda deyilir:. "Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkə

27 mart
.

Nazirin cəzaçəkmə müəssisəsinin rəisini işdən çıxarma SƏBƏBİ MƏLUM OLDU

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. -a istinadən xəbər verir ki, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzalandırılıb. Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqlıq, smart saat, mode

26 mart
.

İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalq

26 mart
.

Bakı metrosunda gecikmə olub - SƏBƏB

Bu gün səhər saatlarında Bakı metrosunda gecikmə olub. Gecikmənin səbəbi ilə bağlı -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib ki, "Əhmədli" stansiyasında vaqon qapılarının açılıb-bağlanmasında maneə olduğunu müəyyən edən qatar maşinist

27 mart
.

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin dəyəri 215 milyon ABŞ dolları təşkil edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur. Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracını

26 mart
.

Çayı dəmləndikdən cəmi 15 dəqiqə sonra...

Çay uzun illərdir ki, insanlar tərəfindən sağlamlıq üçün faydalı içki kimi qəbul edilir. Lakin, son tədqiqatlar çayın dəmləndikdən sonra uzun müddət saxlanmasının sağlamlıq üçün zərərli ola biləcəyini göstərir. xəbər verir ki, çinli tədqiqatçılar çayın dəmləndikdən yalnız 15 dəqiqə sonra tərkibində zərərl

25 mart
.

Dərslər bu tarixdə başlayacaq: dəyişiklik olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramda

25 mart