Zaqatala üsyanından 100 il ötdü-Tarixə baxış
100 il əvvəl, 1920-ci il iyunun 6-da, Azərbaycanın Zaqatala dairəsində Sovet hakimiyyətinə qarşı üsyan başladı. Bu üsyan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutundan sonra ən güclü antibolşevik çıxışlarından biri olub.
Molla Hafiz Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaciyev, Molla Məhəmməd Dibirov və hərbi xadim Əhmədiyevin başçılıq etdiyi üsyançılar Zaqatala və Qax üzərində nəzarəti ələ keçirdilər. Üsyan Şəki bölgəsinin bir hissəsini də bürüdü. Üsyanda Azərbaycan Milli Ordusunun qarovul batalyonunun zabitləri fəal iştirak edib.
Sovet qoşunları iyunun 18-də Zaqatalaya yenidən daxil olmağa müvəffəq oldu. Üsyan amansızlıqla yatırıldı. Qarabağ üsyanının yatırıldığı vaxt, Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı üsyanın qalxdığı vaxt Şəki bölgəsinin də bir hissəsini bu üsyan bürümüşdü. Həmçinin həmin tarixdə, yəni 1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şaiyə dolu intibahnamələr yayırdılar ki, guya "əgər Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək".
Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da bəhanə ilə başlandı. Guya üsyan Gürcüstanın Azərbaycana müharibə elan etməsilə başlanılıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar, yəni 1000 nəfərdən çox adam və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar.
Qızıl ordu komandirləri özlərinin etiraflarında bildirirdilər ki, Zaqataladakı üsyan da Qarabağdakı üsyan zamanı olduğu kimi, amansızlıqla yatırıldı və əhalinin tərk-silah edilməsinə başlanıldı. Bütünlükdə üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı. Digər hərbi məlumatda isə Zaqatalanın ən yoxsul sinfi tərəfındən ruh yüksəkliyi ilə "Yaşasın sovet hakimiyyəti!" sədaları ilə qarşılanan Qızıl ordu hissələrinin iyunun 18-də şəhərə daxil olmaları və qalanı tutmalari əksini tapıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2322 Tarix: 06 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidə restoranda dava-dalaş - 2 gənc həbs edildi
Xankəndidə məşhur restoranın qarşısında insident olub. -a istinadən xəbər verir ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən "Şah əsəri" restoranının qarşısında baş verib. 23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlarda
18 avqust"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB
İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb. Ölkə.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib. "Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə v
19 avqustBağçada dəhşətə gətirən hadisə: "İki aydır həkimlərdəyik"
Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından ağır xəsarət aldığını iddia edib. Onun sözlərinə görə, hadisə təxminən iki ay əvvəl baş verib. Günorta saatlarında bağça müəlliməsi anaya zəng edərək uşağın oynayarkən yıxıldığın
19 avqustPrezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. "Qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb
19 avqustAvqustda dənizə gedənlər nələrə diqqət etməlidir? - AÇIQLAMA
Dəniz mövsümünün sonu yaxınlaşdıqca çimərliklərdə insan sıxlığı azalsa da,təhlükəsizlik qaydalarına diqqət hələ də vacibdir.Günəş, külək, dalğaların vəziyyəti və dənizdə yaranan gözlənilməz risklər istirahəti təhlükəli vəziyyətə çevirə bilər.Bəs dənizdə istirahət edərkən nələrə diqqət etməliyik?. Mövz
19 avqustAstaranın üç kəndində qaz olmayacaq
Astarada üç kənddə qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqət
19 avqustKolleclərə qeydiyyat prosesi başlayıb
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyat prosesi başlayıb. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək:. "Müraciət edəcək şəxslərdə
19 avqustBəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. xəbər verir ki. bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işlər
18 avqust