Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA

Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMAÖzünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən avadanlıqların təyinatı üzrə istifadə olunması və müqavilə öhdəliklərinə əməl edilməsi tələb olunur. Lakin bəzi hallarda vətəndaşların həmin avadanlıqları satması və ya başqa şəxslərə verməsi halları ilə qarşılaşılır. Ali Məhkəmənin son hüquqi mövqeyinə görə isə belə əmlakın geri tələb edilməsi üçün inzibati orqan əvvəlcə müvafiq inzibati akt qəbul etməlidir.

Bəs, proqram çərçivəsində vətəndaşa verilən avadanlığın satılması hansı hüquqi məsuliyyətə səbəb ola bilər? İnzibati orqan əmlakın və ya onun dəyərinin geri qaytarılması barədə qərarı hansı prosedurla qəbul etməli, vətəndaş isə həmin qərarla razılaşmadıqda hansı qaydada şikayət verə bilər?
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim edilən avadanlıqlar sosial dəstək məqsədi daşısa da, həmin əmlakın verilməsi vətəndaşa dərhal və qeyd-şərtsiz sərəncam vermək hüququ qazandırmır.

"Belə ki, Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, avadanlıqlar, bir qayda olaraq, bir il müddətinə müqavilə əsasında verilir. Müqavilə müddətində şəxsin fəaliyyəti monitorinq edilir və fəaliyyət biznes-plana uyğun olduqda əmlak onun mülkiyyətinə keçir. Bu səbəbdən həmin müddət ərzində avadanlığın təyinatından kənar istifadəsi, satılması və ya başqa şəxsə verilməsi müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr 2026-cı il tarixində ictimaiyyətə açıqlanan hüquqi mövqeyi bu məsələdə xüsusilə əhəmiyyətlidir. Məhkəməyə təqdim olunan işin hallarına görə, 2024-cü il fevralın 1-də vətəndaşla müvafiq inzibati orqan arasında bağlanmış müqavilə əsasında ona "Broyler inkubatoru" zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib. 2025-ci il fevralın 19-da aparılan monitorinq zamanı avadanlıqların satıldığı müəyyən edilib. İnzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın geri qaytarılmasını tələb etsə də, tələb yerinə yetirilmədiyindən məhkəməyə müraciət edib. Lakin işə baxan məhkəmələr inzibati orqanın müraciətini mümkün hesab etməyiblər. Ali Məhkəmə də məsələnin həlli üçün inzibati orqanın əvvəlcə müvafiq inzibati akt qəbul etməli olduğunu vurğulayıb.

Vətəndaşın ona verilmiş avadanlığı satması, ilk növbədə, müqavilə öhdəliklərinin pozulması baxımından qiymətləndirilməlidir. Belə halda inzibati orqan əmlakın geri qaytarılmasını, avadanlığın artıq mövcud olmadığı və ya natura şəklində qaytarılmasının mümkün olmadığı hallarda isə qanunvericiliyə və müqavilə şərtlərinə uyğun olaraq onun dəyərinin ödənilməsini tələb edə bilər. Bununla belə, hər bir satış faktını avtomatik olaraq cinayət əməli kimi qiymətləndirmək düzgün deyil. Cinayət məsuliyyətinin yaranması üçün əməl konkret cinayət tərkibinin əlamətlərinə uyğun olmalı, şəxsin niyyəti, əmlakın ona hansı hüquqi əsasla verilməsi, satışın məqsədi və digər mühüm hallar araşdırılmalıdır. Əgər əmlakın qanunsuz mənimsənilməsi və ya dələduzluq kimi cinayət tərkibinin əlamətləri müəyyən edilərsə, məsələ cinayət-hüquqi müstəvidə də qiymətləndirilə bilər. Lakin təkcə müqavilə öhdəliyinin pozulması cinayət məsuliyyəti üçün kifayət etmir.

İnzibati orqanın əmlakın geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qərar qəbul etməsi də müəyyən hüquqi prosedura əsaslanmalıdır. İlk növbədə, monitorinq nəticələri, müqavilənin şərtləri, əmlakın vətəndaşa verilməsini təsdiq edən sənədlər və müqavilə öhdəliklərinin pozulması ilə bağlı sübutlar araşdırılmalıdır. Vətəndaşa öz mövqeyini bildirmək və izahat təqdim etmək imkanı yaradılmalıdır. Bundan sonra inzibati orqan əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın və ya onun dəyərinin geri tələb edilməsi məsələlərini qanunvericiliyə uyğun həll etməli, qəbul etdiyi qərarı hüquqi və faktiki baxımdan əsaslandırmalıdır. Əmlakın dəyəri tələb olunduqda isə onun hansı qiymətləndirmə meyarları əsasında hesablandığı, hansı tarixə olan bazar qiymətinin götürüldüyü və məbləğin necə müəyyənləşdirildiyi aydın göstərilməlidir.

Burada əsas məqam ondan ibarətdir ki, inzibati orqan yalnız xəbərdarlıq məktubu göndərməklə vətəndaşın üzərinə məcburi maliyyə öhdəliyi qoya bilməz. Xəbərdarlıq məktubu ilə hüquqi nəticə yaradan inzibati akt eyni anlayışlar deyil. Ali Məhkəmənin mövqeyi də məhz bu fərqin qorunmasına, inzibati orqanların qanunla müəyyən edilmiş səlahiyyətlərini düzgün həyata keçirməsinə yönəlib.

Vətəndaş qəbul edilmiş qərarla razılaşmadıqda isə onun hüquqi müdafiə imkanları mövcuddur. "İnzibati icraat haqqında" Qanunun 71-80-ci maddələrinə əsasən, şəxs inzibati aktdan yuxarı inzibati orqana şikayət verə bilər. Ümumi qayda olaraq, bu şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində təqdim edilməlidir. Şikayətə, bir qayda olaraq, bir ay ərzində baxılmalıdır. Vətəndaş inzibati şikayət üzrə qəbul edilmiş qərarla razılaşmadıqda və ya qanunla müəyyən edilmiş müddətdə qərar qəbul edilmədikdə məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsi haqqında iddia, bir qayda olaraq, aktın təqdim edildiyi vaxtdan 30 gün ərzində qaldırılır. Zəruri hallarda məhkəmədən müvəqqəti xarakterli müdafiə tədbirləri də tələb edilə bilər.

Nəticə etibarilə, özünüməşğulluq proqramı dövlətin sosial siyasətinin tərkib hissəsidir və proqram çərçivəsində təqdim olunan əmlakın təyinatı üzrə istifadə olunması həm ictimai, həm də hüquqi baxımdan vacibdir. Vətəndaşın müqavilə öhdəliklərini pozması dövlətin həmin əmlakı və ya onun dəyərini geri tələb etməsi üçün hüquqi əsas yarada bilər. Bununla yanaşı, dövlət orqanları da öz qərarlarını qanunvericiliyə uyğun qəbul etməli, vətəndaşın hüquqlarını və müdafiə imkanlarını təmin etməlidirlər. Burada əsas prinsip dövlət əmlakının qorunması ilə qanunun aliliyi və vətəndaşın hüquqlarının müdafiəsi arasında hüquqi tarazlığın təmin edilməsidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 278   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk

19 noyabr
.

Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Nikahdan əvvəl əldə edilən mənzil boşanma zamanı, bir qayda olaraq, ər-arvad arasında bölünmür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək tərəflərdən hər birinə məxsus olan əmlak onun ayrıca mülkiyyəti hesab edilir. Lakin bəzi hallarda bu məsələ mübahisəy

20 noyabr
.

"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan

Son illər çoxmərtəbəli yaşayış binalarının tikintisi və istismara verilməsindən sonra MTK-ların binanın üzərində əlavə mərtəbələr inşa etməsi məsələsi gündəmə gəlir. Belə ki, ilkin layihəyə əsasən, məsələn, 9 mərtəbəli nəzərdə tutulan və sakinlərin istifadəsinə verilən binanın üzərinə sonradan daha 2-

19 noyabr
.

"Atlant"ın rəhbəri vəfat etdi

Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Bizim.media-ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq

20 noyabr
.

Alim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad

19 noyabr
.

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia"

20 noyabr
.

"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"

"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq

19 noyabr
.

Ölkədə evlənmək istəyənlər azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin

20 noyabr
.

"Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd

19 noyabr