Sahil Babayev yanlış əlillik təyinatlarından DANIŞDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
Qurumdan Sonxeber.az-a verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatların əlillik və reabilitasiya sahələrini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sistemlərinin şəffaflaşdırılması, bu sahələrdə aşkarlığın təminatı və inzibatçılığın təkmilləşdirilməsi, mütərəqqi təcrübələrdən irəli gələn meyarların tətbiqi üçün müvafiq işlər davam etdirilir.
S.Babayev deyib ki, "Əlilliyin müəyyən olunması meyarları"nın layihəsi hazırda razılaşdırma prosesindədir və bu meyarlar əlilliyin qiymətləndirilməsində əmək qabiliyyətinin itirilməsi faizinin əsas götürülməsini nəzərdə tutan yeni keyfiyyət dəyişikliyi yaradacaq. Həmçinin əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların abilitasiyası, dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır.
Nazir "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun təkmilləşdirilməsi üçün qanuna əlavə və düzəlişlərlə bağlı yeni təkliflərin də hazırlanmaqda olduğunu deyib.
S.Babayev yanlış əlillik təyinatlarının da aşkar edilərək ləğv edilməsi işlərinin davam etdirildiyini qeyd edib. O, bu il əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni reabilitasiya müəssisələrinin açılmasının nəzərdə tutulduğunu bildirib.
İclasda əlilliyin qiymətləndirilməsi üzrə ümumi icmal, statistik məlumat təqdim edilib, bununla əlaqədar, habelə yeni qanunvericilik layihələri və islahatlar, innnovasiyalar və təkmilləşdirmələrlə bağlı müzakirələr aparılıb.
Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsinə dair görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və müasirləşdirlməsi məsələləri nəzərdən keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2576 Tarix: 17 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabr