Şagird sayı azalır, müəllim ixtisarları arta bilər: Təhsil sistemini nə gözləyir? - AÇIQLAMA
Azərbaycanda şagird sayının azalması və əhalinin regionlardan iri şəhərlərə köçü təhsil sisteminin qarşısında yeni çağırışlar yaradır. Xüsusilə kənd məktəblərində şagird kontingentinin azalması bəzi təhsil müəssisələrinin birləşdirilməsi və ya fəaliyyətinin dayandırılması məsələsini gündəmə gətirir. Digər tərəfdən, Bakı və Abşeronun bəzi məktəblərində şagird sıxlığı, infrastruktur və müəllim təminatı ilə bağlı problemlər qalmaqdadır.
Bəs, qarşıdakı illərdə şagird sayının azalması kənd məktəblərinin bağlanmasına və ya birləşdirilməsinə nə dərəcədə səbəb ola bilər? Şəhər məktəblərində sıxlığın və müəllim çatışmazlığının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu proseslər təhsilin keyfiyyətinə və şagirdlərin bərabər təhsil imkanlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, yaxın illərdə Azərbaycan məktəblərini gözləyən əsas problemlərdən biri şagird çatışmazlığı olacaq. Bu hal xüsusilə bölgələrdə daha aydın müşahidə olunur.
"Problemin əsas səbəblərindən biri əhalinin təbii artımının aşağı düşməsi və demoqrafik göstəricilərin zəifləməsidir. Nəticədə bölgə məktəblərində şagird sayı azalır. Bu tendensiya davam edərsə, yaxın gələcəkdə şagird çatışmazlığı yarana və bu da öz növbəsində müəllimlərin kütləvi ixtisarına səbəb ola bilər. Bu, təhsil sisteminin qarşılaşacağı əsas problemlərdən biridir.
Digər tərəfdən, paytaxtda və ona yaxın ərazilərdə şagird sıxlığı problemi mövcuddur. Bu da urbanizasiya prosesi ilə bağlıdır. Bölgələrdə yaşayan vətəndaşların Bakıya və şəhərətrafı ərazilərə köçməsi həmin ərazilərdə əhali və şagird sıxlığını artırır. Bu vəziyyət isə tədris prosesinə mənfi təsir göstərir. Problemin aradan qaldırılması üçün yeni məktəblərin tikilib istifadəyə verilməsi, mövcud məktəblərin ərazisində əlavə korpusların inşası, eləcə də modul tipli məktəblərin yaradılması zəruridir. Əks halda, şagird sıxlığı tədris prosesinə və ümumilikdə təhsilin keyfiyyətinə mənfi təsir göstərməkdə davam edəcək.
Müəllim çatışmazlığı məsələsinə gəldikdə isə bu problem daha çox bölgələrdə müşahidə olunur. Düzdür, ölkədə vakant yerləri tutmaq üçün kifayət qədər pedaqoji kadr və müəllim potensialı var. Lakin bölgələrdə dərs saatlarının az olması səbəbindən həmin vakansiyalar tutulmur. Nəticədə müəllim çatışmazlığı yaranır və bu da ümumi təhsilin keyfiyyətinə təsir edir.
Problemin həlli üçün müəllimlərin əməkhaqqı məsələsinə yenidən baxılmalı, bölgələrdə işləməyi seçən müəllimlər üçün əlavə həvəsləndirici tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, həmin müəllimlərə müəyyən güzəştlərin tətbiqi də nəzərdən keçirilə bilər. Mövcud vəziyyət təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Təklif olunan addımların atılması isə vəziyyətin müsbətə doğru dəyişməsinə imkan yarada bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Safurədən həyat yoldaşı ilə paylaşım
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
Bakıda 29 yaşlı oğlan küçədə öldü
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan