Ekspert: Mənzil təminatında əsas hədəf əlçatanlıqdır

Ekspert: Mənzil təminatında əsas hədəf əlçatanlıqdırAzərbaycanda mənzil fondunun vəziyyətini yalnız yaşayış sahələrinin ümumi həcmi və tikinti göstəriciləri ilə qiymətləndirmək düzgün olmazdı. Mənzil təminatı ölkənin sosial-iqtisadi inkişafını, əhalinin həyat keyfiyyətini və sosial rifahını müəyyən edən mühüm göstəricilərdən biridir. Bu baxımdan mənzil fondunun həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin digər iri şəhərlərində yeni yaşayış massivlərinin formalaşması mənzil təklifinin genişlənməsində mühüm rol oynayır.

"İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması da mənzil fondunun coğrafiyasını genişləndirir. Mənzil sektorunda əsas məsələlərdən biri mövcud fondun keyfiyyət baxımından yenilənməsidir. Uzun müddət istismar olunan binaların texniki vəziyyətinin qiymətləndirilməsi, seysmik təhlükəsizliyin təmin edilməsi, enerji səmərəliliyinin artırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi və yaşayış mühitinin müasirləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mənzil təminatında regional fərqlərin azaldılması da vacib istiqamətlərdəndir. Paytaxt və ətraf ərazilərdə əhali sıxlığının artması, iş yerlərinin və iqtisadi fəallığın əsasən iri şəhərlərdə cəmləşməsi mənzilə tələbatı yüksəldir. Bu baxımdan regionlarda iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və müasir yaşayış məntəqələrinin inkişafı mənzil siyasətinin ayrılmaz hissəsi olmalıdır", - deyə Fərid Cəfərli qeyd edib.

Fərid Cəfərli hesab edir ki, mənzil siyasətinin əsas prioriteti yalnız yeni yaşayış sahələrinin tikilməsi deyil, təhlükəsiz, keyfiyyətli, infrastrukturlu və əhalinin alıcılıq imkanlarına uyğun mənzil fondunun formalaşdırılması olmalıdır: "Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil mexanizmi və İpoteka və Kredit Zəmanət Fondunun kredit proqramları gənclər, gənc ailələr və müəyyən sosial kateqoriyadan olan vətəndaşların mənzil əldə etmək imkanlarını genişləndirir. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə Fondun vəsaiti hesabına 4 min 309 ipoteka krediti verilib. Kreditlərin ümumi məbləği 442,8 milyon manat təşkil edib. Onlardan 1 min 156-sı güzəştli ipoteka krediti olub və bu məqsədlə 95,6 milyon manat ayrılıb. 2006-2025-ci illərdə Fondun maliyyələşdirdiyi ipoteka kreditlərinin ümumi həcmi 3,76 milyard manatı ötüb, 56 min 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan yaradıb. İpoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin sonuna ölkədə mənzil fondunun ümumi sahəsi 235,5 milyon kvadratmetrə çatıb. Hər nəfərə düşən orta mənzil sahəsi 23 kvadratmetr təşkil edib. 2025-ci ildə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi isə 4,8 milyon kvadratmetrdən çox olub. Yeni yaşayış kompleksləri yalnız binaların inşası ilə məhdudlaşmamalı, nəqliyyat, kommunal, təhsil, səhiyyə və digər sosial infrastrukturu əhatə edən kompleks yanaşma əsasında planlaşdırılmalıdır. Eyni zamanda, mövcud mənzil fondunun texniki və funksional keyfiyyətinin yaxşılaşdırılması da diqqətdə saxlanılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 88   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rafetin keçmiş xanımları ilə azərbaycanlı nişanlısı arasında qalmaqal

Türkiyəli müğənni Rafet El Roman nişanlandığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi açıqlamasında keçmiş həyat yoldaşlarının onların münasibətinə qarşı çıxdığını etiraf edib. "Keçmiş həyat yoldaşlarım problem yaradır. Onları da bəlkə ind

26 noyabr
.

Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr dəyişikliyi olub. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyi

27 noyabr
.

Vilyam Hacıyev azadlığa buraxıldı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. "Qafqazinfo"nun məlumatına görə, yerli məhkəmə belə qərar çıxarıb. O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib. Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbə

27 noyabr
.

Ətraf mühiti çirkləndirən müəssisələrə qarşı sərt tədbirlər görüləcək? - Yeni qanun nəyi dəyişir? - VƏKİLDƏN AÇIQLAMA

Ətraf mühitin çirklənməsi, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantılar və ekoloji təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzinə gəlib. Noyabrın 3-də "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişikli

27 noyabr
.

42 yaşlı rəis qəfil vəfat etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub

27 noyabr
.

Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda

Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur. xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər. 1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətin

26 noyabr
.

Reklam başqa, reallıq başqa: Turizm şirkətlərinin məsuliyyəti nədir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Turizm şirkətlərinin sosial şəbəkələrdə və müxtəlif platformalarda reklam etdiyi tur paketləri bəzən müştərilərin qarşısına tamamilə fərqli mənzərə çıxarır. Reklamda komfortlu otel, yüksək səviyyəli xidmət, aviabilet, qidalanma və ekskursiyalar vəd edilsə də, ödəniş edildikdən sonra bu şərtlərin he

27 noyabr
.

Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər restoran menyularında ənənəvi Azərbaycan mətbəxinə xas olmayan qida məhsullarına, o cümlədən qurbağa ətinə də rast gəlinir. Bəzi insanlar bu məhsulu fərqli dad təcrübəsi kimi seçsə də, onun insan sağlamlığına təsiri, qida dəyəri və orqanizm üçün faydaları barədə suallar yaranır. Xüsusilə qurbağ

26 noyabr
.

Sertifikasiyadan keçmir, amma repetitorluq edir: Şagirdlərə kim dərs keçir? - AÇIQLAMA

Müəllimlərin sertifikasiya imtahanlarından keçə bilməməsinə baxmayaraq, repetitorluq fəaliyyəti ilə məşğul olması təhsil sahəsində müzakirələrə səbəb olur. Dövlət məktəblərində çalışan müəllimlər üçün sertifikasiya peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədi daşısa da, repetitorluq sahəsində eyn

27 noyabr