Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır? - AÇIQLAMA

Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır? - AÇIQLAMAXəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə, sərt karantin rejimi yenidən 2 həftəlik uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşi Paşazadə bildirib ki, yumşalmalardan sonra ortaya çıxan statistika heç də ürəkaçan deyil:

"Çünki bəzi insanlarımız yumşalmalardan sonra sanki bu virus yoxmuş kimi davranmağa başladılar. Dayanacaqlarda, avtobuslarda, marketlərdə və insanların sıx toplaşdığı digər iaşə obyektlərində qoruyucu tibbi maskalardan istifadə etmədən hərəkət etdilər. Çünki insanların sıx toplaşdığı bu yerlərdə virus daha sürətlə yayılır. Bu gün markletlər insanların gündəlik ərzaq təlabatını ödədiyi üçün vətəndaşların ora axını daha çox olur. 2 həftəlik sərt karantin rejimi zamanı digər iaşə oybyektlərindən fərqli olaraq müəyyən qaydalar qorunmaqla marketlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Təəssüf ki, marketlərdə həmin qaydalara əməl edilmir. Kassaların qarşısında sosial məsafə qorunmur, insanlar maska və əlcəkdən istifadə etmədən marketlər daxil olur, girişdə heç bir dizenfeksiya qaydalarına əməl edilmir, açıq şəkildə satılan qida məhsullarına hər kəsin toxunmasına icazə verilir. Düzdür, bu virus ölkəmizdə yeni yayılmağa başladığı zaman müəyyən qədər açıq satılan qidalar izyolasiya olundu və insanların toxunmasına icazə verilmədi. Sadəcə əlcəkdə özləri toxunurdu. Təəssüf ki, sonrakı dövrdə bu qaydalara əməl edilmədi. Düşünürəm ki, marketlərin fəaliyyəti ilə bağlı qoyulan qaydalara tam əməl edilməlidir. Çünki Operativ Qərargahın qoyduğu qaydaların hər biri insanlarımızın sağlamlığının qorunmasına xidmət edir.

Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır? - AÇIQLAMAQoyulan qaydalara əməl edilmədiyinə görə son həftələrdə gündəlik koronavirusa yoluxan və ölənlərin sayı çoxaldı. Hətta dünən yoluxanların sayı 590-a qədər yüksəldi. Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Amma təəssüf ki, yenə də karantin rejimin qaydalarına əməl etməyən insanlarımız var. Məhz buna görə də bu gün karantin rejim bir az da sətləşdirilməsi barədə qərar verildi. Hazırda bütün dünya bu xəstəliklə mübarizə aparır. Eləcə də Azəbaycan. Dövlət tərəfindən bütün lazım olan addımlar atılır, qərarlar verilir. Bu məsələdə insanlarımızın sosial məsuliyyətini dərk etməsi vacibdir. Təəssüf ki, hələ də bu xəstəliyin varlığına inanmayan insanlar var. Bunu hər hansı oyun hesab edirlər. Amma bu xəstəlik mövcuddur və çox təhlükəlidir. Tək özümüz üçün deyil, yaxınlarımız və bütün cəmiyyət üçün məsuliyyətli olmalıyıq. Vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə edib, tələb olunan sosial məsafəni qorumalı və sanitar-gigyenik qaydalara riayət etməlidir. Qaldı ki, sərt karantin rejimin 2 həftə yenidən uzadılması bu barədə danışmaq hələlik tezdir. Hər şey gündəlik yoluxma dinamikasından asılı olacaq. Operativ Qərargah yoluxanların sayını və mövcud vəziyyəti analiz edib lazım olan qərarı verəcəkdir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 19029   Tarix: 25 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr