Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VideoQərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

Layihə çərçivəsində ilk olaraq Ermənistanda yerləşən və yerli əhalinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin (indiki Şaki) tarixinə nəzər salacağıq. Sözügedən şəhər Çar dövründə - Şəki, Şaki, sovet dövründə isə Şaki olaraq adlandırılıb.

Rusiya imperiyasının sənədlərində və XIX - XX əsrin ilk üçdəbirinə aid digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə - "tatarlar", "Qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar" kimi göstəriliblər. Layihənin hazırlanması zamanı istifadə olunan ayrı-ayrı mənbələrdə həmçinin "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" ifadələrinə də rast gəlinir. Bundan sonra 1920-ci ilədək olan dövrə münasibətdə şərti olaraq "azərbaycanlıların əcdadları", sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə edilib.

Şəki kəndi Zəngəzurda - tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsi bolşeviklər tərəfindən Ermənistana verilmiş ərazidə yerləşir. 1995-ci ildən kənd Ermənistan Respublikasının Sünik vilayətinin tərkibinə daxildir. 1590-cı ildə 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsinə son qoyan İstanbul sülhünə əsasən, müasir Ermənistan Respublikasının demək olar ki, bütün ərazisi Osmanlı imperiyasının hakimiyyəti altına keçib. 1590-cı ildə Osmanlı məmurları "İrəvan əyalətinin müfəssəl dəftəri"ni tərtib ediblər. Həmin sənəddə yaşayış məntəqələri sırasında Şəki kəndinin də adı çəkilir. 1724-cü il Rusiya-Osmanlı İstanbul müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının mülkü kimi tanınıb. 1727-ci ildə Osmanlı hakimiyyəti tərəfindən yaşayış məntəqələrinin siyahısını və onların əhalisi haqqında məlumatları əks etdirən "Naxçıvan sancağının müfəssəl dəftəri" tərtib edilib. Bu sənəddə Şəki kəndinin adı çəkilir. 1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarının göstərildiyi "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər. Burada da Şəki kəndinin adı qeyd olunur. XVIII əsrin ortalarından Rusiya tərəfindən işğalınadək kəndin ərazisi Qarabağ xanlığının tərkibində olub. XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. 1823-cü ildə Gürcüstandakı baş idarəçi və hərbi komandan A.P.Yermolovun sərəncamı ilə hazırlanmış "Qarabağ əyalətinin təsviri" sənədinə əsasən, kənddə azərbaycanlıların əcdadları yaşayıblar. Kənd Qarabağın sonuncu xanı Mehdiqulu xan tərəfindən iri torpaq sahibi Hacı Ağalar bəyə bağışlanıb. Çar dövrünün statistik məlumatlarına, o cümlədən erməni mənbələrində təqdim edilən məlumatlara əsasən, müxtəlif dövrlərdə 1915-ci ilədək kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VideoƏhali haqqında statistik məlumatlara gəlincə (Z.Korkotyan. "Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)" isə 1831-ci ildə kənddə 48 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

1873-cü ildə kənddə 445 nəfər ("1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarı əhalisi haqqında statistik məlumatlar toplusu") yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

1886-cı ildə kənddə 657 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

XIX əsrin sonlarında sənayenin və ticarətin inkişafı, xüsusilə ümumqafqaz bazar şəbəkəsinin yaradılması Cənubi Qafqazın bəzi yaşayış məntəqələrini yaşayış və qazanc baxımından daha cəlbedici edib. Belə kəndlərdən biri də Şəki olub və onun əhalisi 1897-ci ilədək kəskin artıb.

Müxtəlif dövrlər üçün kənd əhalisinin statistikası:

Z.Korkotyan. "Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)"

1897-ci ildə kənddə 1 191 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video"Yelizavetpol quberniyası haqqında məlumatlar toplusu"

1900-cü ildə kənddə 1 196 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

"Yelizavetpol quberniyasının 1910-cu il üçün yaddaş kitabçası"

1908-ci ildə kənddə 1 615 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

"Yelizavetpol quberniyasının 1914-cü il üçün yaddaş kitabçasına əlavə"

1912-ci ildə kənddə 1 663 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.

"1916-cı il üçün Qafqaz təqvimi"

1915-ci ildə kənddə 1 584 nəfər yaşayırdı. Əhalinin əksəriyyətini azərbaycanlıların əcdadları təşkil edirdi.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvanı - indiki Yerevanı və ona bitişik bəzi əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından etibarən Ermənistan Respublikası qonşu ölkələrə - Azərbaycana, Gürcüstana və Türkiyəyə (həmin dövrdə Osmanlı imperiyası) qarşı ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi "Daşnaksütyun" partiyası Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhalisinə qarşı etnik təmizləmələrə başlayıb. Etnik təmizləmələr İrəvan quberniyasında, eləcə də digər rayonlarda, xüsusilə Qarabağ və Naxçıvanda həyata keçirilib. Etnik təmizləmələr nəticəsində Şəkinin türk əhalisinin bir hissəsi erməni silahlı birləşmələri tərəfindən öldürülüb, digər hissəsi isə kənddən qovulub. 1918-ci ildə "Gürcüstan" qəzetində dərc edilmiş məlumata əsasən, həmin ilin avqustunda kənddə 95 nəfər öldürülüb, kəndin özü dağıdılıb, vurulan zərər isə 16 milyon rubl təşkil edib. Arxiv sənədlərinin məlumatına görə, 1918-ci ilin payızında Şəki kəndində 500 nəfər, o cümlədən 200 uşaq öldürülüb, 156 nəfər yaralanıb. Etnik təmizləmənin nəticələrini kənddə əvvəlki illərdə yaşayan türk əhalisinin sayı ilə 1922-ci ildə Sovet Ermənistanında keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini müqayisə etməklə görmək mümkündür. 1922-ci ildə kənddə 294 nəfər (Z.Korkotyan. "Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)") yaşayırdı. Onlardan 282 nəfəri azərbaycanlı idi.

29 noyabr 1920-ci ildə Sovet Ermənistanı elan edilib, baxmayaraq ki, İrəvanda hakimiyyət hələ də "Daşnaksütyun" hökumətinin əlində qalırdı. Ertəsi gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzurun Sovet Ermənistanına verilməsi barədə qərar qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmələrdən sonra əsasən erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in tərkibinə daxil olub, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb. 1930-cu ildən kənd Sisian rayonunun tərkibində olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarınadək kənd ərazisində azərbaycanlılar yaşayıblar. Sovet dövründə əhalinin sayına gəlincə isə qeyd edə bilərik ki, 1926-cı ildə kənddə 792 nəfər yaşayırdı. Onlardan 385 nəfəri azərbaycanlı idi.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video1931-ci ildə kənddə 1 067 nəfər yaşayırdı. Onlardan 557 nəfəri azərbaycanlı idi.

A.P.Manvelyan, Q.M.Martirosyan. "Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi, 1831-1959-cu illər" mənbəsinə istinadən qeyd edə bilərik ki, kənd əhalisinin sayı 1959-cu ildə 1 488 nəfər idi - azərbaycanlılar və ermənilər yaşayırdı.

Kənd əhalisinin sonrakı illərdəki sayı haqqında məlumatlar "Ermənistan və ona bitişik vilayətlərin toponimlər lüğəti"ndə verilir, lakin oradakı məlumatlar ziddiyyətlidir.

Lüğətin tərtibçiləri T.X.Akopyan, S.T.Melik-Baxşyan və O.X.Barseqyan digər erməni müəlliflərin - Z.Korkotyan, A.P.Manvelyan və Q.M.Martirosyanın əsərlərinə istinad etsələr də, onlardan götürülmüş məlumatları təhrif edirlər. İstinad edilən əsərlərdə kənd sakinlərinin hamısı və ya bir hissəsi azərbaycanlı kimi göstərilib. Lüğətdə isə onların hamısı erməni sakinlər adlandırılıb. Bununla yanaşı, həmin lüğətin özündə 1988-1989-cu illərdə azərbaycanlıların kəndi tərk etdikləri qeyd olunur.

T.X.Akopyan, S.T.Melik-Baxşyan, O.X.Barseqyan. "Ermənistan və ona bitişik vilayətlərin toponimlər lüğəti"ndə isə əhalinin sayı aşağıdakı ardıcıllıqla dəyişib:

- 1970-ci ildə kənddə 1 704 nəfər yaşayırdı

- 1979-cu ildə kənddə 1 698 nəfər yaşayırdı

- 1989-cu ildə kənddə 1 449 nəfər yaşayırdı.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa ərazi iddiaları və iki respublika arasında münasibətlərin kəskinləşməsi nəticəsində azərbaycanlılar Ermənistan SSR ərazisindən tamamilə qovulublar.

Məscid, qəbiristanlıq və epiqrafik abidələr

1902-ci il "Yelizavetpol quberniyası haqqında məlumatlar toplusu"nda həmin dövrdə kənddə məscidin fəaliyyət göstərdiyi qeyd edilir, lakin məscid günümüzədək qorunub saxlanılmayıb.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq rayonlarda azərbaycanlı irsinin qorunub qalmış obyektlərinin aşkar edilməsi və sənədləşdirilməsi məqsədilə genişmiqyaslı çöl tədqiqatları aparılıb.

Bu işlər zamanı Şəkidə Azərbaycan qəbiristanlığı aşkar edilib. Burada bir neçə onlarla dağıdılmış qəbirüstü abidə qorunub qalıb.

"Azərbaycanın epiqrafik abidələri korpusu" kitabında qeyd edilir ki, kənddəki qəbirüstü abidələrdən birində XIV əsr üçün xarakterik olan ərəb yazısı qeydə alınıb.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 36 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, Rusiya imperiyasının statistik topluları, Osmanlı dəftərləri, sovet və erməni nəşrləri, "The Scotsman", 1918-ci ilin "Qruziya" qəzeti, Richard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Şəki ilə bağlı 53 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 737   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021