Koronavirusun bilinən və bilinməyən TƏRƏFLƏRİ-Həkimlərdən MƏSLƏHƏTLƏR

Koronavirusun bilinən və bilinməyən TƏRƏFLƏRİ-Həkimlərdən MƏSLƏHƏTLƏRƏn son məlumata görə, Covid-19 xəstəliyi olan insanların sayı dünyada 10 milyonu keçib. Epidemiya səbəbindən yarım milyona yaxın insan isə ölüb.
Yeni növ koronavirus xəstəliyinin Çindən dünyaya yayılmasından 6 ay keçib. Bu dövrdə həkimlər və səhiyyə işçiləri virusun yayılması, xəstəliyin insan sağlamlığına təsiri və müalicə üsulları haqqında çox önəmli məlumatlar əldə ediblər. Ancaq keçən il həyatımızda olmayan bu virusla bağlı bir çox bilinməyən şeylər də var.

İlk koronavirusa yoluxma halından bu günə qədər bilinən və hələ bilinməyənlər nələrdir?

Sonxeber.az "Euronews" a istinadən "Covid-19 xəstəliyi ilə mübarizə haqqında həkimlər nə öyrəndi" sualının cavabını təqdim edir.

İnfeksiya qan laxtalanmasına, ürək zəifliyinə və ya ürək əzələlərində iltihaba səbəb ola bilər. Buna görə də həkimlər Covid-19 xəstələrinə antikoagulyant dərmanlar verirlər.

Covid-19 xəstələrinin ən böyük problemlərindən biri tənəffüs çatışmazlığıdır. Həkimlər mexaniki havalandırma ehtiyacını təmin etmək üçün "proning" üsulunu tövsiyə edirlər, yəni xəstələr ağciyərlərdə təzyiqi azaltmaq üçün kürəyi üstə yatırılır.

Bu müddətdə apardıqları müşahidələrdə həkimlər virusun mədəaltı vəzi, ürək, qaraciyər, beyin, böyrəkləri və digər həyati orqanlarını, tənəffüs yollarını hədəf aldığını bildiriblər.

Covid-19 xəstəliyini yüz faiz müalicə edən bir vasitə, peyvənd olmasa da, həkimlər bəzi müalicələrin müsbət nəticələr verdiyini qeyd ediblər.

Bunlar aşağıdakılardır:

- Avropa Tibb Agentliyi (EMA), koronavirusun müalicəsində təsirli olduğu deyilən antiviral Remdesivir istifadəsinə icazə verilməsini tövsiyə edib.

- Oksford Universitetinin mütəxəssisləri həkim nəzarəti ilə çox ucuz və dünyada mövcud olan Deksametazon adlı steroid dərmanı ilə minlərlə insanın xilas olduğunu açıqlayıb.

Nəhayət, Covid-19 müalicəsində tətbiq olunan plazma üsulu uğurlu nəticələr verib. Həmçinin Türkiyədə ən çox istifadə edilən müalicələrdən də biridir.

Daha çox görülən Covid-19 testi və daha sürətli nəticələr xəstəxanalardakı təzyiqi azaltmağa kömək edir.

Dünyadakı tibb işçiləri arasında məlumat mübadiləsi vacibdir. Pandemiyamın ilk həftələrində Çin kifayət qədər məlumat paylaşmadığı üçün tənqid edilib.

Ən əsası da virusun yayılmasının qarşısını alan ən vacib şey, sosial məsafə, gigiyena və maska taxmaq kimi tədbirləri tətbiq etməkdir.

Covid-19 haqqında hələ bilinməyənlər:

Yeni növ koronavirusa qarşı effektiv bir peyvəndin olub-olmayacağı hələ bilinmir. Sınaq mərhələsindəki peyvəndlərin 2021-ci ildən əvvəl ən erkən dövrdə buraxılacağı gözlənilir, ancaq uzun müddətli peyvənd olunacağı dəqiq məlum deyil. Virusda bəzi mutasiyalar aşkar edilib. Eyni zamanda hansı növ xəstəyə tətbiq olunacağı haqqında da dəqiq məlumat yoxdur. Yəni,

Covid-19 xəstələrinin ümumi sağalma müddəti, infeksiyanın uzun müddət insan sağlamlığına ziyanı da məlum deyil.

Alimlər yeni növ koronavirusun xəstələr üzərində üzunmüdət qalıcı təsiri ola biləcəyini düşünürlər. Eyni zamanda həkimlər xəstələrdə infeksiyanın vurduğu zərərin təsirinin illərlə davam edə biləcəyini də qeyd ediblər.

F.Ağayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2693   Tarix: 29 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yandırılaraq öldürülən ər-arvadın - Fotosu

Avqustun 6-na keçən gecə Tərtərdə ər-arvadın evinə oğurluğa girən şəxsin mənzili yandırması və ahıl şəxslərin ölməsi barədə məlumat vermişdik. İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmə

8 avqust
.

Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər

Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"

8 avqust
.

Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ

Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb. "Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adın

8 avqust
.

41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki

8 avqust
.

İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. "Qafqazinfo" xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizala

8 avqust
.

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Bu barədə -a DİM-dən məlumat verilib. Abituriyentlər DİM-in saytında imtahan nəticələri il

7 avqust
.

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönüm

8 avqust
.

İSTİ GÜNLƏR BİTİR: Güclü külək və leysan gəlir - BU TARİXDƏN

Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir. -a istinadla xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir. Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır

8 avqust
.

MAAŞ, PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? - Mühüm AÇIQLAMA

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin əhəmiyyətli dərəcədə artırılması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Sosial sahəyə ayrılan vəsaitin artması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni addımların atılacağı ilə bağl

9 avqust