41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!

41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində qeyd olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb.

"Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - FHN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, bazar günü Azərbaycanda temperatur 41 dərəcəyədək yüksələcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 645   Tarix: 08 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr