MAAŞ, PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? - Mühüm AÇIQLAMA
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin əhəmiyyətli dərəcədə artırılması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən gündəmə gətirib.
Sosial sahəyə ayrılan vəsaitin artması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni addımların atılacağı ilə bağlı müzakirələri gücləndirir. Bununla yanaşı, ilin ikinci yarısında hökumətin bu istiqamətdə hansı qərarları verəcəyi maraq doğurur.
İlin ikinci yarısında maaş, pensiya və sosial müavinətlər artırıla bilər? Sosial ödənişlərin artırılması üçün hazırkı iqtisadi şərait kifayət edirmi?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib ki,2026-cı ilin ilk yarısında sosial xərclərin artması dövlətin sosial siyasətə prioritet verdiyini göstərir. Bununla belə, büdcədə sosial xərclərin artması avtomatik olaraq ilin ikinci yarısında maaş, pensiya və sosial müavinətlərin yenidən artırılacağı anlamına gəlmir.
Onun sözlərinə görə, belə qərarlar adətən dövlət büdcəsinin icrası, neft gəlirlərinin səviyyəsi, inflyasiya, iqtisadi artım və fiskal imkanlar nəzərə alınmaqla qəbul edilir: "Əgər ilin ikinci yarısında büdcə gəlirləri proqnozlaşdırılandan yüksək olarsa, xüsusilə enerji sektorundan daxilolmalar sabit qalsa və inflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərərsə, hökumətin müəyyən sosial paketlər açıqlaması mümkündür. Bu, minimum əməkhaqqı, minimum pensiya və ya bəzi sosial müavinətlər üzrə mərhələli artımlar şəklində ola bilər".
A.Nəsirli qeyd edib ki, hazırkı iqtisadi şərait müəyyən imkanlar yaratsa da, eyni zamanda ehtiyatlı yanaşmanı da tələb edir: "Qeyri-neft gəlirlərinin artması və vergi daxilolmalarının yüksəlməsi müsbət amillərdir. Digər tərəfdən, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji qiymətlərində mümkün dəyişikliklər və inflyasiya riskləri dövlətin əlavə sosial öhdəliklər götürərkən balanslı qərarlar verməsini zəruri edir".
Ekspert sonda vurğulayıb ki, sosial ödənişlərin artırılması yalnız büdcə imkanları ilə deyil, həm də makroiqtisadi sabitliyin qorunması ilə uzlaşdırılmalıdır: "Çünki gəlirlərin əsassız artırılması inflyasiya təzyiqlərini gücləndirə və sosial artımların real təsirini azalda bilər. Buna görə də hökumətin qərarları, böyük ehtimalla, həm iqtisadi göstəricilərin dinamikasına, həm də ilin sonuna doğru büdcənin icra nəticələrinə əsaslanacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 971 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr