Azərbaycanda uşaqların qoluna niyə qandal vurulub?

Azərbaycanda uşaqların qoluna niyə qandal vurulub?Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda azyaşlı oğlanın ac olduğuna görə çörək oğurladığı üçün polis əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən sosial şəbəkələrdə Cəlilabad rayonunun "İran Bazarı" adlanan ərazisindən çörək və qənd oğurlayan 10-11 yaşlı uşağın polis tərəfindən həbs olunmasını əks etdirən bir fotoşəklin və məlumatların yayılması, azyaşlının bu əməlinin guya aclıqla əlaqələndirilməsi bəzi fürsətcil şəxslərin məsələni az qala siyasiləşdirməsinə səbəb olub: "İctimaiyyətin marağına səbəb olmuş hadisənin biri-biri ilə yaxın qohumluq əlaqəsində olan 1 deyil, 2 iştirakçısı vardır və onlar da iddia edildiyi kimi, azyaşlılar deyil, artıq həddi-buluğa çatmış yeniyetmələrdir.

Cəlilabad və Biləsuvar rayonlarında yaşayan 15 və 16 yaşlı iki yeniyetmə qabaqcadan cinayət əlaqəsinə girərək cari il aprelin 21-dən 22-nə keçən gecə Biləsuvarın Bəydili kəndində yaşayan Zemfira Xanışovaya məxsus ərzaq mağazasına tavandan qanunsuz olaraq daxil olub və oradan təqribən 782 manat dəyərində müxtəlif ərzaq məhsulları oğurlayıblar.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki yeniyetmə saxlanılıb. Onlar ifadələrində oğurladıqları ərzaq məhsullarını Cəlilabad şəhərinin "İran bazarı" adlanan ərazidə tanımadıqları şəxslərə dəyərindən aşağı qiymətə satdıqlarını etiraf ediblər. Hər ikisi təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində "valideynlərin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri ilə onların Salyan və digər qonşu rayonlarda silsilə oğurluq faktları törətmələri də müəyyən edilib. İndi bir sıra KİV-lərdə guya çörəklə imtahana çəkilən, aclıqdan oğurluq törətmiş şəxs kimi canıyananlıqla müdafiə olunan hər iki yeniyetmə istintaq zamanı qaçmağa cəhd göstəriblər. Ona görə də cinayət işinin istintaqı çərçivəsində şübhəli şəxslər hadisə yerlərinə çıxarıldığına və zərurət yarandığına görə əl qandallarından istifadə edilib.

Qeyd edək ki, yeniyetmələr barədə bütün zəruri isstintaq-əməliyyat tədbirləri qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1775   Tarix: 03 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16 dekabr
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16 dekabr
.

"İxracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur" - AQTA sədri

Bakı şəhərində təşkil olunan mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət gücləndirilib. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib. Onun sözlərinə görə, yarmarkalarda fəaliyyə

17 dekabr
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15 dekabr
.

Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy

16 dekabr
.

"Müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir" - AÇIQLAMA

Müasir dövrdə ailə institutunun zəifləməsinin altında bir yox, bir neçə ciddi səbəb yatmaqdadır. Bəs bu səbəblər nələrdir? . Sosioloq Yusif Nəbiyev bu barədə -a danışıb:. "Bunları sıralayacaq olsaq, ilk növbədə qloballaşma fonunda fərdiyyətçi, materialist qərb dəyərlərinin yayılması və yerləşməsin

16 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Laçına da qar yağır (FOTO)

Laçına da qar yağmağa başlayıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarında yağışlı hava sonradan qarla əvəzlənib. Hazırda qarın yağması fasilə ilə davam edir. Qeyd edək ki, daha çox qar yaylaqlarda və yüksəklikdə müşahidə olunur

17 dekabr
.

"Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik" - Video

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib. -ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb. Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saa

17 dekabr