Yay aylarında qida zəhərlənmələrindən necə qorunaq? - TÖVSİYƏLƏR

Yay aylarında qida zəhərlənmələrindən necə qorunaq? - TÖVSİYƏLƏRQida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Havanın hərarəti bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır ki, bu da qidaların tez xarab olmasına gətirib çıxarır:

"Yayda bəzi mövsümi meyvə-tərəvəzləri istifadə edərkən də diqqətli olmaq məsləhətdir. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. Xüsusilə də istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları yemək olmaz. Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir.

Qida məhsullarının saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və digər orqanoleptik əlamətləri dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun saxlanma temperaturu var. İstehlakçılar ön cərgədə yerləşdirilmiş, endirimdə olan qida məhsullarını alarkən xüsusi diqqətli olmalıdırlar. Həmçinin, məhsulların qablaşdırılması tam şəkildə olmalıdır.

Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırmaya aldanmaq olmaz. Qablaşmanın üzərində məhsulun tərkibi haqqında informasiya verən mətni mütləq diqqətlə oxumaq lazımdır. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirmək lazımdır.

Süd zərərli və xəstəlik törədən bakteriyalarla çirkləndikdə ondan əldə edilmiş məhsullar da sağlamlığımıza təhlükə yarada bilər. Bu baxımdan pasterizə olunmamış (qaynadılmamış) süd və süd məhsullarından istifadə məsləhət görülmür. Həmçinin, süd və süd məhsullarının lazımi şəraitdə və temperaturda saxlanması da vacib şərtdir.

Konservləşdirilmiş məhsulları alarkən istehlakçılar diqqətli olmalıdır. Belə malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa və ya qapağı boşalmış vəziyyətdədirsə, bu artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir. Yeməzdən əvvəl meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub, istehlak etmək lazımdır. Zəhərlənmə riski yaranmaması üçün ət, toyuq, balıq və süd kimi tez xarab olan məhsulların uyğun müddətdə və temperaturda bişirilməsi vacibdir.

Qida ilə təmas edən səthlər, alət və avadanlıqlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmalıdır. Çalışın yeməkləri günlük olaraq hazırlayasınız. Əgər bişirdiyiniz xörəkdən artıq qalıbsa, onu bir dəfədən çox isitməyin. Yeməyin metal və bəzi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb ola bilər. Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən mütləq şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi şərtdir. Düzgün gigiyena, qida hazırlanması zamanı davranış və qidanın növünə müvafiq olaraq saxlanması, həmçinin, istehlakı qida zəhərlənmələri riskini azaldır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3543   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021