Milli Məclisin fövqəladə sessiyası çağırılacaq – Nə baş verir?

Milli Məclisin fövqəladə sessiyası çağırılacaq – Nə baş verir?Milli Məclisin fövqəladə sessiyasının çağırıla biləcəyi ilə bağlı xəbərləri, güman ki, oxumusunuz. Doğrudan da, belə bir söhbət var, amma onun nə günü bilinir, nə gündəliyi. Jurnalistlərin və dost-tanışların çoxsaylı suallarına, bir qayda olaraq, "bilmirəm" cavabını verirəm, çünki bu, doğrudan da belədir. Bununla belə, suallar və onların bildirdiyi ictimai maraq əsaslı olduğundan, "bilmirəm" cavabı yetərli sayıla bilməz. Konkret bilməsək də, bəzi gümanları qura bilərik. Bunun üçün Milli Məclisin səlahiyyətlərinə baxmaq gərəkdir".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib: "Fövqəladə sessiyanın çağırılması aşağıdakı ehtiyacların birindən və ya bir neçəsindən doğa bilər:
1. Qanunun qəbulu.

MM-in iki komitəsində üzvəm: a) Hüquq Siyasəti və Dövlət Quruculuğu; b) Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə Mübarizə. Bu komitələrin heç birində yeni layihə yoxdur. Olsaydı, mən bilərdim. Başqa komitələrdə yeni layihə olmuş ola bilər və mənim ondan xəbərsiz olmağım mümkündür. Amma elə bir layihə varsa, o, plenar iclasdan ən azı 3 gün öncə bütün deputatlara göndərilməlidir. Bu ana hər hansı bir layihə bizə göndərilməyib. Ayrıca, fövqəladə sessiya qanunun qəbulu üçün çağırılacaqsa, deməli üç oxunuş proseduru işə düşməli olacaq. Elə bir söhbət də hələ yoxdur.

2. Büdcədə dəyişiklik.

Əslində, bu məsələ qanunun qəbulu ilə rəsmiləşdirildiyinə görə, onu da birinci bənddə yaza bilərdim. Sadəcə, büdcə çox xüsusi bir qanun olduğuna, epidemiya dönəmində iqtisadiyyatımıza böyük ziyan dəydiyinə görə, onu ayrıca göstərmək istədim.
3. Beynəlxalq müqavilənin təsdiqi və ya ləğvi.

Doğrusu, hansı müqavilənin təcili təsdiqinə və ya ləğvinə ehtiyacın yarana biləcəyini güman etməkdə çətinlik çəkirəm. Bu, ən az ehtimal olunan variantdır, məncə

4. Vəzifələrə təyinatlar.

Elə vəzifələr var ki, kimisə təyin etməkdən və ya çıxarmaqdan öncə, Milli Məclisin razılığı alınmalıdır. Məsələn, Baş Nazir (təyin), Baş Prokuror (həm təyin, həm çıxarılma). Elə vəzifələr də var ki, orada Prezidentin təqdimatı əsasında Milli Məclis özü təyin və azad edir (məsələn, Mərkəzi Bankın İdarə Heyəti), ya da, yenə də Prezidentin təqdimatı əsasında, seçir (məsələn, İnsan Hüquqları üzrə Müvəkkil). Müvəkkil ötən ilin son aylarında seçilib, Baş Prokuror və Mərkəzi Bankın sədri isə bu yaz təyin olunublar. Ali Məhkəməyə və bir neçə apellyasiya məhkəməsinə hakimlərin təyinatı da bu yaxınlarda oldu. Konstitusiya Məhkəməsində iki hakimin 70-dən yuxarı yaşı var (Südabə Həsənova - 73 və Rafael Qvaladze - 72). Konstitusiya Məhkəməsi haqqında qanunun 14.3 maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Bununla belə, elə oradaca yazılıb ki, Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifəsini icra etməyə davam edir. Ola bilsin, bu iki hakimin yerinə yeni təyinatlar olsun. Amma buna görə fövqəladə sessiyanı çağırmağa dəyərmi? Sanmıram. Bunu payız sessiyasında da rahat etmək olar. Onsuz da, yaşdan əlavə, dekabrda Südabə Həsənovanın səlahiyyət müddəti bitir. Nə qalır? Baş Nazir? Prinsipcə, mümkündür, amma bununla bağlı nəsə deyə bilmərəm.
5. Hərbi doktrina.

Qüvvədə olan hərbi doktrina var. Prezident orada nələrisə dəyişdirməyi istəyə bilərmi? Bilər. Bunun üçün Milli Məclisin təsdiqi lazımdır. Bu halda mənim, təhlükəsizlik və müdafiə sahəsinə cavabdeh olan komitənin bir üzvü kimi, bundan xəbərim olmalıdır. Bu ana elə bir xəbər yoxdur.

6. Hərbi və ya fövqəladə vəziyyət.

Burada qayda belədir - Prezident bununla bağlı fərmanını 24 saat ərzində Milli Məclisin təsdiqinə göndərməlidir. Bu ana bununla bağlı heç bir rəsmi məlumat yoxdur.

7. Silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq.

Bu, Milli Məclisin səlahiyyətlərindən biridir. Hərbi və fövqəladə vəziyyətlər məsələsində olduğu kimi, burada da təşəbbüs Prezidentdən gəlməlidir. Söhbət hansı vəzifələrdən gedə bilər? Məsələn, fövqəladə vəziyyət elan olunarsa və Daxili İşlər Nazirliyinin imkanları yetməzsə, silahlı qüvvələrin cəlbi mümkün sayıla bilər (küçələrdə patrullar, komendant saatı və s.)"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 9497   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. "Şərəf" ordeni ilə. Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli "Əmək" ordeni ilə

18 dekabr
.

Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir

Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli

18 dekabr
.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr
.

Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

12 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr