"Paşinyan itki sayını gizlətməklə özünü erməni xalqının qəzəbindən qorumağa çalışır"- Deputat

"Paşinyan itki sayını gizlətməklə özünü erməni xalqının qəzəbindən qorumağa çalışır"- DeputatBazar günü Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatı Azərbaycan ordusunun 4 hərbçisinin şəhid olması ilə nəticələnib. Ermənistanın məhz Tovuz istiqamətində hücum etməsi diqqəti Qarabağdan yayındırmaq cəhdidir. Üstəlik bu təxribat BMT-nin pandemiya dövründə atəşkəs çağırışı etdiyi bir vaxtda və Azərbaycan prezidentinin təşəbbüsü ilə BMT Baş Assosiasiyasının iclasını çağırması ilə əlaqədar müzakirələr başladığı dövrə təsadüf edir. Azərbaycan tərəfi Tovuz provokasiyası ilə bağlı BMT-də məsələ qaldıra və bu zaman bir daha Ermənistanın işğalçı hərəkəti ilə bağlı BMT qətnamələrini gündəmə gətirə bilər.

Bununla bağlı Sonxeber.az-a danışan Deputat Kamilə Əliyeva bildirib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində növbəti təxribata əl ataraq bir daha işğalçı niyyətlərini ortaya qoydular: "Həmişə olduğu yenə də ermənilər torpaqlarımızı işğal etmək niyyəti ilə hücuma keçdilər. Lakin Azərbaycan ordusunun qəhrəman zabit və əsgərləri tərəfindən bu təxribatın qarşısı layiqincə alındı. Düşmən böyük itki ilə yerində otuzduruldu. Təəssüf ki, bu döyüşdə Azərbaycanın 4 qəhrəman oğlu şəhid olub, 4 hərbi quluqçumuz isə yaralanıb. Mən şəhid olan oğullarımızın valideynlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Ailə üzvlərinə səbir diləyirəm. Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayacaq. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Düşünürəm ki, o zaman bütün şəhidlərimizin ruhu şad olacaq.

Yaralanan hərbi quluqçularımıza da şəfa diləyirəm. Azərbaycan ordusu güclü və yüksək döyüş qabiliyyətinə malikdir. Bu gün vəıtənpərvər, dövlətinə və xalqına sadiq oğullarımız torpaqlarımızı qoruyur. Onlar hər zaman torpaqlarımız uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdılar. Bu dəfə də elə oldu. Silahlı qüvvələrimiz düşmənə layiqli cavab verərək onu çox itki verməyə və geri oturmağa məcbur etdilər. Ermənistan tərəfi həmişə olduğu kimi məğlubiyyəti boynuna almır, ölü sayını gizlətməyə çalışırlar. Nikol Paşinyan bu yolla özünü erməni xalqının qəzəbindən qorumağa çalışır. Lakin sosial şəbəkələrdə Ermənistan sakinləri ölkə rəhbərini ifşa edərək təkcə günorta saatlarında gedən döyüşlərdə 30 erməni əsgərinin şəhid olduğunu söylədilər. Hətta bəzi erməni əsgərlərinin meyitlərinin neytral zona da qaldığını vurğulayanlar da var. Düşünürəm ki, Azərbaycan ordusu ikinci dəfə ermənilərə Aprel döyüşlərindəki məğlubiyyəti xatırlatdı. Bütün dünya, beynəlxalq təşkilatlar bu təxribata ikili münasibət göstərməməli, sərt reaksiya verməlidirlər. Bütün ölkələrin koronavirusla mübarizə apardığı bir vaxtda ermənilər öz çirkin əməllərini icra edərək təxribatlar törədib, torpaqlarımızı işğal etməyə çalışırlar. Bu bir daha ermənilərin işğalçı olduqlarını sübut edir. Ermənilər unutmasınlar ki, Azərbaycan bu gün güclü orduya malikdir. Azərbaycan Silahlı Qüvvələri hər an ermənilərə Aprel döyüşlərini xatırladaraq növbəti dəfə onlara biabırçı məğlubiyyəti daddıra bilərlər".

Deputat qeyd edib ki, bu gün dövlətimiz həm də koronavirusla mübarizə aparır: "Buna baxmayaraq insanlarımızda ruh yüksəkliyi var. Hər bir vətəndaşımız Azərbaycan əsgərinə inanır və fəxr edir. Bu gün yüksək döyüş qabiliyyətinə və ən son model hərbi texnika ilə təchiz olunan Azərbaycan ordusu istənilən zaman torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. Bir daha dünənki döyüşdə dövlətimizi və xalqımızı qorumaq üçün qəhrəmancasına vuruşaraq şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirəm".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4318   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021