Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLAR

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARBəzən insanın kiçik əməlləri gözləmədiyi anda böyük sürprizlərə çevrilir.

BiG.AZ-ın oxuculara təqdim etdiyi romantik həyat hekayəsi bunun bir nümunəsidir.

Belə ki, ABŞ-ın Aydaho ştatının sakini Tayler Vulf 7 yaşında olarkən (2000-ci ildə) kasıb ölkələrdə yaşayan uşaqlara Milad hədiyyəsi göndərən xeyriyyə təşkilatının aksiyasında iştirak edərək filippinli kasıb bir qıza hədiyyə göndərib.

14 il sonra həmin qıza aşiq olacağından xəbərsiz olan balaca Tayler hədiyyəsini ayaqqabı qutusuna qoyaraq, qutunu kağızla "cildləyib", bağlamanın kimə çatacağını bilmədən içinə təbrik açıqcası və öz şəklini də qoyaraq, hədiyyəsini göndərib.

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARBu əməlini unutsa da, Filippində yaşayan Coanna Marşan onu unutmayıb.

Hadisədən 11 il sonra Coanna sosial şəbəkədə Tayleri taparaq "dostluq" göndərib. Tayler ilk öncə dostluğu qəbul etməyib, lakin qız israr etdikdə, "bəlkə də bir sinifdə oxumuşuq" düşünən oğlan "təslim olub".

Coanna Taylerin uşaqlıq şəklinin onda olduğunu və hədiyyəsini hələ də qoruyub saxladığını dedikdə, oğlan heyrətə gəlib.

Bir neçə ay ünsiyyətdə olduqdan sonra zövqləri, maraqları, fikirləri üst-üstə düşən gənclər yaxın dosta çevriliblər.

Bir müddət sonra Coanna Tayleri Filippinə qonaq çağırıb. Qızı canlı surətdə görən Tayler aşiq olduğunu anlayıb. O, qızın valideynləri və dostları ilə tanış olaraq, öz qohumlarını da Coanna ilə tanış edib.

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARABŞ-a qayıtdıqdan sonra artıq Coannadan ayrı qala bilmədiyini hiss edən Tayler Filippinə növbəti səfərində qıza evlənmək təklifi edib.

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARSevgililər 2014-cü ildə ailə qurublar.

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARBir il sonra onların oğlan uşağı dünyaya gəlib.

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARHazırda Tayler və Coanna xoşbəxt valideynlərdirlər.

Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLARTayler uşaqlıqda həmin aksiyada iştirak etməsəydi, yaxud sosial şəbəkədəki "dostluğu"nu qəbul etməsəydi, və ya Filippinə yollanmasaydı nə olacağını təsəvvürünə də gətirə bilmir. Bunları etməsəydi, o, həyatının sevgisini tapmayacaqdı.

Tayler əmindir ki, kiçik xeyir iş belə, insanı daha gözəl edir və gec-tez ona qayıdır.
Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5485   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14 dekabr
.

Bu kənddə hamı kor doğulur

Səhranın ortasında yerləşən bu kənddə hamı görmə qabiliyyətindən tamamilə məhrumdur. xəbər verir ki, söhbət Mavritaniyanın ucqar bir bölgəsində, səhranın 80 kilometr dərinliyində yerləşən yaşayış məntəqəsindən gedir. Əsrlər boyu davam edən genetik pozğunluq səbəbindən demək olar ki, bütün kənd əhalis

13 dekabr
.

Qripin dərmanı bu meyvədir! "Portağal və limonu geridə buraxır" - MÜTƏXƏSSİS AÇIQLADI

Qış aylarında mürəbbəyi xatırladan sürpriz meyvə gündəmdə - Mütəxəssislər qızılcığın qripə qarşı güclü qoruyucu təsir göstərdiyini bildirir. Havanın soyuması ilə birlikdə qrip və soyuqdəymə hallarında artım müşahidə olunur. Bu səbəbdən insanlar immuniteti gücləndirmək üçün təbii vasitələrə üz tutur

11 dekabr
.

Yeni qurbağa növü Braziliya prezidentinin şərəfinə adlandırıldı

Braziliyalı alimlər amfibiyaların yeni bir növünü - ölçüsü 14 mm-dən çox olmayan miniatür qurbağa kəşf ediblər. O, Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın şərəfinə "Brachycephalus lulai" adlandırılıb. xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb. Tədqiqatçıların sözlərin

12 dekabr
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13 dekabr
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12 dekabr
.

İnsanlar və ya təbiət tərəfindən yaradılmayan nəhəng tunellər tapıldı: Onlar necə yaranıb?

Cənubi Braziliyanın təpələrinin və Argentinanın şimal bölgələrinin altında alimlər möhkəm qaya laylarında oyulmuş nəhəng tunellər aşkar ediblər. Tədqiqatçıların sözlərinə görə, bu tunellər nə insanlar, nə də geoloji proseslər tərəfindən yaradılıb. Qaynarinfo "Science Advances" jurnalında dər

16 dekabr
.

"Avroviziya 2026"da neçə ölkə iştirak edəcək?

Beynəlxalq "Avroviziya" mahnı müsabiqəsinin təşkilatçıları 2026-cı ildə şouda neçə ölkənin yekun olaraq iştirak edəcəyini açıqlayıblar. Məlumata görə, 2026-cı il Avroviziya müsabiqəsində 35 ölkə iştirak edəcək. Onların arasında müsabiqəyə geri qayıdan ölkələr də var: Bolqarıstan, Rumıniya v

16 dekabr
.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16 dekabr