Azərbaycanda bu tarixdən koronavirusa yoluxanların sayı artacaq - Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda bu tarixdən koronavirusa yoluxanların sayı artacaq - Həkimdən XƏBƏRDARLIQÖtən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var. Bu vəziyyət gözlənilən olduğu üçün əvvəlcədən vətəndaşlara müraciət olunaraq, müvafiq portaldan qeydiyyatdan keçdikdən sonra çimərliklərə üz tutmaq tövsiyə olunurdu.

Lakin müşahidələr də onu göstərdi ki, böyük əksəriyyət bu tövsiyələrə əməl etmədən birbaşa çimərliklərə üz tutur, nəticədə böyük sıxlıq yaranır. Bu sıxlıq isə virusun yayılma riskini daha da artırmış olur. Bəs nə etməli?

Qeyd edək ki, artıq yaranmış narahat vəziyyət ilə bağlı müxtəlif təkliflər verilməkdədir. Məsələn, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı bununla bağlı maraqlı təklif irəli sürüb.

O, qeyd edib ki, çimərliklərdə əsas gərginlik şənbə və bazar günləri yaşanır: "Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün insanlar çimərliklərə şəxsi avtomobillərindən istifadə edərək gedirlər. Təklif edirəm ki, növbəti həftədə də ciddi sıxlıq müşahidə olunarsa, bir çox meqapolisdə tətbiq edilən "cüt nömrə-tək nömrə" sistemindən bəhrələnə bilərik. Məsələn, şənbə günü "cüt nömrəli", bazar günü isə "tək nömrəli" avtomobillərin çimərliklərə getməsinə icazə verilə bilər. Beləliklə, həftəsonu insanların rahat və təhlükəsiz istirahəti üçün imkan yarada, nəticədə isə koronavirusla bağlı min bir əziyyətlə əldə edilən olduqca müsbət dinamikanı qoruyub saxlaya bilərik".

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışıb: "Qeyd olunan məsələnin tənzimlənməsi üçün həkim heyəti olaraq, təkliflər yazmışdıq ki, "Evdə qal" karantini ləğv edildikdən sonra bütün qapalı məkanlarda, ayrı-ayrı yerlərdə eyni anda neçə nəfərin olması təlimatı müəyyən edilməlidir. Eləcə də marketlərdə, ictimai nəqliyyatda, çimərliklərdə bu təlimat tətbiq olunmalıdır.

Adil Qeybulla: "Özəl sektorun sahibləri bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar"

Məlum məsələdir ki, çimərlik məkanlarının əksəriyyəti özəlləşdirilib, sərhədlənib, ayrı-ayrı hissələrə bölünüb. Belə bir şəraitdə özəl sektorun sahibləri bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar. Onlar gərək əvvəlcədən məkanda neçə nəfərin ola bilməsini elan etməli, sosial məsafəni təmin etməlidirlər.

Televiziya ekranlarından gördük ki, çimərliklərdə sosial məsafənin gözlənilməsi üçün stol və stullar xeyli aralı məsafədə qoyulub və sairə. Lakin sonra gördük ki, bütün bunların hamısı real deyil, görüntü xatirinə imiş. Bəzən tamah, təmənna və bu kimi bu amillər hər şeyi üstələyir".

Adil Qeybulla karantin qaydalarına çox ciddi şəkildə əməl etməyin zəruri olduğunu vurğuladı:

"Eləcə də marketlərdə müşahidə edirik ki, səliqə ilə maska taxanlarla bərabər maskası çənəsində olanlar da var. Bir çoxu isə maska taxsa da, burnunu örtməkdən yayınır. Onlara bəzən nəzarət edən olmur. Market işçiləri əslində tez-tez bu məsələyə nəzarət etməli, maskalardan tələb olunan qaydada əməl edilməsi üçün mütəmadi xəbərdarlıq elanları verməlidirlər. Ancaq müşahidə edirik ki, bu cür tədbirlər yoxdur. Ona görə də ölkədə koronavirusa yoluxma halı yenidən arta bilər".

Adil Qeybulla bildirib ki, bundan sonra da qaydalara könüllü surətdə əməl olunmazsa, inzibati tədbirlərə əl atmaq lazımdır:

"Bəlkə bu yolla məsələni tənzimləyə bildilər".

Adil Qeybullanın sözlərinə görə əksəriyyət pandemiyadan nəticə çıxartsa da çox az sayda insan açıq havada maskadan istifadə edir:

"Doğrudur, açıq havada maska taxmaq zəruri deyil. Lakin sıxlıq olan açıq məkanlarda da maskadan istifadə etmək lazımdır. Məsələn, şəhərin mərkəzində yerləşən "Nizami" küçəsində həddən artıq sıxlıq olur. Küçə özü dardır. Burada da gəzmək istəyən çox olur. Bir azdan açıq havada kafe və restoranların da fəaliyyətinə icazə veriləndə bu sıxlıq daha da artacaq. Unutmaq olmaz ki, pandemiya hələ qurtarmayıb. Ona görə də bu cür məkanlarda da maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

İnsanların bir-biri ilə yaxından təmasda olması, görüşərkən qucaqlaşması, bu kimi davranışları yığışdırmaq lazımdır. Amma müşahidə edirik ki, bunlar hələ də davam edir".

Ədalət Rüstəm: "İki həftə sonra yenidən yoluxma sayı arta bilər, çünki..."

Uzun müddətdir ki, koronaviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəm də mövzu ilə bağlı danışıb. Həkim qeyd edib ki, əksəriyyət nəinki çimərliklərdə, hətta qapalı məkanlarda, ictimai nəqliyyatda qaydalara əməl etməkdən yayınır: "Məlum olduğu kimi, avqustun 10-dan karantin rejimində yumşalmalar oldu, bir çox sahələrin fəaliyyətinə yenidən icazə verildi. Ayın 17-dən sonra isə kafe və restoranların açılacağı gözlənilir. Lakin müşahidə edirik ki, hələ də qapalı məkanlarda belə bəziləri maskasız gəzir. Və yaxud ictimai nəqliyyatda maskadan düzgün istifadə etmir, maskanı çənənin altında saxlayırlar. Bu o deməkdir ki, 12-13 gündən sonra, təxminən avqustun 24-25-də yenidən virusa yoluxanların sayı artmağa başlayacaq".

Qeyd edək ki, çimərliklərdə yaşanan sıxlıq ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən müraciət yayılıb. Müraciətdə "COVID -19" pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:

Çimərliklərə getməmişdən əvvəl çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;

Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;

İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;

Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;

Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;

Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;

Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;

Qadağan olunmuş ərazilərdən istifadə etməmək;

Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;

Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək. Saytda adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8236   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021