"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİFXəbər verdiyimiz kimi Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir.
Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.

Bununla bağlı Sonxeber.az-a danışan əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət bildirib ki, təkliflər irəli sürülərkən bir çox sahənin mütəxəssisləri və ekspertlərin də rəyləri alınıb:

"Çünki bilirsiniz ki, Təhsil İnistitutunda bu sahədə bir çox işlər görülür. Aparılan işlərin nəticəsi kimi respublika üzrə orta, ali və məktəbəqədər təhsil ilə bağlı bütün təkliflər hərtərəfli kompleks şəkildə düşünülüb. Hazırda pandemiya dövrüdür. Pandemiya dövründə verilən bütün təkliflər bir neçə ay ərzində müəyyən çətinliklərin aşılmasından ötrü distant, yəni məsafədən təhsilə keçid digər dağətəyi zonalarında yerləşən məktəblərdə və bəzi rayonlarda tətbiq edilə bilməz.

Çünki orada internet və işıqla bağlı problemlər yaşanır. Onların əksəriyyətinin ailələrində informasiya kommunikasiya texnologiyaları ilə bağlı problemlər var. Elə uşaqlar var ki, heç onların telefonları belə yoxdur. İnternet demək olar ki, normal işləmir. Bütün bunları nəzərə alaraq daha səmərəli yollar axtarıb tapmaq lazımdır.

Bu çıxış yollarından birini mən təklif etmək istəyirəm. Belə ki, bilirik ki, pandemiya dövründə virusun yoluxma sayına narıncı, sarı və yaşıl zonalar var. Yaşıl zonalarda virus demək olar ki, olmadığına görə orada karantin tədbiq edilməyib. Narıncı zonlarda isə sərt karantin tədbiq edilən şəhər və rayonlar nəzərdə tutulur. Sərt karantin rejimi tədbiq edilən şəhər və rayonlarda məktəbəqədər, orta və ali təhsili qarışıq etmək mümkündür. Yəni ənənəvi ilə məsafədən təhsil formasındadır. Məsafədən təhsil hansı fənləri əhatə etməli olduğu barəsində də düşünmək lazımdır".

Almaz Həsrət qeyd edib ki, nəzəriyyə xarakterli olan fənnləri təbii ki, distant formada asan şəkildə keçə bilərik:

"Çünki bu fənnlərlə bağlı tapşırıqları distant şəkildə verib nəyisə əldə etmək mükündür. Təcrübə tələb edən fənləri həftədə bir neçə dəfə az şagirdlə keçirmək olar. Belə ki, əgər sinifdə 40 şagird varsa onları iki yerə bölməklə müvəqəti olaraq bütün bunların həlli yolunda bərabər çalışıb, bu problemi aradan qaldırmalıyıq.

Bu sinifləri iki yerə bölməklə fənn müəllimləri arasında metodiki olaraq uğurla iş görmək olar. Onlayn dərslər keçirilən zaman ilk öncə bütün təhsil alan şagirdlərin və müəllimlərin internet məkanına çıxışına güzəştlər olmalıdır. Mən hətta təklif edərdim ki, müəllimlərin və şagirdlərin dərs keçdikləri vaxt interneti pulsuz etsinlər. Dövlətimiz hər zaman insanlarına dəstək olub, onların yanında olub. Bu aspektdən də düşünürəm ki, bu addımı atmaq mümkün olar. Çünki hər insanın o vəsaiti ödəmək imkanı yoxdur. Bundan əlavə resursların elektron formada yerləşdirilməsi məsələsi diqqətdə olmalıdır. Düzdür, Təhsil Nazirliyi tərəfindən bütün dərsliklərin elktron formatda versiyası dərsliklər e-derslik.edu.az potalında yerləşdirilib. Şagirdlər bu sayta daxil olmaqla dərslikləri əldə edə bilərlər. İnformasiya kommunikasiya texnologiya vasitələri ilə təchizat. Çünki bölgədə elə müəllim və şagird var ki, onun heç kompüteri yoxdur. Bu sahədə də kadra ehtiyac duyulur.

Yəni müəllim onlayn dəsr demək iqtidarında deyilsə, o zaman qonşu və şəhər məktəbdəki müəllimlərin köməyindən istifadə etmək olar. Bu yolla şagirdlər dərsdən geri qalmayacaqlar. Bu orta və ali məktəblərə şamil olunur".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3640   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM detalları açıqladı

"Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb". xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz

17 dekabr
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

18 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

18 dekabr
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

18 dekabr
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18 dekabr