Virusa yoluxmanı göstərən 11 ƏLAMƏT- Ən çox bunlara rast gəlinir
Koronavirus geniş yayıldıqca, xəstəlik barədə araşdırmalar artdıqca, virusun əvvəllər fərq edilməyən simptomları ortaya çıxır.
Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, artıq əlamətlərlə bağlı yenilənmiş siyahıda 11 simptom vurğulanır.
Koronavirusun adını ilk dəfə eşitdiyimiz zaman, pandemiya yeni başlayan dövrdə qısa simptomlar siyahısı vardı. Buraya yüksək hərarət, öskürək və nəfəs darlığı daxil idi. Virus yayıldıqca, bununla əlaqədar tədqiqatlar genişləndikcə simptomların siyahısı günü-gündən daha da uzandı. Aprel ayında rəsmi olaraq COVID-19-un 9 əlaməti elan edildi. Bu yaxınlarda isə siyahı yeniləndi və üç yeni simptom əlavə olundu: Burun tıxanıqlığı, ürəkbulanma, qusma və ishal. Əslində, bunlar daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı təmsilçiləri tərəfindən COVID-19-un simptomlarından biri kimi təsvir edilmişdi, lakin rəsmi olaraq açıqlanmamıdşı. Beləliklə, hazırda koronavirusun əsas əlamətləri bunlar sayılır:
Yüksək hərarət- COVID-19-un ən çox rast gəlinən simptomu kimi təsvir olunur. Bədən temperaturunun 38 dərəcədən yuxarı olması təhlükəli sayılır.
COVID-19-a yoluxanlarda ən çox ortaya çıxan əlamətlərdən biri quru öskürəkdir. Bu halda adətən bəlğəm və ya selik görünmür.
Nəfəs darlığı da ümumi simptomlardan biridir.
Dad və qoxu itkisi- virusun burun boşluğuna daxil olaraq oradakı iybilmə mərkəzlərinə təsiri nətəcəisində baş verir.
Tənəffüs sisitemi xəstəliyi olan COVID-19 boğaz ağrısına da səbəb olur. Xüsusilə davamlı öskürək zamanı boğaz qıcıqlana bilər.
Burun tıxanıqlığı və ya axıntı virus xəstəliklərində görünən ümumi bir simptomdur. Virus səbəbindən burun boşluğunun şişməsi axma və ya tıxanıqlıq yaradır.
COVID-19-a yoluxma zamanı ürəkbulanma, qusmanın səbəbi tam izah edilməyib. Bir nəzəriyyəyə görə, burun keçidindən mədəyə düşən virus bu hallara səbəb olur. Eləcə də digər əlamət ishal haqqında da eyni nəzəriyyə irəli sürülür. Mədəyə düşən virus həzm sistemində irəliləyərək ishala da səbəb olur.
Yorğunluq hissi bədənin virusla mübarizəsi nəticəsində yaranır. İmmun sistemi virusa qarşı cavab reaksiyası olaraq bədənin enerjisindən istifadə etdiyinə görə, digər fəaliyyətlər üçün kifayət qədər enerji qalmır.
Yoluxmuş insanların hiss etdiyi əzələ və bədən ağrıları qrip kimi digər virus infeksiyaların da tipik əlamətidir.
Xəstələrdə rast gəlinən baş ağrıları yüksək hərarət zamanı ortaya çıxan haldır. Bundan başqa, xəstəlik zamanı nizamsız yuxu, normal qida qəbul etməmək və ya kifayət qədər su içməmək baş ağrılarına da səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 4084 Tarix: 22 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
17 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO
Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik
9 sentyabr 2021Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY
Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini
14 sentyabr 2021Qızdırma yaradan yeni virus aşkarlanıb
Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"
10 sentyabr 2021Son sutkada peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy
12 sentyabr 2021