Azərbaycanda virusun birinci dalğası bitməmiş ikinci dalğa başlayıb ?- AÇIQLAMA
Məlum olduğu kimi əksər Avropa ölkələrində dünyanı cənginə almış COVİD-19 infeksiyası çərçivəsində mübarizə davam edir. Həmin ölkələrdə ikinci dalğanın yaşanması ilə bağlı "fake" və bir az həqiqətə uyğun məlumatlar yayılmaqdadır. Epidemioloji qaydalarda isə birinci dalğanın bitməsindən, yəni sağalanların sayının kəskin azalması, hətta sıfırlanmasından sonra ikinci dalğanın başlanmasından söhbət gedə bilər.
Ölkəmizdə isə bu mərhələ belə getmədi, yəni yoluxanların sayı iki rəqəmliyə ensə də, sıfırlanmadı. Qarşıdan payızda, noyabr ayında baş verəcək qrip mövsümünün gəlməsini, həmçinin rəqəmlərin kəskin azalmamasını nəzərə alsaq, Azərbaycanda virusun birinci dalğası bitməmiş ikinci dalğaya keçid ola bilərmi? Ümumiyyətlə epidemiologiyada elə bir hal varmı?
Mövzu ilə bağlı Sonxeber.az-a azərbaycanlı professor danışıb:
"Əslində sıfırlanma deyil, tək- tük xəstələnmələr olarsa dalğanın sönməsi ola bilər. Həmçinin bir müddətdən sonra yenidən alovlanma baş verərsə, ikinci dalğadan söhbət gedə bilər. May ayından sonra birinci dalğa sönməmiş təkrar alovlanma oldu. Yəni Azərbaycanda həmin müddətdə re- infeksiya oldu. Bu proses indi də davam edir. Biz birinci dalğanın sönməsini hələ müşahidə etməmişik. Müşahidələrimizdə görürük ki, xəstələnmə sayında azalma tendensiyası var.
Payızda məsələləri mürəkkəbləşdirən nöqsanslardan biri soyuqdəymə xəstəliklərinin artması ilə bağlıdır. Bunlar COVİD- 19- la xeyli problemlər yaradacaq. Hələlik birinci dalğanın sönməsindən söhbət gedə bilməz. Epidemioloji coğrafiya çox fərqlidir".
Şəlalə Babayeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5069 Tarix: 11 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr