Yas mərasimlərinin ləğv olunması TƏKLİF EDİLDİ- Adət DƏFNLƏ BAŞA ÇATSIN

Yas mərasimlərinin ləğv olunması TƏKLİF EDİLDİ- Adət DƏFNLƏ BAŞA ÇATSINMəlumdur ki, ölkəmizdə yas və toy mərasimlərinə mövcud epidemioloji şəraitə uyğun olaraq məhdudiyyətlə var. Toyların keçirilməsi ilə bağlı bəzi yumşalmaların olacağı bildirilsə da, yas adətlərinnin necə keçiriləcəyi ilə bağlı məlumatlar hələ ki yoxdur.

Maraqlıdır, pandemiyada yas mərasimlərinin yumşaldılması olarsa hansı güzəştlər tətbiq edilə bilər?

Bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov danışıb:

"Koronavirusa qarşı mübarizə qlobal pandemiya elan olunan ilk gündən qarşımızda duran bir nömrəli problem olaraq dövlət bütün imkanlarını bu mübarizəyə səfərbər edib. Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə gündəlik COVİD-19-a yoluxma dinamikasını təhlil edərək çox ciddi qərarlar qəbul etdi, ölkədə məhdudiyyətlər tətbiq olundu.

O cümlədən toy və yas mərasimlərin keçirilməsi qadağan olundu. Məhz dövlətin vaxtında qəbul etdiyi qərarlar, tətbiq olunmuş məhdudiyyətlər, qərarların icrasına ciddi nəzarət və insanların bu işə məsuliyyətlə yanaşması uğurlu nəticələrin əldə olunmasına imkan verdi.

Bu gün isə çoxlu məhdudiyyətlər ləğv edilmiş və qüvvədə qalan məhdudiyyətlərin də yumşaldılması ətrafında danışılmaqdadır. O cümlədən, mətbuatda ən çox müzakirələr toy və yas mərasimlərinə tətbiq olunmuş qadağaların yumşaldılması ilə bağlıdır".

Deputat qeyd edib ki, ümumiyyətlə yas mərasimləri ləğv olunsa yaxşı olar:

"Qeyd etmək istəyirəm ki, bütün qadağalar və yumşalmalarla bağlı qərarları Operativ Qərargah verir. Amma deputat və həm də bir vətəndaş kimi subyektiv fikrim ondan ibarətdir ki, koronavirus pandemiyasının bu gün ölkədəki vəziyyətinə uyğun toyların keçirilməsində müəyyən məhdud dairədə yumşalmalar həyata keçirilə bilər, amma yas mərasimlərin keçirilməsini isə hətta postpandemiya dövründədə belə bir adət olaraq ləğv olunsa düzgün hesab edirəm.

Çünki, dəfnindən sonra günlərlə təmtəraqlı yas mərasimlərin keçirilməsinin torpağın altında əbədi yatan insana heç bir aidiyyatı yoxdur. İnsan öldü, dəfn olundu, baş sağlığı verildi və onunla da mərasim bitməlidir. Kimlərin vaxta imkanı varsa və dəfn mərasimdə iştirak etmək, rəhmətə gedənin sahibinin yanında olmaq, ona səbir diləmək istəyi varsa dəfn mərasimdə iştirak edib bildirməlidir.

Kimlərin isə dəfn günündə buna imkanı çatmır və başsağlığını vermək istəyirsə bunu telefonla zəng edib və ya qəzetdə başsağlığı verməklə kifayətlənməlidir. Yoxsa, qonşudan geridə qalmayaq təfəkkürü ilə imkanı oldu - olmadı günlərlə yas məclislərin təşkil edilməsinə nə ehtiyac var. Bu, imkanı olanlar üçün də bir fiziki yük hesab edirəm. İmkanı olanlar günlərlə yas məclisini keçirməklə adətdir deyə bütün işlərini buraxıb mərasimin keçirilməsi ilə məşğul olur, maddi imkanı olmayanlar isə qonşusunu görüb borca-xərcə düşüb məclis keçirir və sonra aylarla borcun altından çıxa bilmir.

Əgər yas mərasimlərin keçirilməsi insanlar arasında bir adət kimi ləğv olunarsa hamı biləcək ki, belə qayda yoxdur və bir-birini görüb bəhsə girməz. Düşünürəm ki, bu, koronavirus pandemiyasının bizə qazandırdığı ən müsbət təcrübə oldu. Bu günə qədər nəsildən-nəsilə ötürülən çoxlu adət-ənənələr var ki, təkmilləşməyə getmişdir. Hesab edirəm ki, dəfn və yas mərasimləri də təkmilləşməli, yas mərasimləri adət şəkilində insanların özləri ləğv etməli, insanların rahatalığına xidmət edən formada dəfn mərasimi ilə məclis başa çatmalıdır".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11123   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil - AÇIQLAMA

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına və məktəb mühitində ümumi qaydaların formalaşmasına təsir göstərə bilər. Eyni geyimdən istifadə şagirdlərin ailələrinin maddi imkanlarından asılı olaraq geyim üzərindən yaranan fərqlərin azalmasına, məktəb

28 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr