Cəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLAR

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: "Bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbçilər üçün əhəmiyyətli olan iki mühüm obyektin açılışını etdi. Bu gün də biz növbəti hərbi hissənin açılışını ediririk. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsidir.
Ali Baş Komandan bütün istiqamətlərdə islahatlar həyata keçirir və biz artıq bu islahatların nəticələrini görürük. Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir. Aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsində biz Silahlı Qüvvələrimizin döyüş ruhunu, döyüş qabiliyyətini və gücünü gördük. Cənab Ali Baş Komandan, biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın fikrini dəfələrlə vurğulayıb. Biz də Prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik.
Bir daha Sizi təbrik edir, xidmətinizdə uğurlar arzulayıram".

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
Cəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLARCəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLARCəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLARCəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLARCəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLARCəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLARCəbhə bölgəsində daha bir hərbi hissə açıldı - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1431   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021