Aprel döyüşlərində 17 məcburi köçkün şəhid olub - Əli Həsənov

Aprel döyüşlərində 17 məcburi köçkün şəhid olub - Əli HəsənovBaş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın müraciəti əsasında onunla görüşüb. Sonxeber.az lent.az-a istinadən məlumatına görə, Robert Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, insanların öz doğma torpaqlarına qayıtmağın şahidi olduğunun, Bərdə rayonu Yenidaşkənd ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə maraqlandığını bildirmiş və təmas xəttində baş verən son hadisələrin yenidən təkrarlanmaması üçün öz səylərini gücləndirdiklrini diqqətə çatdırıb.

Aprel ayında baş vermiş hadisələrindən sonra Füzuli, Ağdam və Tərtər rayonlarına səfəri haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir. Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan prezidentinin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıbdır. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb.

"Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur" deyən Ə. Həsənov qeyd edib ki, bunu erməni xalqı bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üstündə hakimiyyətə gəliblər: "Bəzən ATƏT-in Minsk Qurupunun həmsədirləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidilər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdır. ATƏT-in Minsk Qurupu xalqlar arasında sorğu aparsalar onda onlar reallığı görərlər. Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa bu ölkənin faşist prezidenti öz xalqını fikirləşsin. 20 ildir Sarkisyan öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yarananda Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikrini yayındırır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 706   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021