Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEXəbər verdiyimiz kimi, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter" hesabından Ermənistana dəstək məqsədli paylaşım edib.

Erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşan Şafak HDP-nin erməni əsilli deputatına təşəkkür edib.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEElif Şafakın bu addımı azərbaycanlı oxucular tərəfindən etirazla qarşılanıb. Artıq Azərbaycanın bir çox kitab mağazaları ona qarşı boykot elan edib, "Libraff", "BookZone", "Kitabevim.az", "Libraff" və "Ovod" mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıblar. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.

Bəs onun türkçülüyü təhqir etdiyi romanına görə məhkəməyə verildiyini və gey və lesbiyanların hüquqlarını müdafiə etdiyini bilirdinizmi?

Sonxeber.az BiG.AZ-a istinadən Elif Şafak haqqında və həmin roman barəsində oxucuları məlumatlandırmaq istəyir.

Elif Şafak kimdir?

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEİngilis-türk yazarı olan Elif Şafak 25 oktyabr 1971-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. Atası Nuri Bilgin, anası Şafak Ataymandır. O, uşaq olarkən valideynləri boşanıb və anası Elifi tək böyüdüb. Anası diplomat olduğu üçün uşaqlıq və gənclik illərini müxtəlif ölkələrdə keçirib. Ankaradakı Kubilay İbtidai məktəbində təhsilinə başlayan Şafak orta məktəbə Madriddə gedib, lisey təhsilini isə Ankara Atatürk Anadolu Liseyində alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində başa vurub. Eyni universitetdə magistr və doktorantura təhsilini alıb.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE2003-2004 tədris ili ərzində Michigan Universitetində dosent olaraq mühazirələr oxuyub. Hazırda Arizona Universitetində Yaxın Şərq Araşdırmaları dosentidir. "Ədəbiyyat və sürgün", "Yaddaş və siyasət", "Müsəlman dünyasında cinsəllik və ictimai cinsiyyət" mövzusunda mühazirələr oxuyur və Türkiyədə gündəlik və aylıq müxtəlif nəşrlər üçün yazmağa davam edir.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE"Referans" qəzetinin baş redaktoru Əyyub Can Sağlıkla ailə quran Şafakın 2006-cı ildə Şehrazat Zelda adlı qızı dünyaya gəlib.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEElif Şafak 2005-2009-cu illərdə "Zaman" qəzetində yazıçı olaraq işləyib.

Türk və ingilis dillərində yazan Şafakın 11-i roman olmaqla 18 kitabı nəşr olunub. Əsərləri 54 dilə tərcümə edilib.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEErməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEErməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE2005-ci ildə "Məd Cəzir" ("Med Cezir") adlı kitabında qadınlar, şəxsiyyət, mədəni bölünmə, dil və ədəbiyyatla bağlı yazılarını bir araya gətirib. Elə həmin il "Referans" qəzetinin baş redaktoru Əyyub Can Sağlıkla Berlində ailə qurub.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE2006-cı ildə nəşr olunan "Ata və bic" ("Baba ve Piç") romanını ingilis dilində qələmə alıb. Türkiyə-Ermənistan münasibətlərini araşdıran bu romana görə türkçülüyü təhqir etdiyi səbəbi ilə ona qarşı məhkəmə iddiası qaldırılsa da, Elif cinayətin hüquqi elementlərinin mövcud olmadığını və heç bir dəlilin olmadığını irəli sürərək bəraət qazanıb.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEHəmin il qızı Şehrazat doğulduqdan sonra ingilis dilində yazdığı "Qara süd" ("Siyah Süt") avtobioqrafik romanında doğuş sonrası depressiyasından danışıb.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYEİki il sonra oğlu Əmir Zahiri dünyaya gətirib və ikinci dəfə ana olub.

2009-cu ilin mart ayında nəşr olunan "Eşq" ("AŞK") romanı türk ədəbiyyatı tarixində ən qısa müddətdə ən çox satılan ədəbi əsər olub.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE2009-cu ilin sonunda səkkiz romanından və ilk oçerk kitabı olan "Məd Cəzir" ("Med Cezir") əsərindən bəndləri seçib bir araya gətirərək "Kağız Halva" ("Kağıt Helva") adlı kitabını nəşr etdirib.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE2010-cu ilin Noyabr ayında "Fəraripərəst" ("Firarperest") kitabı çap olunub. Əsərdəki illüstrasiyalar M. K. Perkerə aiddir.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE2011-ci ildə "İsgəndər" ("İskender") adlı əsəri yayımlanıb. Kitabın üz qabığında makiyajla kişiyə "çevrilmiş" Elif Şafakın öz şəklidır.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYESənətçinin Türkiyə qəzetləri üçün yazdığı köşə yazılarından ibarət "Şemspare" adlı kitabı 2012-ci ildə işıq üzü görüb.

2013-cü ildə "Ustam və mən" ("Ustam ve Ben") romanı nəşr olunub.

"Sevginin qırx qaydası" ("The Forty Rules of Love") adlı romanı BBC-nin reytinqində dünyamızı formalaşdıran 100 romandan biri olub.

"Bu qəribə dünyada 10 dəqiqə 38 saniyə" (10 Minutes 38 Seconds in this Strange World ) adlı son romanı "Booker" və "RSL Ondaatje" mükafatlarına layiq görülərək Blekvellə görə İlin Kitabı (Blackwell’s Book of the Year) seçilib.

Siyasi Elmlər doktoru dərəcəsini alan Şafak fəxri üzvü olduğu Oksford Universitetinin Müqəddəs Anna Kolleci də daxil olmaqla, Türkiyə, ABŞ və İngiltərənin müxtəlif universitetlərində dərs deyib.

"Weforum" Qlobal Kreativ İqtisadiyyat Gündəm Şurasının üzvü və ECFR (Avropa Xarici Əlaqələr Şurası) qurucularından biridir.

Qadın hüquqları, LGBT hüquqları və söz azadlığı müdafiəçisi olan Şafak həmçinin motivator kimi də fəaliyyət göstərir və iki dəfə "TED Global"da çıxış edib.

Şafak bir çox digər mükafat və titullarla təltif olunub və bir çox ədəbi müsabiqələrdə münsiflər heyətinin üzvü olub, lakin çox heyif ki, Azərbaycana qarşı insaflı ola bilməyib...

Natəvan Baxşiyeva


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 5659   Tarix: 14 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi

Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb. TASS-a istinadən xəbər verir ki, təntənəl

27 mart
.

Kişilər arasında ilk solist qadın: "Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam"

Xalq artisti, Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova: "Deyirlər ki, qadınlar arasında ilk solist olmuşam, xeyr, mən kişilər arasında ilk solist qadın oldum. Məndən sonra qızlar kamança sinfinə yazıldılar. Ona görə deyirlər ki, Şəfiqə qızlar sülaləsi yetişdirdi". 8 Mart onun üçü

7 mart
.

Qüdrətdən "Məhəllə" etirafı: "İndi baxanda kədərlənirəm" - VİDEO

Aktyor Rafael İsgəndərov Moskvadan etdiyi paylaşımı ilə diqqət çəkib. Ölkə.az xəbər verir ki, sənətçi "Məhəllə" filmindən kadrlar paylaşmaqla yanaşı, ekran işinin çəkildiyi məkanlara gedərək həmin yerlərdən görüntülər yayımlayıb. İsgəndərov paylaşımında bu sözləri yazıb: "Bu film komediy

23 aprel
.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun
.

Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib

14 fevral
.

Leyla Əliyevadan tarixi xalçaya ilmələr - Video

Leyla Əliyeva Şuşa məscidi üçün toxunan dünyanın ən böyük dairəvi xalçası ilə bağlı görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb. Belə ki, "Azərxalça" ASC tərəfindən Şuşa məscidi üçün hazırlanan, dünya xalçaçılıq tarixini

12 fevral
.

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır. Görüntülər izləyicilə

31 mart
.

Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - Foto

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb. O, 1982-c

10 mart
.

"Mənə zəng vurdu ki, Türkiyəyə bir gedək"

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Künc-bucaq" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, Şeyx Əbdül xəstəxanada olduğu müddətdə mərhum Xalq artisti Rasim Balayevdən inciməsinə belə aydınlıq gətirib:. "İkimiz də eyni vaxtda xəstəxanada yatırdıq. Türkiyəyə getməyə hazırlaşırdı

26 aprel