Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi
Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, təntənəli tədbir Beynəlxalq Teatr Günündə baş tutub.
Mərasimdə videoformatda çıxış edən Rusiya dövlət başçısı bu incəsənət sahəsinə bağlı olan bütün şəxsləri, rejissor heyətindən tutmuş tamaşaçılara qədər hər kəsi Beynəlxalq Teatr Günü münasibətilə təbrik edib.
Rusiya rəhbəri əminliklə vurğulayıb ki, Dərbənddə yenilənmiş teatr binasının istifadəyə verilməsi həm Dağıstanın, həm də bütün ölkənin mədəni həyatında mühüm hadisəyə çevriləcək. O cümlədən, bu açılışın qonşu Qafqaz dövlətləri üçün də xüsusi önəm daşıdığı diqqətə çatdırılıb.
Vladimir Putin xüsusi olaraq qeyd edib ki, Moskva və Bakı arasındakı əlaqələr müştərək tarixi köklərə, o cümlədən zəngin mədəni irsə əsaslanan möhkəm bünövrə üzərində irəliləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR
Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır
27 avqust 2021Hər reklamdan 50 min qazanacaq
Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu
22 avqust 2021Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...
xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə
28 iyul 2021Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO
"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar
27 avqust 2021Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident
29 avqust 2021Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO
Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar
19 iyun 2021