Azərbaycanda 4 yaşlı uşaq əməliyyatdan sonra öldü
Sumqayıtda əməliyyatdan çıxan 4 yaşlı qız uşağı ölüb. Sonxeber.az -ın ans press-in məlumatına görə, hadisə Sumqayıtda yerləşən özəl klinikaların birində baş verib. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı Arzu Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
Əməliyyatı həyata keçirən həkim İlham Ağayev ans press-ə açıqlamasında uşağın qusma nəticəsində həyatını dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, əməliyyatdan sonra balaca Arzunun vəziyyəti yaxşı olub: "Uşaq ötən gün günorta saat 1 radələrində əməliyyata salınıb. Əməliyyat çox uğurla başa çatıb. Əməliyyatdan sonra uşağın anası yanında olub. Mən özüm də axşam saat 18:00-dək klinikada olmuşam, tez-tez ona baş çəkmişəm. Arzu danışırdı, gülürdü, bir az süd və su içmişdi".
Həkim evə getdikdən sonra da tez-tez xəstəyə görə klinikaya zəng vurduğunu və oradan müsbət cavab aldığını bidirib. Lakin axşam saat 21 radələrində uşağın vəziyyəti pisləşib və o qaytarıb.
İ.Ağayevin sözlərinə görə, həmin vaxt da uşağın anası yanında olub. "Amma bilmirəm uşaq qaytaranda üzü aşağı olub və ya necə olub ki, qaytardığı kütlə onun nəfəs borusuna gedib, edilən müdaxilələrə baxmayaraq, o, dünyasını dəyişib".
Əməliyyatı həyata keçirən həkim deyir ki, körpənin aspirasiya (bədən boşluğunda qalan maye, hava və s.kütlənin sorulması) edərkən uşağın nəfəs borusundan qida kütləsi çıxıb. Güman olunur ki, bu səbəbdən uşaq boğulub, ölüb. Ölümün səbəbinin daha dəqiq olması üçün həkimlərin və hüquq-mühafizə orqanlarının təkidi ilə valideynlər meyiti ekspertizaya göndərməyə razı olub.
"Uşağın ölümünün əməliyyatla heç bir əlaqəsi yoxdur", - deyə İlham Ağayev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1710 Tarix: 02 iyul 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət
17 dekabrBuğanı bəsləmək istəyən gənc təhlükəli vəziyyətlə üz-üzə qaldı - VİDEO
Buğanı bəsləmək məqsədilə onun saxlanıldığı əraziyə daxil olan gənc gözlənilməz hadisə ilə üzləşib. Gəncin buğanın üzərinə çıxmasında sonra heyvan onu ayağının altına salıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı gənc böyük panik yaşayıb və buğanın ayağı altından çıxmaq üçün ciddi mübariz
18 dekabrBaş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO
Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd
18 dekabrBir kişi yol kənarında ölü tapılıb - VİDEO
Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla
17 dekabrAtasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO
Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın
19 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabrMirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI
Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü
17 dekabr