PUA nədir və niyə düşmən ondan çox qorxur?
PUA nədir və niyə düşmən ondan çox qorxur?
Sonxeber.az İctimai kanala istinadən müasir müharibənin aparıcı qüvvəsi olan pilotsuz uçuş aparatları barədə məlumatları təqdim edir:
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyasının təsdiq etdiyi tərifə görə PUA-lar bortunda insan pilotu olmayan uçuş vasitəsidir. Pualara mürəkkəb sensor, avtopilot, müşahidə və nəzarət kompleks sistemləri quraşıdırılıb.
Pualarla kəşfiyyat və müşahidə aparmaq pilotlu təyyarələrlə müqayisədə daha asan və təhlükəsizdir.
Bu gün dünyanın ən güclü ordularının arsenalında xüsusi yeri olan PUA-ların konsepsiyası ilk dəfə 1940-cı ildə irəli sürülüb. Müasir uşuş aparatları isə amerikalı fizik Con Stuard Fosterin beyninin məhsuludur.
Müşahidə tipli pilotsuz uçuş aparatları adətən kəşfiyyat tipli PUA-lar adlandırılır. Onların vəzifəsi təyin olunmuş bölgəni izləmək, oradakı görüntüləri əldə etmək və onlayn formada ötürməkdir.
Digər uçuş aparatları isə zərbə PUA- ları adlanır. Onların fəlaiyyəti operator və birbaşa ona verilən tapşırıq üzrə hədəfi tapmaq və daşıdığı sursat ilə zərbə endirməkdir. Hədəfi məhv etdikdən sonra həmin PUA döyüş bölgəsindən çıxaraq özünüidarəetmə bölgəsinə, yəni yenidən öz yerinə qayıda bilir.
Kamikadze PUA-ları isə fərqlidir. Pilotsuz uçuş aparatı hədəfi tapdıqdan sonra birbaşa korpusuna montaj olunan döyüş başlığı ilə özünü hədəfə çırpır.
Arselanımızda İsrail istehsalı olan Harop uçuş aparatı var ki, bu qurğu yerləşdiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edir. Maşında yerləşdirilən Harop PUA-sı 200 km məsafədən idarə olunur. Hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. Aparat 16 min metr hündürlükdə uçduğuna görə düşmənin onu görüb, yerini müəyyən etməsi və vurması qeyri- mümkündür.
Türkiyənin operativ taktiki orta yüksəkliklə uçan qırıcı milli pilotsuz döyüş PUA-sı Bayraktar TB- 2 modeli 10 saat havada qalır, 150 km rabitə radiosu əsas xüsusiyyətləridir. Uzunluğu 6,5 metr, qanad genişliyi 12 metr, maksimum sürəti isə 220 km saatdır. Bu aparatın müəllifi isə türkiyəli Səlcuq Bayraktardır.
Öz istehsalımız olan zərbə pilotsuz uçuş aparatı ilk dəfə 2016- cı ildə Müdafiə Sənayesi Nazirliyinin azad sistemlər müəsissəsində ictimaiyyətə təqdim olunub. Aparat xüsusi elektron sistemə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk, GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Zərbə PUA-sı gecə və gündüz istənilən hava şəraitində düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Azərbaycana məxsus yeni uçuş aparatlarının üzərinə "iti qovan" sözləri yazılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4727 Tarix: 02 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfərə gəlib
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmud BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxal
17 mayAleksandar Vuçiç: "Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir"
"Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü zamanı deyib. Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisad
17 mayQırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə nazir
17 mayVüqar Qurbanova ağır itki - Foto
TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, onun anası Xalisət xanım dünyasını dəyişib. Qeyd edək ki, mərhum Zaqatalada riyaziyyat müəllimi kimi çalışıb
18 may"Maşın" şou yenidən başlayır - Foto
Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu "Maşın" yenidən başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər" telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma "loading" yazaraq, şounun tezlikl
18 mayKOBİA rəsmisi: "Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil"
Bu gün şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil, həm də insanların yaşaması üçün rahat, səmərəli və davamlı məkanların yaradılması deməkdir. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfə
17 mayŞərtlər sadələşdirilir - Onlar da güzəştli ipoteka götürə biləcək
Azərbaycanda ipoteka şərtləri sadələşdiriləcək və səhiyyə işçiləri də güzəştli ipoteka ala biləcəklər. -ın əldə etdiyi məlumata görə, Azərbaycanda ipoteka şərtləri sadələşdirilməsi istiqamətində tədbirlər görüləcək. Bundan əlavə olaraq isə, güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilə
17 may"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə "Gələcəyə yaşıl miras" devizi altında ağacəkmə aksiyası keçirilib. Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarə
18 mayAleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir. "Report" xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşü zamanı deyib. Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildiri
17 may